Azərbaycanda Ermənistan istehsalı olan 2 728 mina aşkarlanaraq zərərsizləşdirilib
“2020-ci il Üçtərəfli Bəyanatından sonra Azərbaycanda 2022-ci ilin avqust ayından indiyədək 2021-ci ildə Ermənistanda istehsal edilmiş, ümumilikdə 2 728 mina aşkarlanaraq zərərsizləşdirilib”. “Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının iclasında çıxışında deyib. Onun sözlərinə görə, Azərbaycan-Ermənistan sərhədi boyunca Kəlbəcər və Laçın rayonlarında 1119 mina, Qarabağ İqtisadi Rayonunda isə 1609 mina aşkarlanaraq zərərsizləşdirilib: “Ümumilikdə 2020-ci ilin noyabr ayında Üçtərəfli Bəyanatın imzalanmasından bugünədək 314 nəfər minaların qurbanı olub”.
Oxunub: 282
Xəbəri paylaş
Paylaş: