“Övladım üçün imkanlı şəxslərdən yardım istəyirəm” – 5 yaşlı Yağmurun köməyə ehtiyacı var + FOTOLAR
5 yaşlı Yağmur Şirinova ağır dərəcəli kifoz xəstəliyindən əziyyət çəkir. Artıq iki aydır ki, müalicə olunan Yağmurun səhhətində ciddi problemlər yaranmağa başlayıb. Bu yaxınlarda bir övladını itirmiş ailənin maddi durumu isə çox pisdir. Ailənin hazırkı gəliri Yağmurun müalicə xərclərini qarşılamağa yetmir. Yağmurun anası Şirinova Səbinə Əjdər qızı “AzPolitika”-ya müraciətində bildirib ki, ağır xəstəlikdən vəfat edən övladının illərlə davam edən müalicəsindən sonra ailənin maddi durumu xeyli aşağı düşüb:“Digər övladım 8 yaşında qan xərçəngindən vəfat etdi. Onun müalicəsi üçün evimizi, həyat yoldaşımın avtomobilini satdıq, qohum-əqrabadan borc aldıq, yardımlar topladıq. Ancaq təəssüf ki, Türkiyədə müalicə olunan övladım 5 ilin sonunda vafat etdi. İndi bizim heçnəyimiz qalmayıb. Kirayədə yaşayırıq, həyat yoldaşım da fəhlədir. Heç bir yerdən əlavə gəlirimiz yoxdur. Dövlətdən də maddi yardım almırıq”. S. Şirinova övladının müalicəsini qarşılamaqda çətinlik çəkdiklərini bildirir:“Övladımda üçüncü dərəcəli kifoz aşkarlanıb. Həkimlərin dediyinə görə, bu, xəstəliyin ağır mərhələsi hesab olunur. Dördüncü dərəcədə artıq əməliyyat şərt olacaq. Bu, olduqca bahalı və riskli bir əməliyyatdır. Xəstəliyin irəliləməməsi üçün Yağmurun davamlı müalicəyə ehtiyacı var. Hazırda tok, idman və masajla müalicə olunur. Bütün bunlara 15 gün ərzində 900 manat pul ödəyirik. Həmçinin karsetlə də müalicəyə ehtiyac var. Karset isə 1700 manatdır və hazırda maddi vəziyyətimiz onu almağa imkan vermir. Mən bir övladını itirmiş ana kimi, imkanlı şəxslərə üz tutaraq onlardan yardım istəyirəm. Xahiş edirəm ki, övladımın müalicəsində bizə kömək etsinlər. Hazırda Yağmurun sizlərdən gələcək maddi yardımlara böyük ehtiyacı var”. Kart nömrəsi: 5243 7544 4153 4102 (Unibank) Əlaqə: 077-397-24-77