t s

» » Lamiyə Quliyeva: "Şəmkirdə çox qalmayacam, Bakıda yaşayacam”

Lamiyə Quliyeva: "Şəmkirdə çox qalmayacam, Bakıda yaşayacam”

21-02-2015, 23:11 Yazar:  Aygün Baxılıb: 1043 Çap et
Lamiyə Quliyeva: "Şəmkirdə çox qalmayacam, Bakıda yaşayacam”Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa çıxan Lamiyə Quliyeva doğulduğu Şəmkir rayonuna gedib. Onu evlərində qohumları və qonşuları qarşılayıblar. Evlərinin qarşısında qurban kəsilib.

“Namus qalib gəldi”

"Azadlıq" radiosunun məlumatına görə, Lamiyə Quliyeva jurnalistlərlə söhbətində deyib ki, namus üstündə həbs olunmuşdu. Indi namus qalib gəlib:

“Doğulub boya-başa çatdığım məhəlləmi tanımadım...Hər şey çox dəyişib. Bir dəfə jurnalistlərdən biri mənə sual vermişdi - Azadlıq haqqında düşünürsünüzmü? Onda azadlıq mənə yuxu kimi gəlirdi. Həmin vaxtlar Aslan Aslanov vəzifədə idi, azadlıq mənim üçün əlçatmaz idi. Amma dövran elə fırlandı ki, mən onun açdırdığı saxta cinayət işindən 1 il 6 ay oturdum”.

Lamiyə Quliyeva daha sonra deyib ki, azadlığa çıxmasında ədalətə xidmət edən yazıların çox köməyi olub: “Mənim başıma gələn faciələri xalqa çatdırdılar, xalq xəbərdar oldu. Artıq yeni həyata başlayacam. Sadə həyat sürəcəm, övladımla xoşbəxt həyatımız olacaq. Amma gələcəkdə Şəmkirdə çox qalmayacam, Bakıda yaşayacam”

“Bütün bağlı qapılar açılsın”

Lamiyə Quliyevanın anası isə onların həyətinə gələn hər bir insana təşəkkürünü bildirib:

“Bütün bağlı qapılar açılsın. Hamının balası azadlığa qovuşsun. Əziyyət çəkən hər kəsə təşəkkürümü bildirirəm”

Lamiyə Quliyeva 2003-cü ildə Şəmkir rayonunun keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlində günahlandırılaraq 10 il həbs cəzası almışdı. Sonradan ona əlavə ittiham irəli sürüldüyündən həbs müddəti artırılmışdı.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:07 Lamiyə Qulieva nəhayət azadlığa çıxdı - Söz-söhbət bitəcəkmi? (VİDEO) Bir neçə aydır mətbuatın gündəmini zəbt eləmiş Lamiyə Quliyeva barəsində məhkəmə gözlənilən qərarı verdi. Şəmkir rayonunun sabiq başçısı olmuş Aslan Aslanovun oğlunun qətlində təqsirləndirilən bu xanım cəzasını 10 il çəkdikdən sonra da həbsxanadan çıxa bilməmişdi. Səbəb onun barəsində açılan və
19:00 Mirşahin Lamiyə Quliyevaya cavab verdi ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış telejurnalist Mirşahin Ağayev bu gün Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılmış Lamiyə Quliyevanın onun barəsində dediklərinə qısa cavab verib. M.Ağayev Publika.az-a açıqlamasında deyib: “Axı Lamiyə Quliyeva məndən niyə danışsın
14:12 Lamiyə Quliyeva azadlığa buraxıldı - Foto Bu gün Bakı Apellyasiya Məhkəməsində hazırda həbsdə olan Lamiyə Quliyevanın barəsindəki cinayət işi üzrə Baş Prokurorluğun verdiyi protest əsasında məhkəmə prosesi davam etdirilib. Mediaxeberleri.az APA-ya istinadən xəbər verir ki, hakim Qədim Babayevin sədrlik etdiyi prosesdə məhkəmə protesti
19:06 Lamiyənin ata evi satışa çıxarıldı Həbsdə uşaq doğan Lamiyə Quliyevanın evi satışa çıxarılıb. Mediaxeberleri.az xəbər verir ki, axar.az-ın əldə etdiyi məlumata görə, məhkumun anası Kifayət Quliyeva Şəmkirdə bacısı ilə birgə yaşadığı evi satır. Lamiyənin valideyni satacağı evin pulunu bacısı ilə şərik böləcək. Quliyevlər ailəsinin
11:28 Aslan Aslanovun həbs siyahısı Müdhiş qətllə bağlı bir çox məqamlar üzə çıxıb. “Lamiyə işi” gündəmə gələn gündən az qala 1 aya yaxın vaxt ötür. Mediaxeberleri.az xəbər verir ki, “Yeni Müsavat” bu iş ilə bağlı növbəti materialı dərc edib. Həmin yazının bir hissəsini təqdim edirik. “2003-cü ildə Şəmkirin o vaxtkı icra başçısı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az