İlham Əliyev Putinə bu faktları dedi
Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsi Rusiyanın hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qalıb və idarəetməni tam itirib. Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı deyib. Prezident bildirib ki, bundan sonra təyyarə Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirilib və yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bilib. Dövlət başçısı təyyarənin gövdəsində çoxsaylı dəliklərin olmasının, hələ havada olarkən sərnişin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmasının və bu xüsusda sağ qalan təyyarə bələdçiləri və sərnişinlərin ifadələrinin kənar fiziki-texniki müdaxilə faktını təsbit etdiyini vurğulayıb. Qeyd edək ki, Putin bugünkü telefon danışığında İlham Əliyevdən baş verən hadisəyə görə üzr istəyib.