Cənubi Koreya kəşfiyyatı KXDR-in Kursk vilayətindəki itkilərinin sayını açıqlayıb
Bu günə qədər Kursk vilayətində Şimali Koreyanın hərbi kontingentinin 300-ə yaxın əsgəri həlak olub, bu isə dekabrda qeydə alınan göstəricidən 200 hərbçi çoxdur. “Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Koreya Respublikasının Milli Kəşfiyyat Xidmətinin qiymətləndirməsinə görə, indiyədək regionda Şimali Koreya 3 minə yaxın hərbçisini itirib ki, onların da 300 nəfəri həlak olub, 2700 nəfəri isə yaralanıb. Dekabr ayının sonuna cənubi koreyalı kəşfiyyatçılar Şimali Koreyanın 100 hərbçisinin həlak olduğunu və 1000-ə yaxın yaralı əsgərinin olduğunu bildirmişdilər.
Oxunub: 41
Xəbəri paylaş
Paylaş: