Murad Arif nazirliyə səsləndi: “İbtidai siniflər üçün rus bölməsi bağlansın”
Müğənni Murad Arif Təhsil Nazirliyini tənqid edib. Mediaxeberleri.Az xəbər verir ki, müğənni nazirliyin fəaliyyətindəki nöqsanlara diqqət çəkərək rus dili bölməsində təhsil alan uşaqların yaşadığı çətinliklərdən danışıb.
Müğənni rus bölməsinin bağlanmağının tərəfdarı olduğunu dilə gətirib:
"Əgər hörmətli Elm və Təhsil Nazirliyi şagirdlərə Azərbaycan dilini öyrətmək istəyirsə rus bölməsində Azərbaycan dili fənn olaraq gücləndirilməlidir və bu fənn həftədə 4 dəfə keçirilməlidir. İbtidai siniflər üçün rus bölməsi bağlanmalıdır və 4-cü sinifə qədər hamı ölkənin dilinə yiyələnməli, 4-cu sinifdən sonra istəyən rusca, istəyən yaponca oxumağı seçməlidir. Amma rus bölməsinə Azərbaycan tarixini Azərbaycan dilində tədris etmək yalnız bir nəticə verəcək - uşaqlar tariximizi bilməyəcəklər. Bu qədər bəsit. Balalarımız təcrübə dovşanı deyil".