Войти

“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə

Gündəm

1960-cı ildə “Science” jurnalında dərc olunan bir araşdırma 66 il sonra yenidən gündəmə gəlib. Tədqiqatın adı isə kifayət qədər qeyri-adidir: “Qiyamət: Cümə, 13 Noyabr 2026”.

 

Mediaxeberleri.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Kanadadakı Qərb Universitetinin tarix professoru Alan MakEçern “The Conversation” üçün yazdığı məqalədə bu araşdırmanın tarixçəsini xatırladıb.

 

Araşdırmanın müəllifləri Heinz fon Foerster, Patrisiya M. Mora və Lorens V. Amiot keçmiş əhali məlumatlarını riyazi model vasitəsilə gələcəyə proyeksiya edərək, 2026-cı ildə dünya əhalisinin nəzəri olaraq “sonsuzluğa” yaxınlaşacağını hesablamışdılar.

 

Bu, insanların, həqiqətən, sonsuz sayda olacağı anlamına gəlmirdi. 13 noyabr 2026 tarixi modelin artıq fiziki reallığı izah edə bilməyəcəyi sinqulyarlıq nöqtəsi kimi müəyyənləşdirilmişdi.

 

Tədqiqatçılar nəticələrini olduqca dramatik şəkildə təqdim etmişdilər: “Nəvələrimizin nəvələri aclıqdan ölməyəcək. Onlar boğulmadan öləcəklər”.

 

Modelin əsasını əhali artımının getdikcə sürətlənməsi ideyası təşkil edirdi. Tədqiqatçılar hesab edirdilər ki, insanların əməkdaşlıq və texnologiya yaratmaq qabiliyyəti əhali artımının qarşısını ala biləcək bəzi məhdudiyyətləri aradan qaldıra bilər.

 

Onlar təxminən 2000 ili əhatə edən 24 dünya əhalisi göstəricisindən istifadə edərək riyazi model qurublar. Daha sonra həmin modeli gələcəyə tətbiq edərək 2026-cı il üçün “sonsuzluq” nöqtəsini müəyyənləşdiriblər.

 

MakEçernin sözlərinə görə, model ilk yayımlandığı vaxt böyük mübahisələrə səbəb olsa da, onun proqnozları 1970 və 1980-ci illərdə dünya əhalisinin real artım göstəricilərinə bir çox digər demoqrafik proqnozlardan daha yaxın olub. Lakin təxminən 1993-cü ildən etibarən real göstəricilər modelin proqnozlarından əhəmiyyətli dərəcədə geri qalmağa başlayıb. Bunun əsas səbəblərindən biri qlobal doğum səviyyəsinin sürətlə azalması olub.

 

1960-cı illərdə bir qadının həyatı boyu dünyaya gətirdiyi uşaqların orta sayı təxminən 5 olduğu halda, hazırda qlobal göstərici 2,3-dən aşağıdır.

 

Araşdırma dərc olunduqdan sonra “Time” və “The New York Times” kimi nəşrlər də bu mövzuya diqqət ayırıb. Araşdırmanın “apokaliptik” başlığı hətta komikslərə də mövzu olub.

 

Bir sıra alimlər modeli “gülünc” və “tamamilə absurd” adlandırıblar. Fon Foerster və həmkarları isə tənqidlərə cavab verərək riyazi yanaşmalarını müdafiə ediblər.

 

Model sonrakı illərdə genetika, ekologiya və demoqrafiya üzrə dərsliklərdə də müzakirə olunub. Araşdırmaya 1963-cü ildə Kanada Parlamentində, 1971-ci ildə isə ABŞ Ali Məhkəməsində abort işi ilə bağlı sənədlərdə də istinad edilib.

 

Tarixçi MakEçern vurğulayır ki, 13 noyabr 2026-cı il bəşəriyyətin məhv olacağı konkret tarix kimi qəbul edilə bilməz. Bu tarix yalnız 1960-cı illərdə istifadə edilmiş riyazi modelin nəticəsidir və həmin model sonrakı onilliklərdə real demoqrafik dəyişikliklər səbəbindən öz aktuallığını itirib.

 

Tədqiqatçıların həmin dövrdə irəli sürdüyü əsas fikir isə əhali artımının nəzarətdən çıxmasının qarşısının alınması üçün qlobal doğum səviyyəsinin azaldılması idi.

 

MakEçernin fikrincə, araşdırmanın bu gün yenidən xatırlanmasının əsas səbəbi onun dəqiq “qiyamət günü” göstərməsi deyil, elmi hesablamanın necə sensasion təqdimata çevrilə bilməsini göstərməsidir.

Ağstafada müəllim yoldaşı ilə dalaşan qadın: "Məni telefonla çəkirdi" - VİDEO

Gündəm

Ağstafada məktəb müəllimləri arasında əlbəyaxa dava baş verib. Hadisə Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə qeydə alınıb.

 

Mediaxeberleri.Az Baku TV-yə istinadən xəbər verir ki, məktəbin ibtidai sinif müəllimi Pərvanə Məmmədova həmkarı Sevinc Əhmədova ilə aralarında yaranan mübahisə zamanı ona xəsarət yetirildiyini iddia edib.

 

"Sistemdə 25 şagird görünür, amma onlardan yalnız beşini tanıyırıq. Bu uşaqların araşdırılmasını tələb etdim. Daha sonra gördüm ki, Sevinc Əhmədova məni telefonla çəkir. Yaxınlaşanda aramızda mübahisə yarandı", - deyə müəllim bildirib.

 

P.Məmmədova iddia edib ki, mübahisə zamanı həmkarı onu hədələyib və telefonuna zərər vurub: "Telefonumu başıma vurmaq istədi. Əlimlə özümü qoruyanda telefon əlimin üstündə qırıldı. Sonra telefonu direktorun qapısına vurdu".

 

Hadisənin şagirdlərin gözü qarşısında baş verdiyi bildirilir.

 

"Şagirdin gözünün qabağında müəllimi döyüblər. Uşaq travma alıb, dünəndən ağlayır", - deyə valideyn narazılığını dilə gətirib.

 

Ağstafada şəhid anası Şəriqə Ələsgərovanın dəfn mərasimi keçirilib

Gündəm

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Birinci Qarabağ müharibəsində şəhid olmuş Vahid Mətləb oğlu Ələsgərovun anası Şəriqə Ələsgərovanın dəfn mərasimində iştirak ediblər. Dəfn mərasimində mərhumənin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib, Şəriqə Ələsgərovanın əziz xatirəsi ehtiramla yad edilib. Qeyd edək ki, Şəriqə Ələsgərovanın nəvəsi Mətləb Ələsgərov da 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olub. Şəhid ailəsinə göstərilən diqqət və qayğı çərçivəsində mərhumənin ailəsinə başsağlığı verilib, onların kədərinə şərik olunub. 

HAKİM səhvləri və HƏKİM səhvləri... - AKTUAL

Gündəm

Hakim dedikdə əsasən futbol hakimliyi və onun doğurduğu səhvlərə mülahizələr şəkilində fikir yürütmək istərdim. Uzun müddət futbol tarixində VAR -sistemi olmadan hakimlərin səhvburaxma riskinin nə qədər yüksək olduğu çoxunuza məlumdur.
Eyni zamanda indi də Türkiyədə onlarla hakim həbs edilib,bu gün isə Hakimlər Şurasının sədri və üzvləri gözaltına alındı
1982- ci il Moskva Lujniki stadionu Spartak Moskva -Vallheym Hollandiya rəsmi məlumata görə 46, qeyri -rəsmi məlumata görə 300- dən çox adam ölüb
1985-ci il Brüssel
Liverpul -Yuventus Çempionlar Kuboku 77 ölüm
Moskvadakı hadisə uzunmüddət gizli saxlanılıb, İngiltərə komandaları isə 5 il Avropa kubok oyunları na buraxılmadı
1989-cu il yenə Liverpul -Nottingem Forest tarixdə Hillsboro faciəsi kimi qalan,51 ölüm
1971-ci il Şotlandiyada keçirilən Qlazqo Reyncers -Seltik derbi oyunu,40 ölüm
Buna bənzər hadisələr çoxdur, ölüm və çoxsayda yaralıların yaranması faktlarında bu və başqa dərəcədə HAKİM SƏHVLƏRİNİN təsiri olub
Hər cür müqayisə qüsurlu olsa da, düşünürəm ki, müəyyən qisim peşə sahibləri üçün bu maraqlı ola bilər.
İNDİ HƏKİM səhvləri haqda bir neçə söz demək istəyirəm.
Həkim səhvi hüquqi -TİBBİ anlayışdır O yalnız xüsusi ekspert komissiyasının qərarı ilə müəyyən olunur.
Həkim səhvləri müxtəlif aspektlərə görə təsnif olunur: diaqnostik, müalicə, patoloji proseslərin mürəkkəbləyinə, səhlənkarlıq, peşəkarlığın yetərincə olmaması, üzürlü səbəb olmadan xəstəyə yardım edilməməsi , hətta "müasir"sayılan xidmətə görə ödənişin aparılmaması (???) və s..Səhvlər
ABŞ Sağlamlıq Problemləri İnstitutunun əməkdaşları sübut etmişlər ki,nə qədər tibbi texnika inkişaf etsə də patoloji proseslərin mürəkkəblikləri tam diaqnostik və müalicə effekti vermir,buna görə də nələr inkişaf etsə də, tibbi xidmətdə 20 faiz səhvburaxma riski qaçılmazdır, hətta ən məşhur Tibbi texnologiya da həkim səhvi in əmələ gəlməsinə səbəb ola bilər.Hələ mən onu demirəm ki, mövcud dərmanlarla istənilən müalicə effektini almaq mümkün deyil
Qüsurlu müqayisəni ona görə apardım ki, tibbdə VAR -sisteminə bənzəyən və SÜNİ İntellekt texnologiyaları tətbiq ediləcəksə,edilsə də Həkim səhvlərini dərhal düzəldəcək hallar baş verməyəcək,verə bilməz.
Çünki, futboldakı VAR otağı ilə Xəstəxanadakı Reanimasiya otağı heç vaxt bir ola bilməz...
P.S Onu deyim ki, həkimlər 400 manatla, məhkəmə hakimləri isə 4000 manatla pensiyaya çıxır...
.
Faiq Məmmədli - "DİA-AZ"


ABŞ şirkətləri "ADEX 2026"da - Nələr planlaşdırılır?

Gündəm

ABŞ-nin Bakıdakı müvəqqəti işlər vəkili Emi Karlon "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"da iştirak edib, müdafiə, təhlükəsizlik sahələrində yeni texnologiyalar və əməkdaşlıq imkanları ilə tanış olub.

Mediaxeberleri.Az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

"Müvəqqəti işlər vəkili Emi Karlon Bakıda keçirilən 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (ADEX 2026) iştirak edib. O, amerikalı, azərbaycanlı və beynəlxalq tərəfdaşlarla birlikdə müdafiə, təhlükəsizlik sahələrində yeni texnologiyalar və əməkdaşlıq imkanları ilə tanış olub", - məlumatda bildirilib.

Qeyd olunub ki, bu il keçirilən ADEX sərgisi ABŞ-nin geniş iştirakı ilə diqqət çəkir: "Sərgidə, o cümlədən ilk dəfə iştirak edən Amerika müdafiə sənayesi şirkətləri ilə yanaşı, Lockheed Martin, Northrop Grumman, Ondas, SIG SAUER, Vantor, Persistent Systems, Motorola, L3Harris, Curtiss-Wright və Space Eyes kimi ABŞ şirkətləri də təmsil olunur.

Strateji Tərəfdaşlıq Xartiyamız çərçivəsində Birləşmiş Ştatlar ilə Azərbaycan müdafiə və təhlükəsizlik sahəsində tərəfdaşlığını genişləndirməyə davam edir".


Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Gündəm

"ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində ölkəmizin digər ölkələrlə hərbi-texniki əməkdaşlıq məsələlərinə dair bir sıra maraqlı görüşlər keçirilib.

Bu barədə Mediaxeberleri.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov beynəlxalq sərgidə iştirak edən Böyük Britaniyanın və Slovakiyanın müdafiə nazirləri ilə görüşüb.

Müdafiə naziri Azərbaycanın Birləşmiş Krallıqla və Slovakiya Respublikası ilə bütün sahələrdə, xüsusilə də müdafiə və təhlükəsizlik məsələlərində əməkdaşlığa daim maraqlı olduğunu vurğulayaraq, bu əlaqələrin mövcud vəziyyətindən razılıq bildirib.

Azərbaycanda səfərdə olmaqdan və sərgidə iştirak etməkdən məmnunluq ifadə edən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koaker və Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak Azərbaycanın müdafiə strukturları arasında hərbi təhsil, hərbi-texniki innovasiyalar, həmçinin digər istiqamətlərdə əməkdaşlıqların müsbət müstəvidə davam etdiyini vurğulayıblar.

Görüşlərdə nazirlər müdafiə və təhlükəsizlik, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığa dair gələcək planları müzakirə edib, eləcə də qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparıblar.

Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı

Gündəm

"Birliyin Gücü-2026" hərbi təlimi çərçivəsində Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin birgə təlimi davam edir.

Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi (MMN) X hesabında paylaşım edib.

"Birliyin Gücü-2026" təlimində Hərbi Hava Qüvvələrimiz ilə can Azərbaycanın Hərbi Hava Qüvvələri profil yerüstü hədəfləri ilk atışda tam dəqiqliklə məhv edib", - MMN qeyd edib.

Nazirlik təlimdən yeni görüntülər paylaşıb:



Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

Gündəm

Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin Tiflisdəki büstünü zədələməkdə ittiham edilən Ermənistan vətəndaşı İ.A. 8 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.

Mediaxeberleri.Az xəbər verir ki, bu barədə onun vəkili Teona Peradze deyib.

Peradze bildirib ki, kişi Gürcüstana sentyabrın 20-də daxil olub. İstintaqa görə, sentyabrın 21-nə keçən gecə o, Tiflisdəki parklardan birində Heydər Əliyevin abidəsinə zərər vurub. Bundan sonra ölkəni tərk etməyə çalışıb, lakin sərhəddə saxlanılıb.

“Ona qarşı ittiham irəli sürülüb və barəsində 55 günlük ilkin həbs qətimkan tədbiri seçilib. Biz noyabr ayına təyin olunmuş məhkəmə prosesini gözləyirik", - vəkil qeyd edib.

O, əmlaka ziyan vurmaqda məsuliyyət nəzərdə tutan maddə (Cinayət Məcəlləsinin 187-ci maddəsi) ilə ittiham olunub. Əgər məhkəmə İ.A.-nın günahını sübut edərsə, onu beş ilə qədər həbs cəzası gözləyir.

Peradze qeyd edib ki, müdafiə tərəfi qətimkan tədbirinin tətbiq edilməməsini xahiş etmişdi və alternativ olaraq 5000 lari (təxminən 1900 dollar) girov qoyulmasını, yekun qərar verilənə qədər pasportunun müsadirə edilməsini və Gürcüstanı tərk etməsinin qadağan edilməsini təklif etmişdi. Lakin tələb təmin edilməyib.

Peradzenin sözlərinə görə, iş materiallarında təhlükəsizlik kameralarından götürülmüş video yazılar var. Vəkil təsdiqləyib ki, videoda bir kişinin abidənin üstünə dırmaşıb ona zərər verdiyi görünür.

Vəkil bildirib ki, İ.A-nın Gürcüstanda heç kimi yoxdur.



Çia toxumu ilə bağlı bilmədikləriniz

Gündəm

Son dövrlər sağlam qidalanma və arıqlama ilə bağlı pəhrizlərdə çia toxumundan geniş istifadə olunur. Kiçik ölçüsünə baxmayaraq, bu toxumun tərkibində lif, zülal və faydalı yağ turşuları var. Bəs çia toxumu həqiqətən arıqlamağa kömək edirmi?

 

Mediaxeberleri.Az bildirir ki, çia toxumu maye ilə təmasda şişərək geləbənzər konsistensiya alır. Bu xüsusiyyət onun daha uzun müddət toxluq hissi yaratmasına kömək edə bilər. Buna görə də çia toxumu müxtəlif pəhrizlərdə əlavə qida kimi istifadə olunur.

 

Lakin çia toxumunu birbaşa arıqladan məhsul hesab etmək düzgün deyil. Çəki itirmək üçün əsas amillər ümumi qidalanma, qəbul edilən kalorinin miqdarı və fiziki aktivlikdir. Çia toxumu isə balanslı qidalanmanın bir hissəsi kimi rasiona əlavə edilə bilər.

 

Onu qatıq və yulafa qarışdırmaq, smuzi və pudinq hazırlamaq, həmçinin salatların üzərinə səpmək mümkündür. Bununla yanaşı, yüksək lif tərkibinə görə çia toxumunu həddindən artıq qəbul etmək köp və digər həzm problemlərinə səbəb ola bilər. Bu səbəbdən məhsulu az miqdardan başlayaraq qəbul etmək və gün ərzində kifayət qədər su içmək məsləhətdir.

 

Xatırlatma: Çia toxumunun arıqlama prosesinə köməkçi ola biləcəyini düşünənlər onun əsas qidalanmanı əvəz etmədiyini nəzərə almalıdır. Sağlam və davamlı çəki itkisi üçün yalnız bir məhsula deyil, ümumi qidalanma rejiminə diqqət yetirmək vacibdir.

 

Elman Rüstəmov "Platin" şadlıq sarayını satdı

Gündəm

Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun əvvəlki geniş imkanlarının olmadığı haqda iddia yayılıb.

 

Mediaxeberleri.Az Axar.az-a istinadən xəbər verir ki, E.Rüstəmovun xaricdəki biznesi də uğursuzluğa düçar olub və övladları artıq Bakıya dönməyə məcbur qalıblar.

 

Biznes imperiyasının çökməsi E.Rüstəmovu müəyyən addımlara sövq edib. Belə ki, o, məşhur "Platin" şadlıq sarayını satıb.

 

İddiaya görə, şadlıq sarayı 22 milyon manata satılıb.

 

Alqı-satqı bir neçə ay öncə həyata keçirilib.

В будущее В прошлое

Навигация