Rusiyalı həkimlər Laləni şikəst ediblər: Karyerasını bitirir?
Bədii gimnastika üzrə Rusiya yığmasının lideri Lalə Kramarenkonun zədəli yox, sağlam meniski çıxarılıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə onun baş məşqçisi İrina Viner bildirib. “Lalə niyə əməliyyat olunub və sağlam menisk çıxarılıb. İki buynuz var, bir buynuz zədələnib, ikincisi isə əla vəziyyətdə olub. Əməliyyatı həyata keçirən həkim səhvən onun sağlam buynuzunu çıxarıb. O, bir ay İsraildə olub. Orada bəzi bərpaedici prosedurlardan keçib, lakin kəsilənləri bərpa etmək mümkün deyil. Bunlar da bizim həkimlərdir, soyadlarını vermək istəmirəm. Belə həkimləri diplomdan məhrum edərdim. Laləmə yazığım gəlir, o bunu bilir və birtəhər qayıtmağa çalışır. Bunun baş verdiyinə görə təəssüflənirəm”, – deyə Viner söyləyib. Məşqçi Lalənin karyerasını bitirmək ehtimalının yüksək olduğunu bildirib. Qeyd edək ki, 20 yaşlı Lalə Kramarenko Rusiya çempionu, yeniyetmələr arasında üçqat dünya çempionu və komanda yarışında Avropa çempionu, beynəlxalq Qran Pri mərhələlərinin qalibi və mükafatçısıdır.