Ordumuz zərgər dəqiqliyi ilə işlədi - ŞƏRH
“Dəqiq atışlar, mülki əhalinin hədəfə alınmaması Azərbaycan Ordusunun texniki qabiliyyətinin gücünü bir daha göstərdi. Bu çox böyük bir mesajdır”. Mediaxeberleri.Az-ın məlumatına görə siyasi analitik Turab Rzayev Publika.az-a açıqlamasında bildirib ki, Azərbaycan Ordusu 44 günlük müharibədə olduğu kimi, bu dəfə də çox dəqiq, zərgər dəqiqliyi ilə işlədi. “Ordumuz çalışdı ki, heç bir halda mülki əhalidə itki olmasın. Gördüyümüz kimi də olmadı. Ancaq hərbi hədəflər, istehkamlar, döyüş mövqeyinə hazırlanmış hərbi texnika vuruldu. Bununla yanaşı tenikaların ətrafında olan hərbçilər hədəf götürüldü. Daha öncədən Azərbaycan çox böyük dəqiqlik, hesablanmış, planlı şəkildə mülki əhaliyə xəbərdarlıq etdi ki, hərbi hədəflərin yanında olmasınlar. Bununla bağlı həm Müdafiə Nazirliyi, həm də Xarici İşlər Nazirliyi əhaliyə çağırışlar etdilər. Bu xəbərdarlıqlardan sonra daha sonra sırf həmin hərbi obyektlərə qarşı lokal xarakterli antiterror tədbirləri başlandı”. Politoloq vurğulayıb ki, hərbi obyektlər nöqtə atışları ilə vuruldu: “Yalnız hərbi obyektlərin hədəf olması Azərbaycanın nə qədər humanist davrandığını göstərir. Ordumuzun texniki gücü artıq hamıya bəllidir. Qarşı tərəf bunu pozmaq üçün fərqli provokasiyalar etməyə çalışdı. Yəni qəsdən hərbi obyektləri əhalinin yerləşdiyi yerlərdə tikmişdilər. Onların bu çirkin əməllərini baxmayaraq canlı qüvvəmiz və hərbi texnikamız 1 gün içində elə işlədi ki, evlər arasında tikilən hərbi obyektlər heç bir mülki əhalini hədəfə almadan məhv edildi”.