“AAAF Park”da təhlükəli vəziyyət — FOTOLAR
Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksində sakinlər avtomobil yolu ilə hətəkət etmək məcburiyyətində qalıb. Yaşayış kompleksində bütün səkilər zəbt edilib, obyekt sahibləri avtomobil yoluna qədər səkilərə piştaxtalar düzüblər.
Mediaxeberleri.Az xəbər verir ki bu barədə Tribunainfo.az-a danışan narazı sakinlər kimə və hara şikayət edəcəklərini də artıq bilmirlər. Sakinlər bildirib ki, səkilər tamamilə zəbt edilib. Onlar ancaq avtomobil yolu ilə hərəkət edirlər. Bəzi obyekt sahibləri hətta avtomobil yoluna da yeşiklər yerləşdiriblər. Bu da həm avtomobillər üçün, həm də sakinlər üçün hərəkəti çətinləşdirir.
Sakinlər bildirirb ki, problemlə əlaqədar “AAAF İnşaat” rəhbərliyinə dəfələrlə müraciət də ünvanlayıb, narazılıqlarını bildiriblər. Lakin sakinlərin şikayətinə baxan yoxdur.
“AAAF Park” sakinlərinin göndərdiyi fotoları təqdim edirik:
Qarşı tərəfi dinləməyə hazırıq.