Üz əzələləriniz hərəkət etmirsə...
Üz iflici üz mimika əzələlərinin hərəkət qabiliyyətini itirməsi ilə xarakterizə olunur. Bu hal üzün bir və ya hər iki tərəfində baş verə bilər. Mediaxeberleri.Az bildirir ki, əsas səbəblər arasında Bell iflici, insult (beyin qan dövranı pozğunluğu), baş-beyin travmaları, şişlər, qulaq infeksiyaları və sinir iltihabları yer alır. Ən çox yayılmış forması olan Bell iflici, qəfil başlayır və səbəbi tam məlum deyil. Adətən üzün yalnız bir tərəfi təsirlənir. Bu vəziyyətdə üz sinirinin ödəm nəticəsində sıxılması əsas amil hesab olunur. Xoşbəxtlikdən, xəstələrin 90 faizi 6 ay ərzində tam sağalır. İnsult səbəbindən yaranan üz iflicində isə əlavə simptomlar da ola bilər: başgicəllənmə, nitq pozuntusu, görmə problemləri və bədənin digər hissələrində zəiflik. Bu cür hallarda beyin zədələnməsi ön planda olur və üz sinirində birbaşa zədə müşahidə edilmir. Müalicə iflicin yaranma səbəbinə əsasən aparılır. Bell iflicində steroid və antiviral dərmanlar, fizioterapiya, lazım gəldikdə isə göz qoruyucu tədbirlər tətbiq edilir. İnme nəticəsində baş verən ifliclərdə isə əsas məqsəd beyindəki qan dövranının bərpası və ikincil zədələnmənin qarşısını almaqdır. Cərrahi müdaxilə, botoks inyeksiyaları və tamamlayıcı üsullar (məsələn, akupunktur) bəzi hallarda faydalı ola bilər. Əlamətlər hiss edildikdə, vaxt itirmədən həkimə müraciət edilməsi həyati əhəmiyyət daşıyır.