Azərbaycan və Gürcüstanın baş nazirləri Bakıda inşa ediləcək yeni səfirlik binasının ərazisində
Azərbaycan və Gürcüstanın baş nazirləri Əli Əsədov və İrakli Kobaxidze Bakıda Gürcüstanın yeni səfirlik binasının tikiləcəyi əraziyə baxış keçiriblər. Mediaxeberleri.Az xəbər verir ki, məlumatı Gürcüstan hökuməti yayıb. Bildirilib ki, 3 450 kv.m ərazini əhatə edəcək binanın tikintisinə yaxın vaxtlarda başlanılacaq. Qeyd edilib ki, tikinti işlərinin aparılacağı torpaq sahəsi Gürcüstan hökumətinin nümayəndələrinə təhvil verilib.
Oxunub: 157
Xəbəri paylaş
Paylaş: