AHİK: Gündəlik iş vaxtı 8 saat olmaqla, həftəlik 40 saat təşkil edir – MÖVQE
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) əməkdaşların qanunvericilikdə nəzərdə tutulan iş saatından artıq fəaliyyətə cəlb olunması barədə məlumatlara aydınlıq gətirib. AHİK-dən Mediaxeberleri.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məlumatlar tamamilə əsassızdır və həqiqəti əks etdirmir. “Nəzərinizə çatdırırıq ki, AHİK-də əməkdaşların iş saatı Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və həmin Məcəlləyə uyğun olaraq, əməkdaşlarla bağlanan əmək müqaviləsi ilə tənzimlənir. Belə ki, AHİK-də gündəlik iş vaxtı 8 saat olmaqla, həftəlik 40 saat təşkil edir. İş günü saat 09:00-da başlayır və 18:00-da başa çatır. Şənbə və bazar günləri, iş günü hesab edilməyən bayram günləri, həmçinin səsvermə və ümumxalq hüzn günü qeyri-iş günləridir”, — açıqlamada bildirilib.