Daha bir general işdən çıxarıldı
Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay İlyas oğlu Məmmədov vəzifəsindən azad olunub. Mediaxeberleri.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb. Generalın işdən çıxarılma qərarı Penitensiar Xidmət sahəsində aparılan kadır islahatları ilə bağlıdır. Qeyd edək ki, Oqtay İlyas oğlu Məmmədov 2006-2013-cü illərdə Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis idarəsinin rəis müavini vəzifəsində çalışıb. O, 2013-2016-cı illərdə Kürdəmir rayon Polis Şöbəsinin rəisi olub. 5 iyul 2016-cı il tarixdə ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə Penitensiar Xidmətin rəis müavini təyin edilib. Xatırladaq ki, Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Məhərrəm Qafarov da təqaüdə göndərilib.