Meymunçiçəyi Azərbaycanda da yayıla bilər: Nə etmək lazımdır? - VİDEO
Son günlərdə dünyanı bürüyən meymunçiçəyi virusu sürətlə yayılır. Mediaxeberleri.Az Xəzər TV-yə istinadən bildirir ki, əsasən qərbi və mərkəzi Afrikada yayılmış nadir xəstəlik hal-hazırda Avropanın bir neçə ölkələrində aşkarlansa da, yoluxuculuq riski aşağı olan viruslardan hesab edilir. Lakin ümumdünya səhiyyə təşkilatı sürətlə yayılan bu virus barədə xəbərdarlıq edib. Pakistan və qonşu Türkiyədə də meymunçiçəyi virusu faktı aşkarlanıb. Mütəxəsislər virusun Azərbaycanda da yayılma ehtimalı olduğunu deyirlər. Həkim infeksionist Aytən Ziyadovanın sözlərinə görə, bu virusa qarşı hərkəsin peyvənd olunmasına ehtiyac yoxdur. Daha ətraflı videoda:
Oxunub: 246
Xəbəri paylaş
Paylaş: