"Telegram"ın analoqu yaradılır - Prezident ƏMR VERDİ
Rusiya prezidenti Vladimir Putin “Telegram”ın yaradıcısı Pavel Durovun həbsi ilə əlaqədar bir ay ərzində messencerin “tamamilə rus” analoqunu yaratmağı əmr edib. Mediaxeberleri.Az-ın məlumatına görə, bu barədə Rusiya xüsusi xidmət orqanlarına yaxın “Telegram” kanalları xəbər verib. Kremlə yaxın mənbələrin məlumatına görə, bütün məmurlar, hərbçilər və kəşfiyyatçılar yeni messencerə keçməli olacaqlar. “Biz sürətlə inkişaf etməli və işə salmalıyıq, problem olarsa, getdikcə həll edəcəyik. Yaxın gələcəkdə kommunikasiya vəziyyəti kritik ola bilər”, - Kremlin həmsöhbətlərindən biri izah edib.
Oxunub: 229
Xəbəri paylaş
Paylaş: