Ağciyər Xəstəlikləri Mərkəzinə direktor TƏYİNATI
Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilovun təqdimatı ilə Mərkəzin direktoru vəzifəsi Nəhmət Rəhmanova həvalə olunub. Qeyd edək ki, Nəhmət Rəhmanov bundan əvvəl TƏBİB-in İlkin səhiyyə xidməti departamentinin Xidmətlərin təşkili şöbəsinin müdiri vəzifəsini icra edib.
Oxunub: 108
Xəbəri paylaş
Paylaş: