Dərslər niyə bumbuz otaqlarda keçirilir? - Valideynlər etiraza qalxdılar - VİDEO
Xaçmaz rayonu, İstisu qəsəbə tam orta məktəbinə istilik verilmir. 320-yə yaxın şagirdin oxuduğu təhsil ocağında dərslər bumbuz sinif otaqlarında keçirilir. Valideynlər istilik sisteminin işləməməsindən şikayətçidirlər. "Məktəbdə üç övladım təhsil alır. Onları nə qədər müalicə etdirməliyəm?! Beş saat soyuqda uşaq otura bilər?! İstiliklə təminat dizel yanacağı vasitəsilə həyata keçirilir. Son bir həftədir gətirilmir", - deyə valideyn Tatyana Vəlimətova narazılıq bildirib. Ətraflı Baku TV-nin süjetində:
Oxunub: 216
Xəbəri paylaş
Paylaş: