Bu ölkələrə səyahət edəndə virusa yoluxa bilərsiniz – Diqqət
Burundi, Konqo Demokratik Respublikası, Keniya, Ruanda və Uqanda kimi ölkələrdə meymunçiçəyi virusunun insandan insana davamlı ötürülməsi müşahidə olunur. Mərkəzi Afrika Respublikasında, eləcə də Konqo Respublikasında da sözügedən virusa sürətlə yoluxma haqqında məlumatlar var. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Qeyd olunub ki, səhayət zamanı meymunçiçəyi virusuna yoluxma ehtimalı olduğu bildirilən ölkələrin siyahısına Belçika, Kanada, Çin, Fransa, Almaniya, Hindistan, Oman, Pakistan, İsveç, Tailand, Britaniya, ABŞ, Zambiya və Zimbabve daxildir. Ümumilikdə hazırda meymunçiçəyi virusuna 122 ölkədə 100 min yoluxma halı qeydə alınıb.
 
 
Oxunub: 381
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 





















