Günlər qısalmağa, gecələr uzanmağa başlayacaq
Yerin şimal yarımkürəsində gecənin uzunluğu bazar günündən sonra artmağa başlayacaq və getdikcə günün uzunluğunu keçəcək. Mediaxeberleri.Az TASS-a istinadən xəbər verir ki, planetin bu hissəsində astronomik payız gəlir. Bu barədə Moskva Planetariumunun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 22-dən sonra Yerin Şimal yarımkürəsində gecə gündüzdən daha uzun olur və astronomik payız başlayır. Yerin Cənub yarımkürəsində isə gecələr qısalır və orada astronomik bahar başlayır.
Oxunub: 272
Xəbəri paylaş
Paylaş: