Yeni il süfrəsində yeyib-içərkən... - Xəbərdarlıq
Yeni il süfrəsində bayram yeyib-içməyindən ən çox 2 orqan əziyyət çəkir. Mediaxeberleri.Az Medicina.az-a istinadən xəbər verir ki, dietoloq Yevgeni Arzamasçev xəbərdarlıq edib. “Bayram günlərində insanlar ard-arda çoxlu zərərli qidalar yeyir, içki məclislərində olur, orqanizm çox yüklənir. Nəticədə mövcud olan qastrit, kolit və pankreatit kimi xəstəliklər kəskinləşir, xoralar dərinləşir. Qeyri-sağlam qida həm həzm, həm immun sisteminin işini pozur. Eləcə də, ən həssas vəzlər olan mədəaltı vəz və qalxanvari vəzin işi azalır. Belə qidalanma sürətli kökəlmə, qaraciyərin piylənməsi, eləcə də mədəaltı vəzin iltihabına səbəb olur. Pankreatitin simptomları: - Qarında ağrı – daha çox kürəyə, qarının sol tərəfinə vurur; - Ürəkbulanma, qusma- xüsusən yemək yedikdən sonra; - İştahın azalması - Arıqlama - İshal - Sarılıq – gözlər, dəri, ovuclar - Zəiflik, yorğunluq Ümumiyyətlə, Yeni ildən sonra xroniki xəstələr qastroenteroloq müayinəsindən keçsinlər”, - o bildirib.