Övlad dünyaya gətirmək üçün girdiyi xəstəxanadan ikisinin də meyiti çıxdı: Körpə qızı da yetim qaldı
Qubada ana və körpəsi dünyasını dəyişib. Belə ki, Xaçmaz rayonunun Hülövlü kənd sakini 24 yaşlı Samirə Nəsirova doğuş üçün Quba Regional Perinatal Mərkəzinə gətirilib. Vurulan iynədən sonra vəziyyəti pisləşib, ana və bətnindəki körpə vəfat edib. Həyat yoldaşı Habil Məmmədzahidov mərhumun əməliyyatdan öncə səhhətində heç bir probleminin olmadığını deyib: "Hər şeyi normal idi. Avqustun 21-i səhər əməliyyata girdi. İyirmi dəqiqə sonra həkim gəlib dedi ki, vəziyyəti ağırdır. Bir az keçəndən sonra xəbər verildi ki, xəstə keçinib. Narkozu vuranda 2 dəfə çırpınıb, sonra keçinib. Bəlkə də dozanı çox vurub". Ətraflı Baku TV-nin süjetində: "Quba rayonunda doğuş zamanı ana və körpəsi anafilaktik şok nəticəsində dünyasını dəyişib". Bu məlumat Oxu.Az-ın sorğusuna əsasən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verdiyi açıqlamada yer alıb. "21 avqust 2000-ci il təvəllüdlü Quba rayonu sakini "Hamiləlik 38 həftə, uşaqlıq üzərində çapıq" diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Regional Perinatal Mərkəzinə yerləşdirilib. Müayinələr aparıldıqdan sonra uşaqlıq üzərində çapıq və başlamış doğuş fəaliyyətini nəzərə alaraq, təkrar keysəriyyə kəsiyi əməliyyatının ağrısızlaşdırılma etapında saat 13:55-də spinal anesteziya tətbiq olunan zaman anada anafilaktik şok əlamətləri müşahidə olunub. Göstərilən tam həcmli şok əleyhinə intensiv reanimasion tədbirlərə baxmayaraq, ana və bətnindəki körpə 21.08.2024-cü il saat 15:00 radələrində vəfat edib Əzizə İsmayılova Quba rayonunda doğuş zamanı ana və körpəsi dünyasını dəyişiblər. "Report"un Şimal bürosunun məlumatına görə, hadisə Regional Perinatal Mərkəzində baş verib. Belə ki, Xaçmaz rayon Hülövlü kənd sakini 2000-ci il təvəllüdlü Samirə Bəhruz qızı Nəsirova doğuş üçün Quba Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Əməliyyat zamanı o və körpəsi dünyasını dəyişiblər. Bu, S.Nəsirovanın ikinci hamiləliyi olub. Faktla bağlı araşdırma aparılır.