Millimiz Belarusa məğlub oldu
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoxlama matçını keçirib. Mediaxeberleri.Az xəbər verir ki, Belarusda təlim-məşq toplanışında olan Ayxan Abbasovun komandası bu ölkədən olan həmyaşıdları ilə qarşılaşıb. Baranoviçi şəhər stadionunda oynanılan matç Belarusun 3:1 hesablı qələbəsi ilə başa çatıb. Yığmamızın yeganə qolunu 22-ci dəqiqədə Raul Məmmədov vurub. Qeyd edək ki, U-21 iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqro ilə yoldaşlıq görüşü keçirəcək.
Oxunub: 196
Xəbəri paylaş
Paylaş: