"Birbank"da yaranan problemdən sonra kartlardakı vəsaitlər silinib? - "Kapital Bank"dan AÇIQLAMA
“Kapital Bank” ötən gün “Birbank” mobil tətbiqinin fəaliyyətində yaranan problemdən sonra bəzi müştərilərin hesablarından vəsaitlərin silinməsi ilə bağlı iddialara aydınlıq gətirib. Bankdan Mediaxeberleri.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Birbank” mobil tətbiqində problem yarandığı üçün vəsaitlər görünməyib: "Texniki problem həllini tapdıqdan sonra hər şey qaydasına düşdü. Hazırda vəsaitlərlə bağlı problem yoxdur", - məlumatda qeyd olunub.
Oxunub: 151
Xəbəri paylaş
Paylaş: