Vahid Ələkbərovun oğlu istefa verdi - ABŞ məcbur etdi
“Lukoyl” şirkətinin təsisçisi Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov Moskva “Spartak”ının Direktorlar Şurasını tərk etmək qərarına gəlib. Mediaeberleri.Az xəbər verir ki, bu barədə “RBC-Sport” öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, Yusif Ələkbərovun qərarı Amerika Birləşmiş Ştatlarının Maliyyə Nazirliyinin ona qarşı sanksiyalar tətbiq etməsindən sonra klubu riskə atmamaq istəyi ilə verilib. Ələkbərov 2021-ci ildə "Spartak"ın direktorlar şurasına daxil olub.
 
 
 
Oxunub: 337
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 






















