Ağalar Vəliyev inadından ƏL ÇƏKMİR - MƏZƏLİ KAMPANİYA
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 57 saylı Xaçmaz şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ağalar Vəliyev özünün İNADKAR xarakteri ilə diqqətə gələn seçki kampaniyasını eyni uğurla davam etdirməkdədir. Dia-az.İnfo xəbər verir ki, "Kristal Abşeron" şriktəinin sahibi əslində psevdokampaniya aparır və SEÇİCİLƏRLƏ GÖRÜŞ adı altında az qala KOLXOZ HESABATINA bənzər bir dəst-xətt nümayiş etdirir.
Belə ki eyni şəxsləri seçici adı altında ayrı-ayrı görüş ünvanlarına daşıyan Ağalar Vəliyev hətta onlarla, yəni eyni adamlarla ayrı-ayrı yerlərdə şəkil çəkdirib SEÇİCİLƏRİMLƏ GÖRÜŞDÜM deyib paylaşmaqdan da çəkinmir.
Bu barədə keçən həftə Dia-az.İnfo olaraq faktları təqedim etdik:
Ağalar Vəliyevin növbəti İFŞASI: SEÇKİ QASTROLU... - BUNUN BAŞQA ADI YOXDUR...
İndi isə aydın olur ki, hətta bu yazımız da möhtərəm Ağalar müəllimin kefini qarışdırmayıb və eyni əhvalla eyni taktikasını davam etdirir... Yəni seçicidaşıma üsulunu...
Aşağıdakı foto isə onun son görüşündəndir.
Yəni Xaçmazın Yergüc və Hülövlü kənd sakinləri ilə keçirilən görüşlərdən...
Yuxarıda təqdim etdiyimiz linkə daxil olaraq məsələyə tam hakim ola bilərsiniz... Yəni yenə də eyni şəxslər bu dəfə Xaçmazın Yergüc və Hülövlü kənd sakinləri kimi təqdim olunublar...
MƏZƏN OLSUN, Ağalar müəllim... kef elə... nə deyirik ki...