"Veysəloğlu" xalqın cibinə girir
"Veysəloğlu" Şirkətlər Qrupuna daxil olan "Araz" marketlər şəbəkəsi istehlakçıların hüquqlarını pozmaqda davam edir. Bu günlərdə daha bir alıcı paytaxtın Yasamal rayonu ərazisindəki "Araz" marketdən görüntüləri paylaşıb. Müştəri ilə marketin nümayəndəsi arasında gedən söhbət zamanı məlum olur ki, yenə qiymətlər vitrində başqa, kassada fərqlidir. Anaxeber.info məlumat verir ki, müştəri dəfələrlə belə halla qarşılaşdığını açıqlayıb. Marketin Şərifzadə küçəsində, "Kaktus" restoranına yaxın ərazidə yerləşən filialında baş vermiş bu hadisə ilə bağlı müştəri şikayət edəcəyini açıqlayıb. Ümumiyyətlə, "Araz" və "Oba" marketlərdə tez-tez müştərilərin aldadılması hallarına rast gəlinir. Əsasən də qiymətlərin kassa ilə vitrində fərqli olmalarıdır. Hər məhsulda qiymətin fərqli olması gün ərzində nə qədər vəsaitin "Veysəloğlu"nun cibinə getməsi deməkdir. Hətta bununla bağlı dəfələrlə məhkəmə qərarları olub. Bundan əlavə," OBA”da “Araz" market”in “otxodları”nın satıldığı iddia olunur. Azər Talıbov
Anaxeber.info