Türkiyədə oteldə baş verən yanğının səbəbi bəlli oldu
Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğının səbəbi araşdırılıb. Mediaxeberleri.Az xəbər verir ki, yanğının otelin 4-cü mərtəbəsində yerləşən restoranda başladığı müəyyən edilib. “Grand Kartal” otelinin restoran hissəsində gecə saat 03:21-də başlayan yanğından əvvəl restoran işçiləri səhər yeməyi hazırlamağa başlayıblar. Uzun müddət açıq qalan və qızdırılan izqaranın üzərindəki qaynar yağ qəfildən alışıb. Mətbəxdən alovları görən aşpaz Faysal Yavər və mətbəx işçiləri Yusuf Karahanlı, Fidan Kurç və Mehmet Gündüz yanğına müdaxilə etmək istəyib. Onlar alovu yanğınsöndürən balonla söndürmək əvəzinə yanan cihazı su ilə söndürməyə çalışıb. Lakin alov böyüyərək ətrafa yayılıb. Qeyd edək ki, hadisə zamanı 78 nəfər vəfat edib.
Oxunub: 166
Xəbəri paylaş
Paylaş: