Qarabağda minə yaxın separatçı məhv edildi
Qarabağdakı separatçı rejim bölgədə anti-terror əməliyyatı aparan Azərbaycana təslim olmaq barədə sənəd imzalayıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Qarabağdakı mənbələrdən məlumat əldə edib. Məlumata görə, separatçıların hərbi qüvvələri bir sutka ərzində silahlılarının demək olar ki, yarısını itirib: "Qüvvələrin təxminən 2,5 min hərbçidən ibarət olduğu, itkilərin 1000 nəfərə yaxın olduğu qeyd edilir". Nəticədə separatçıların hərbi birləşmələri ləğv olunaraq tərksilah ediləcək, texnika və silahlar bölgə ərazisindən çıxarılaraq zərərsizləşdiriləcək. Rəsmi Bakı sakinlərin təxliyəsi üçün dəhliz təmin edib.
Oxunub: 261
Xəbəri paylaş
Paylaş: