t s

» » Nyu-Yorkda Ermənistan biabırçılığı

Nyu-Yorkda Ermənistan biabırçılığı

28-09-2015, 14:28 Yazar:  Aygün Baxılıb: 359 Çap et
Nyu-Yorkda Ermənistan biabırçılığıErmənistan prezidenti Serj Sarkisyanın və xarici işlər naziri Edvard Nalbandyanın ABŞ səfəri heç də ürəkaçan olmayıb. BMT Baş Məclisinin 70 illik yubiley sessiyasına qatılan İrəvan rəsmilərinin fəaliyyəti Ermənistan mətbuatında ciddi tənqidə məruz qalıb və cəmiyyətdə narazılıq yaradıb.

E.Nalbandyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) xarici işlər nazirlərinin Nyu-Yorkda keçirilən görüşündə iştirak etsə də, bu, heç də uğurlu alınmayıb.

Belə ki, iclasda təşkilata üzv ölkələrin xarici siyasətinin uyğunlaşdırılması ilə bağlı məsələlər müzakirəyə çıxarılıb. Ermənistan XİN-nin yaydığı xəbərdə deyildiyi kimi, Edvard Nalbandyan Azərbaycanın "son təxribatları" haqqında öz tərəfdaşlarına Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulması nəticəsində yaranmış vəziyyət, atılan addımlar və təşəbbüslər barədə məlumat verib.

Nalbandyan prezident Serj Sarkisyanın adından Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkini KTMT çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi işində oynadığı mühüm rola görə təşkilatın Fəxri Fərmanı ilə mükafatlandırıb. Lakin bütün bu addımlar konkret nəticənin əldə olunması üçün kifayət etməyib.

Erməni mətbuatı yazır: "Ermənistana bu il KTMT-yə sədrlik edir. Bu, Ermənistanın "Dağlıq Qarabağ ilə sərhədlərində" eskalasiyanın fonunda olduqca simptomatikdir, çünki atışmalar zamanı hərbi və dinc sakinlər həlak olurlar. Bu iki hadisənin arasında birbaşa əlaqə var. KTMT – Ermənistan ilə müttəfiq deyil, amma Azərbaycanla müttəfiqdir. Əgər Azərbaycanla bu təşkilata üzv ölkələrin əməkdaşlığının həcmini və xarakterini nəzərə alsaq, görərik ki, bu təşkilat rəsmi Bakıya daha çox üstünlük verir. Rusiyayönlü strukturlar, ümumiyyətlə, Azərbaycanın təbii müttəfiqidir və Ermənistanı zəiflətməyə, təcrid etməyə çağırılır. Bu strukturlar, həmçinin KMTM Ermənistanı qorumamağa və onun maraqlarına məhəl qoymamağa səslənilir."

Bütün bunlar xüsusilə son zamanlar məlum oldu və hər şey hamıya aydın oldu. Rusiya ekspertləri bu barədə artıq açıq şəkildə danışırlar, amma arqumentlər olmadığı üçün ermənilərin rusiyayönlü xuliqanları susmağa məcbur edilib. Artıq bunu anlıamaq lazımdır ki, indi Ermənistanın maraqları Rusiyanın və rusiyayönlü strukturların maraqlarına ziddir.

Öz növbəsində, Ermənistan hakimiyyətinin əlində tutarlı arqumentlər qalmayıb. İqtisadi, siyasi preferensiyalar və təhlükəsizliyin zəmanətləri haqqında yalanların üstü tamamilə açıldı və əsl həqiqət çılpaqlığı ilə görsəndi. Bu barədə erməni KİV-ləri və ekspertlər çoxdan xəbərdarlıq edirlər.

Beləliklə, Serj Sarkisyanın və Edvard Nalbandyanın Nyu-Yorka qədər gəlməsinin heç bir mənası olmadı. Çünki dünya siyasətinin mərkəzində, BMT Baş Assambleyasında KTMT ölkələrinin xarici siyasətinin uyğunlaşdırılması haqqında məsələni müzakirəyə çıxarsalar da nəticə əldə edə bilmədilər və bununlada, Ermənistanın xarici siyasəti fiaskoya uğradı, Ermənistanın gələcək maraqlarının neytrallaşdırılması məsələsi dalana dirəndi.

KİV-lər yazır ki, əgər ölkədə normal hakimiyyət olsaydı, BMT-ın tribunasından istifadə edərək Azərbaycan tərəfindən "təcavüz" məsələsini qaldırar, son dövrlərdəki itkilərimizlə bağlı qətnamə qəbul etməyə təşəbbüs göstərərdi. Həmçinin maraqları Ermənistanın maraqları ilə uyğun gələn ölkələrlə danışıqlar aparardı. Çünki Xarici İşlər Nazirliyinin başçısı bütün bu məsələləri gündəmə gətirməyə məcburdur. Lakin Ermənistan bunun əvəzinə BMT-da Rusiya üçün əlavə səs olur, amma Rusiya İrəvanı narahat edən məsələləri qaldırmağı qadağan edir. Çünki bu məsələlər Rusiyanın Azərbaycanla münasibətlərinə zərər verə bilər.

Bir sözlə, Rusiyanın bu davranışını diplomatiya, hərb, hüquq, xalq və başqa dillərdə başaldatmaq, oyun oynamaq, Ermənistan hakimiyyətini ələ salmaq kimi adlandırmaq olar. Rusiya Nyu-Yorkda "müttəfiqlər"inin iştirakı ilə yazıq, gülməli şənliklərlə vəziyyətini xilas etməyə çalışır. Göstərməyə çalışır ki, o təcrid edilməmişdir. Ermənistanın xarici siyasəti indi yalnız bu rolu oynayır. Erməni əsgərlərinin, müstəqilliyin və Ermənistanın beynəlxalq reputasiyasının qiyməti onlar üçün maraqlı deyil. Bu siyasət nə qədər daha uzunmüddətli davam edəcək, o qədər daha çox erməni həlak olacaq. Məsuliyyət məlumdur: "İndiki hərbi-siyasi və Ermənistanın iqtisadi vəziyyəti aparılan xarici siyasətin bilavasitə istintaqıdır." ANS PRESS




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:39 Sərkisyan Putinin yanında Azərbaycanı yamanladı “Rusiya NATO-su”nun sammitində Ermənistan prezidenti yenə Bakıdan şikayətləndi; bu ayın sonunda işğalçı ölkədə qurumun hərbi təlimləri keçiriləcək - Azərbaycana qarşı növbəti hədə... Sentyabrın 15-də Tacikistanın paytaxtı Düşənbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv
14:21 Rusiyadan İrəvana böyük təhlükə Müstəqil Dövlətlər Birliyinin (MDB) Terrorçuluğa qarşı Mərkəzin rəhbəri Andrey Novikovun bu günlərdə yeni sensasiya yaradan açıqlamaları Ermənistanda dərin narahatlıq yaradıb. Mediaxeberleri.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, o deyib ki, MDB-nin bütün sərhədlərində daimi nəzarət
13:42 Qarabağda tank savaşı Avqust ayında Azərbaycan - Ermənistan qoşunlarının təmas xəttində ciddi gərginlik olacaq. Mediaxeberleri.az-ın məlumatına görə, bu barədə İrəvanda mətbuat konfransı keçirən rusiyalı ekspertlər Vladimir Yevseyev və Aleksandr Areşev bildiriblər. Yevseyev iddia edib ki, əgər keçən avqustda döyüşdə
18:59 Ermənistan prezidenti indi də rəsmi Pekindən hərbi yardım dilənir Serj Sarkisyanın Çinə səfəri çərçivəsində memorandum və bir sıra müqavilələr imzalanıb. Memorandumda qeyd edilir ki, tərəflər hərbi sahədə əməkdaşlıq edəcəklər. Bu çərçivədə Ermənistan üçün hərbi kadrlar hazırlanacaq və Ermənistana hərbi yardım ediləcək. Həmçinin Çin tərəfindən Ermənistana
03:17 Nalbandyan İsraildə biabır oldu Ermənistan xarici işlər naziri Edvard Nalbandyanı İsrailə səfəri zamanı ölkə prezidentindən başqa heç bir rəsmi şəxs qəbul etməyib. Mediaxeberleri.az-ın “Vesti.az”a istinadən verdiyi məlumata görə, Ermənistan XİN rəhbərini nə İsrail xarici işlər naziri Aviqdor Liberman, nə də baş nazir Benyamin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az