Üç övladı da xəstə olan ana yardım diləyir: "Bəzən günlərlə yemək ala bilmirəm"
Fidan, Məryəm və Tahət Hüseynovların yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Oxu.Az-a onun anası Vəfa Əliyeva məlumat verib. O bildirib ki, Məryəm neyrofibromatoz xəstəliyindən (Reklinqxauzen xəstəliyi), Fidan qıcolma, oğlu Tahət isə böyrək problemindən əziyyət çəkirlər: "Fidanın 14 yaşı var, Tahətin 11, Məryəmin isə 10 yaşı var. Fidan anadangəlmə qıcolmadan, Məryəm neyrofibromatoz xəstəliyindən, Tahət isə böyrək xəstəliyindən əziyyət çəkirlər. Fidan elə doğulandan dərmanlarla yaşayır, dərmanlarını istifadə edə bilməyəndə qıcolmaları artır, Tahət isə sidiyə gedə bilmir. Artıq iki dəfə əməliyyat olunub. Məryəmin isə vəziyyəti göz qabağındadır. Övladlarımın içində ən ağırı odur. Məryəmin üzündəki şiş günü-gündən böyüyür, qulağına və gözlərinə problem yaradır. Həkimlər hazırda onun müalicəyə alınmalı olduğunu, daha sonra isə əməliyyatla qulağındakı şişi götürəcəklərini deyiblər". Gənc ana övladlarına təkbaşına baxdığını deyib: "Uşaqlarımın atası illər əvvəl bizi atıb, özünə yeni həyat qurub. Nə maddi dəstək olur, nə övladları ilə maraqlanır. Övladlarımı Məryəmin pensiyası və xadiməlik edərək qazandığım pulla dolandırmağa çalışıram. İnanın, vəziyyətimiz çox ağırdır. Bəzən günlərlə uşaqlara normal yemək bişirə bilmirəm. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm". Ailə ilə əlaqə: (051) 826-33-61. "Kapital Bank": 4169 7388 9844 3787.