216 saylı məktəbin direktoru ilə bağlı iddialar əsaslıdır?
Sədaqət Babayevanın 37 illik müəllimlik fəaliyyətinin 30 ili 216 saylı məktəblə bağlıdır. Onun sözlərinə görə, vaxtilə atasının da direktoru olduğu bu məktəbdə zaman-zaman problemlə üzləşib. Belə ki, əvvəlki direktorla mübahisə yaşadığı üçün il yarım təhsil ocağından kənarlaşdırılıb. Mediaxeberleri.Az ATV-yə istinadən məlumat verir ki, məhkəmədə bəraət alandan sonra yenidən məktəbə qayıdışı təmin olunub və ona 13 min 500 manat təzminatın ödənilməsi tələbi qoyulub. İngilis dili müəllimi olan S.Babayeva bildirib ki, 10 mindən çox invertar çatışmazlığı var. Ətraflı süjetdə:
Oxunub: 100
Xəbəri paylaş
Paylaş: