Hindistanda güclü yağışlar nəticəsində 170-dən çox insan həyatını itirib
Hindistanın Himaçal-Pradeş ştatının şimalında iyun ayında musson mövsümünün gəlişindən bəri yağan güclü yağışlar nəticəsində 170-dən çox insan həyatını itirib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə "Hindustan Times" qəzeti məlumat yayıb. Pis hava şəraiti səbəbindən Himaçal-Pradeşdə yollar su altında qalıb, elektrik enerjisində problemlər yaranıb. Təbii fəlakət nəticəsində ştatın infrastrukturuna dəyən ziyan 13.2 milyard hind rupisi (158 milyon dollardan çox) təşkil edib. Hindistanda musson mövsümü adətən iyunun əvvəlində başlayır. Daha sonra şimala doğru hərəkət edir və adətən iyulun ortalarına qədər bütün ölkəni əhatə edir. Mussonlar sentyabrın sonu - oktyabrın əvvəlində bitir.
Oxunub: 225
Xəbəri paylaş
Paylaş: