DSMF 250 nəfərin pensiyasını kəsdi
Sosial şəbəkədə Ülvi Əliyev adlı istifadəçi DSMF-dən şikayətçidir. Mediaxeberleri.Az xəbər verir ki, o, 10 il məhkəmə sistemində, 11 il isə Dövlət Gömrük Komitəsində çalışdığını qeyd edib. Bildirib ki, 2023-cü ilin dekabr ayından təqaüd alır. Uzun müddət Azərbaycan Respublikasının Gömrük Komitəsində çalışan şikayətçi və ondan əlavə 250 nəfərin pensiyası DSMF tərəfindən dayandırılıb. Halbuki onların pensiya almaq hüququ yaranıb və artıq son bir il müddətindən pensiya alıblar. Təqaüdün kəsilməsinə səbəb kimi isə DSMF tərəfindən pensiyanın düzgün təyin olunmaması göstərilib. Şikayətçiyə bildirilib ki, artıq pensiya almıyacaqlar. Hətta DSMF bir il ərzində onlara verilən toplam pensiya məbləğinin geri qaytarılmasını tələb edib.
Oxunub: 188
Xəbəri paylaş
Paylaş: