Həccə getmək istəyənlərin nəzərinə: Müddət uzadıldı!
Həcc ziyarəti üçün sənəd qəbulunun müddəti uzadılıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Oxu.az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi rəhbəri Vüsal Cahangiri məlumat verib. O bildirib ki, hazırda həcc ziyarəti üçün sənəd qəbulu davam edir: "Həcc ziyarətinə getmək istəyən vətəndaşların qeydiyyatı davam edir. Sənəd qəbulunun müddəti daha yarım ay uzadılıb". Qeyd edək ki, Azərbaycanlı zəvvarların həcc ziyarətinə mayın sonlarında yola düşəcəyi gözlənilir. QMİ-nin məlumatına görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.
Oxunub: 215
Xəbəri paylaş
Paylaş: