Bakıda qəzalı binada yaşayan sakinlər təhlükə ilə üz-üzədirlər
Səbayıl rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov, 3 ünvanında yerləşən yataqxana binası qəzalı vəziyyətdədir. Sakinlər "Xəzər Xəbər"ə müraciət edərək, vəziyyətin çox pis olduğunu bildiriblər. Bina əvvəllər gəmi təmiri zavodunun yataqxanası olub və bu zavodda çalışanlara verilib. Hazırda isə bina bərbad vəziyyətdədir. Sakinlər problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, vəziyyət dəyişməz olaraq qalır. Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, yataqxana Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq rəyinə əsasən, qəzalı vəziyyətdədir. Məsələ ilə əlaqədar aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb. Ətraflı süjetdə:
Oxunub: 228
Xəbəri paylaş
Paylaş: