Avtobus sürücülərinin dayanacaqda yaratdığı VƏZİYYƏT
Paytaxtın Nizami rayonunda "8-ci kilometr bazarı" adlanan ərazidə avtobusların düzgün dayanmaması sıxlığın yaranmasına və digər sürücülərin haqlı narazılığına gətirib çıxarıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Baku.ws-in "qaynar xətti"nə müraciət daxil olub. Bildirilib ki, avtobusların yanlış dayanması nəticəsində yolun 3 zolağı tutulub. Bu da yolun həmin hissəsində nəqliyyatın hərəkətini çətinləşdirib. Sözügedən görüntüləri təqdim edirik:
Oxunub: 259
Xəbəri paylaş
Paylaş: