Un bahalaşacaq? - AÇIQLAMA
Azərbaycanda unun qiyməti bahalaşa bilər. Bu barədə Mediaxeberleri.Az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli əksər marketlərdə çəki ilə satılan unla bağlı qıtlığın olması məsələsinə aydınlıq gətirərkən deyib. “Ölkədə un bazarında qıtlıq olması ilə bağlı məlumatlar görməmişik. Dünya bazarında taxılın qiymətində bir az artım müşahidə olunur. Ola bilər ki, bəzi dəyirmanlar öz istehsallarını yeni taxıl qiymətlərinə uyğunlaşdırmağa çalışırlar. Bəlkə də, marketlərə çəki ilə unun gətirilməməsi bununla əlaqəlidir. Bir-iki kiloluq, hətta 5 kiloluq unlar marketlərdə hələ ki açıq satışdadır. Hətta kisə ilə də un almaq mümkündür. Dediyim kimi, taxıl qiymətlərində müəyyən dəyişikliklər olduğuna görə dəyirmanlar taxılın yeni qiymətinə görə istehsalın hesablanmasına başlayıblar və buna görə bazara daha az un çıxarırlar. Təəssüf ki, bu, deməyə əsas verir ki, bir müddət sonra unun qiyməti balahaşa bilər”, - iqtisadçı bildirib.