Baş məşqçi qovuldu
“Əl-Nəsr” Səudiyyə Ərəbistanı Superkubokunda “Əl-Hilal”la oyunda (1:4) dağıdıcı məğlubiyyətdən sonra baş məşqçi Luis Kastronu istefaya göndərib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə “Alyaum” məlumat yayıb. Mənbənin məlumatına görə, idarə heyətinin sədri İbrahim Əl-Mühəddib yeni məşqçi axtarışlarına başlamaq üçün göstəriş verib. Luis Kastro 2023-cü ildən “Əl-Nəsr”ə rəhbərlik edir. Mütəxəssisin klubla müqaviləsi 2025-ci ilə qədərdir. Əvvəllər o, “Rio Ave”, “Çaves”, “Vitoria Guimaraes”, “Şaxtyor”, “Əl-Duhail” və “Botafoqo” komandalarına rəhbərlik edib. Avqustun 22-də “Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının ilk turunda “Əl-Riyad”la qarşılaşacaq.
Oxunub: 272
Xəbəri paylaş
Paylaş: