Mediaxeberleri.az
    
  • Lahıc yolunda UÇQUN: Rayon mərkəzi ilə ƏLAQƏ KƏSİLDİ
    Lahıc yolunda UÇQUN: Rayon mərkəzi ilə ƏLAQƏ KƏSİLDİ
  • 
  • Benzinlə bağlı RƏSMİ MƏLUMAT
    Benzinlə bağlı RƏSMİ MƏLUMAT
  • 
  • Bu ərazilərdə qaz olmayacaq
    Bu ərazilərdə qaz olmayacaq
  • 
  • Rəcəb Babaşovun 10 ili: Qazax rayonu inkişaf və tərəqqi dövrünü yaşayır
    Rəcəb Babaşovun 10 ili: Qazax rayonu inkişaf və tərəqqi dövrünü yaşayır
  • 
  • BMCMİ-nin tutduğu "vəzifəli şəxs"in məhkəməsində ŞOK DETALLAR
    BMCMİ-nin tutduğu "vəzifəli şəxs"in məhkəməsində ŞOK DETALLAR
  • 
  • Ağstafa: Dünənlə bu günün qovuşduğu məkan
    Ağstafa: Dünənlə bu günün qovuşduğu məkan
  • 
  • Azərbaycanlı zəvvarların son qrupu həcc ziyarətinə yola düşdü
    Azərbaycanlı zəvvarların son qrupu həcc ziyarətinə yola düşdü
  • 
  • Ağızda donan yağlar zərərlidir? - AÇIQLAMA
    Ağızda donan yağlar zərərlidir? - AÇIQLAMA
  • 
  • ADY vətəndaşları sərhəddən keçirmək üçün “dəllal” pulu alır
    ADY vətəndaşları sərhəddən keçirmək üçün “dəllal” pulu alır
  • 
  • 109 nəfərin ölümünə səbəb olan terrorçu Türkiyəyə gətirildi
    109 nəfərin ölümünə səbəb olan terrorçu Türkiyəyə gətirildi
  • 
  • Neft həftəni bu qiymətlə yekunlaşdırdı
    Neft həftəni bu qiymətlə yekunlaşdırdı
  • 
  • Goranboyda iki qadın qətlə yetirildi
    Goranboyda iki qadın qətlə yetirildi
  • 
  • Onlayn qumar sürətlə yayılır – Nə etməli?
    Onlayn qumar sürətlə yayılır – Nə etməli?
  • 
  • Qazaxda 28 May - Müstəqillik Gününə həsr olunmuş “Müstəqillik, suverenlik müdrik xalqımızın milli sərvətidir!” mövzusunda tədbir keçirilib
    Qazaxda 28 May - Müstəqillik Gününə həsr olunmuş “Müstəqillik, suverenlik müdrik xalqımızın milli sərvətidir!” mövzusunda tədbir keçirilib
  • 
  • Qurban kəsərkən edilən böyük səhvlər - İllərdir yanlış bilirmişik
    Qurban kəsərkən edilən böyük səhvlər - İllərdir yanlış bilirmişik
  • 
  • Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
    Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
  • 
  • Bakı nefti yenidən bahalaşdı
    Bakı nefti yenidən bahalaşdı
  • 
  • Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirildi  - FOTO, VİDEO
    Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirildi - FOTO, VİDEO
  • 
  • İsmayıllıda güclü külək irigövdəli ağacları aşırdı
    İsmayıllıda güclü külək irigövdəli ağacları aşırdı
  • 
  • Qəbələdə təhlükə saçan qazdoldurma məntəqəsi - FOTO - VİDEO
    Qəbələdə təhlükə saçan qazdoldurma məntəqəsi - FOTO - VİDEO
  • 
  • Ata 3 yaşlı oğlunu boğub öldürdü
    Ata 3 yaşlı oğlunu boğub öldürdü

Son xəbərlər :
  • Gürcüstanda təhsil almaq istəyənlərin nəzərinə!
  • Sumqayıtda əyilmiş elektrik dirəkləri problemi ilə bağlı rəsmi AÇIQLAMA - VİDEO
  • Azərbaycanın basketbol millisi Avropa Kubokunun finalına yüksəlib
  • Ermənistan MSK nəticələri təsdiqlədi - Paşinyan təkbaşına hökumət qura biləcək?
  • Krımdan qaçış başlayır - Rusiya Qara Dəniz Donanmasının komandanlığını köçürür
  • Ermənistanda seçkilərin yekun nəticəsi açıqlandı
  • Ukrayna dronları Rusiyanın ən böyük kimya zavodlarından birini vurub
  • Türkiyə millisindən 52 illik antirekord
  • Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
  • Duzun saxta olduğunu öyrənməyin asan yolu
  • Sürücülərin nəzərinə: Bal limiti ləğv edilir?
  • Naxçıvana reyslər yenə ləğv olundu – AZAL
  • Rusiya ballistik raket istehsalını artırır
  • Britaniya Rusiya tankerini ələ keçirdi
  • Sabahın hava proqnozu açıqlandı
  • Hizbullah ilk dəfə İsrailin bu PUA-sını vurdu
  • Daşkəsəndə seldən sonra yol çökdü
  • Dövlətçiliyimizin 4 mərhələsi: ...Qurtuluş və Quruluş
  • Rusiyada kimya zavodu və neft bazası vuruldu
  • İran Hörmüz boğazı ilə bağlı geri addım atdı
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Müəllimlərin ən yaralı yeri - Onlara kim "stop" deyəcək?

  • Tarix: 17-08-2024, 17:10

Təhsilalanların sertifikasiyası zamanı ixtisasdan yüksək bal toplayan müəllimlərin metodika imtahanından zəif nəticələrinin olması faktları var. Fənlər üzrə ixtisasdan 50 bal toplayan əksər müəllimlər metodikadan 10 balı tam toplaya bilməyiblər. Metodika imtahanı bir növ müəllimlərin başağrısına çevrilib. Hərçənd müəllimlər imtahandan öncə dərsin planlaşdırılması, sinfin idarə edilməsi, diferensial yanaşma, oxuyub-anlama bacarığının formalaşdırılması, sinifdə sağlam sosial-psixoloji və mənəvi-psixoloji mühitin yaradılması ilə əlaqədar mövzuların daxil olduğu təlim proqramına cəlb olunublar. Bəs ixtisasını əla bilən müəllimin metodikadan axsamasına səbəb nədir? Problemə ekspertlərin gözü ilə nəzər salanda incə mətləblər ortaya çıxır.

Problem şablon cümlələrdə və terminologiyadadır

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərovanın sözlərinə görə, sertifikasiya istiqamətində metodistlər yetişdirilir. Belə ki, onlar məktəblərdə digər müəllimlərin dərslərində iştirak edir, mentorluq köməkləri göstərirlər: “El dilində sadələşdirsək, metodika kurikulumdur. Bölgələri gəzəndə də müşahidə edirik ki, müəllimlərin ən yaralı yeri kurikulumdur. Problem orada şablon cümlələr və terminologiyanın olması ilə bağlıdır. Bu, müəllimlərə bir az çətinlik yaradır. Bizdə metodika ilə bağlı kitabların tərcüməsini dünya qaynaqlarına istinad edərək yazıblar. Tutaq ki, “servis learning”dirsə tərcüməsini “xidməti öyrənmə” kimi qeyd ediblər. Bəs bunun izahı nədir? Bu, nəyə xidmət edir? Müəllim bunu bilsə, onu başa düşərək yazacaq. Müəllim ixtisası bilir. İxtisasını mənimsəyən müəllim metodikanı mənimsəyəndə çətinlik çəkə bilməz. Demək, bu məsələdə haradasa boşluq var”.

Praktik xarakterli təlimlərə ehtiyac var

G.Əkbərova hesab edir ki, tez və yaxşı nəticə əldə etməyin ən yaxşı yolu praktik xarakterli təlimlərdir: “Ümid edirəm ki, yeni metodistlərimiz bu məqamlara daha çox diqqət ayıracaqlar. Fikrimcə, növbəti mərhələdə bununla bağlı daha çox iş görüləcək”. G.Əkbərova hesab edir ki, metodika ilə bağlı problemlər məhz təcrübənin az olmasından qaynaqlanır: “Məsələn, mən imtahan verəndə səhvlərimdən biri - “qartopu üsulu” idi. Bu, mənə izah olunmayıb. Bununla bağlı dərslər təşkilatlara göndərilsəydi və ya saytlara yerləşdirisəydi, biz bu üsulu öyrənərdik. Yəni boşluqları bu formada müəyyən edib doldurmaq olar”.

Müəllimlərə dəstək üçün yollar tapmaq lazımdır

ADPU-nun Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının baş müəllimi Xalidə Həmidova prosesi belə izah edir: “Artıq 2009-cu ildən kurikulumlar yenilənməyə başlayıb. Hətta ondan əvvəl fəal təlim və yeni metodikalar ortaya gəlib. Ənənəvi təlim prosesindən təcrübə əsaslı təlim prosesinə keçdik və bunun içərisində bir çox fərqli metodikalar işlənməyə başladı, yeni təkliflər ortaya çıxdı. Müəllimlər də fərqli metodikalara üz tutmağa başladılar. Sürətlə dəyişən dünyanın tələblərinə uyğun yeni formatlar ortaya gəldi. Müəllimlərin də bir növ beyinləri qarışdı, çaşqınlıq yarandı. Onlar həddindən artıq yüklənməyə başladılar”. X.Həmidova müəllimlərin metodikadan tələb olunan balı tam ödəyə bilməmələrinin səbəbini əksəriyyətin ənənəvi metodika üzrə vərdişlərə yiyələnməsi ilə əlaqələndirir: “İnsanlar dörd il ixtisaslarının dərinliklərini öyrənirlər. Bu, onların biliyə yönələn kompetensiyalarıdır. Nəzəri məsələlər dərinləşdirilmiş şəkildə bütün müəllimlərimizdə formalaşdırılıb. Hələ də müəllimlərimizin çoxu köhnə dövrdə təhsil almış insanlardır. Biz bu müəllimləri çox da qınaya bilmərik, çünki əksəriyyəti ənənəvi metodika üzrə vərdişlərə yiyələniblər. Nə qədər yeni metodikanın nəzəriyyəsini oxusalar da, təcrübi-praktik tədrislə bağlı çətinliklər ortaya çıxır. İmtahanda daha çox praktik, nəticəyə əsaslanan suallar olduğu üçün müəllimlər cavablandırmaqda çətinlik çəkirlər”. Ekspert hesab edir ki, müəllimlər yeni tədris mühitinə uyğunlaşdıqdan, yeni nəzəriyyələri praktikaya tətbiq etməyə başladıqdan sonra nəticələr daha yüksək ola bilər: “Bu vəziyyətdə müəllimlərə dəstək ola biləcək yollar tapmaq lazımdır. Ortalama ballara baxdıqda görə bilərik ki, müəllimlər metodikadan az bal toplayıblar. Bu, onların sinifdə olan davranışlarından, səriştələrindən xəbər verir. Mənə görə, metodika suallar və testlə ortaya qoyulacaq bir həll deyil, daha çox praktik nümayiş olunmalıdır. Ona görə bəzən yanıla bilərik. Məsələn, müəllim imtahan zamanı suala cavab verməyə bilər, amma onun siniflərinə daxil olsaq çox gözəl metodiki bacarıqlarının və yaxşı nəticələrinin olduğunu görə bilərik”.

Hansısa qurum onlara “stop” deməlidir

X.Həmidova prosesdə yaxşı nəticənin əldə olunması üçün təlimçilərin peşəkar olmasını da ən vacib şərtlərdən biri hesab edir. Yəni metodikadan imtahana hazırlıq müddətində müəllimlər təlimlərə cəlb olunur. Bəs təlimçilər mentorlardırmı? X.Həmidova sualın cavabına tərəddüdlə yanaşır: “Bəzən burada da yanılmalar olur. Əvvəllər ixtisasartırma məcburi formada idi. İndi artıq təlimçilər regionlara - müəllimlərin yanına gedirlər. Bəs bu təlimçilərin seçimi nə qədər doğru aparılır? Onlar həqiqətən mütəxəssisdirlərmi? Onların seçimi necə baş verir? Hansı keyfiyyətlərə görə təlimçi seçilirlər? Bu sualların cavabı bir qədər çətindir. Məsələn, hazırda məktəbəqədər ixtisasa hazırlaşdıran kifayət qədər müəllim var. Adamları araşdıranda görürsən ki, kimya, coğrafiya və ya tarix müəllimidir. Əgər adamın məktəbəqədərdə bir gün belə təcrübəsi yoxdursa, yalnız kitablardan məktəbəqədəri öyrənibsə, o, ortaya nə qədər güclü metodika qoya bilər? Bu cür mənfi hallar var. Yəqin hansısa bir qurum onlara “stop” deməlidir”.


Oxunub: 412
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 20:55 | Gürcüstanda təhsil almaq istəyənlərin nəzərinə!
    Bu gün, 19:13 | Sumqayıtda əyilmiş elektrik dirəkləri problemi ilə bağlı rəsmi AÇIQLAMA - VİDEO
    Bu gün, 19:12 | Azərbaycanın basketbol millisi Avropa Kubokunun finalına yüksəlib
    Bu gün, 19:09 | Ermənistan MSK nəticələri təsdiqlədi - Paşinyan təkbaşına hökumət qura biləcək?
    Bu gün, 19:07 | Krımdan qaçış başlayır - Rusiya Qara Dəniz Donanmasının komandanlığını köçürür
    Bu gün, 18:52 | Ermənistanda seçkilərin yekun nəticəsi açıqlandı
    Bu gün, 14:56 | Ukrayna dronları Rusiyanın ən böyük kimya zavodlarından birini vurub
    Bu gün, 14:50 | Türkiyə millisindən 52 illik antirekord
    Bu gün, 14:19 | Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
    Bu gün, 14:10 | Duzun saxta olduğunu öyrənməyin asan yolu
    Bu gün, 14:08 | Sürücülərin nəzərinə: Bal limiti ləğv edilir?
    Bu gün, 14:06 | Naxçıvana reyslər yenə ləğv olundu – AZAL
    Bu gün, 12:43 | Rusiya ballistik raket istehsalını artırır
    Bu gün, 12:24 | Britaniya Rusiya tankerini ələ keçirdi
    Bu gün, 12:23 | Sabahın hava proqnozu açıqlandı
    Bu gün, 12:05 | Hizbullah ilk dəfə İsrailin bu PUA-sını vurdu
    Bu gün, 11:55 | Daşkəsəndə seldən sonra yol çökdü
    Bu gün, 11:50 | Dövlətçiliyimizin 4 mərhələsi: ...Qurtuluş və Quruluş
    Bu gün, 11:46 | Rusiyada kimya zavodu və neft bazası vuruldu
    Bu gün, 10:26 | İran Hörmüz boğazı ilə bağlı geri addım atdı
    Bu gün, 10:15 | Ağstafalı Ayxan Şükran oğlu Hacıyev Avropa çempionu adını qazanıb
    Bu gün, 09:09 | DÇ-2026: Türkiyə millisi Avstraliyaya məğlub oldu
    Dünən, 22:52 | Çövkən üzrə Azərbaycan millisi dünya çempionu oldu
    Dünən, 22:49 | “AZƏRBAYCAN DA AVROPAYA LAZIM OLANI 5 QAT BAHA SATMALIDIR” – “Paşinyanın ciddiliyini yoxlamaq istəyiriksə, 2 məsələyə fikir vermək lazımdır... ”
    Dünən, 22:33 | "Son zəng"dəki mahnılar... - Nazirdən maraqlı reaksiya
    Dünən, 20:54 | Flora Kərimova xəstəxanaya yerləşdirildi
    Dünən, 20:50 | Rusiyada ağır qəza: 2 ölü, 21 yaralı
    Dünən, 20:36 | Türkiyə süni intellekt üçün 10 milyard dollar ayıracaq - Ərdoğan
    Dünən, 19:31 | Millimiz dünya çempionu oldu
    Dünən, 19:18 | Nazir Kəlbəcərdə tək məzunun "Son zəng"ində iştirak etdi
    Dünən, 19:17 | Tramp Şahbaz Şərifin postunu paylaşdı: 24 saata...
    Dünən, 19:14 | "Qarabağ" Portuqaliyadan yeni transferə hazırlaşır
    Dünən, 18:45 | İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istədilər
    Dünən, 18:20 | Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu
    Dünən, 18:19 | İsrail Hizbullahın 70-dən çox obyektinə zərbə endirdi
    Dünən, 18:07 | Yekun saziş deyil, nüvə məsələsi müzakirə olunmur...
    Dünən, 17:56 | Azərbaycanla ABŞ TRİPP-in icrası məsələlərini müzakirə etdi
    Dünən, 17:45 | Ukrayna Rusiyanın mühüm neft obyektlərini vurdu
    Dünən, 17:38 | Nazirdən 10 və 11-ci sinif şagirdləri ilə bağlı yeni plan
    Dünən, 17:36 | Ağdamda yanğın başladı: Xocalıdan heyət cəlb edildi - Foto
    Dünən, 17:34 | ABŞ-la memorandum sabah olmayacaq, ancaq... – Bəqai
    Dünən, 17:07 | Zaqatalada iki nəfəri ilan sancdı, ölən var
    Dünən, 17:05 | Hava limanları özəlləşdirilir: Kim qazanacaq?
    Dünən, 16:47 | CNN-in Azərbaycanla bağlı yazısı uydurma çıxdı - Foto
    Dünən, 16:37 | 80 qəpiklik dondurma ilə 9 manatlıq dondurmanın fərqi...
    Dünən, 16:35 | 1571-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
    Dünən, 11:30 | Azad olunmuş ərazilərdə Qan Bankının regional bölmələri yaradılacaq
    Dünən, 11:29 | Nazirlikdən çimərliklərlə bağlı xəbərdarlıq
    Dünən, 11:25 | Bu ərazilərə yağış yağır
    Dünən, 11:20 | 4 min əcnəbi Piterdən çıxarıldı: azərbaycanlılar da var
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.