“Azəriqaz”da media və QHT nümayəndələri ilə görüş olacaq
SOCAR “Azəriqaz” İB-də media və QHT nümayəndələri ilə növbəti görüş olacaq. Mediaxeberleri.Az xəbər verir ki, İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası sentyabrın 22-də saat 11:00-da başlayacaq. Aksiya feysbuk sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.
Oxunub: 294
Xəbəri paylaş
Paylaş: