t s

» » Azərbaycanda GMO məhsullara nəzarət gücləndirilir

Azərbaycanda GMO məhsullara nəzarət gücləndirilir

1-07-2015, 00:48 Yazar:  Aygün Baxılıb: 435 Çap et
Azərbaycanda GMO məhsullara nəzarət gücləndirilirStandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmri ilə qanunvericiliyin tələbinə əsasən genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsinin qarşısının alınması və istehlakçıların hüquqlarının qorunması məqsədilə bir sıra zəruri tədbirlərin görülməsi qərara alınıb.

Komitədən verilən məlumata görə, belə ki, yeni hazırlanan standartlaşdırma üzrə normativ sənədlərdə yeyinti məhsullarının istehsalında genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadəsinin qadağan edilməsi ilə bağlı tələblər əks olunacaq. Hazırda yeyinti məhsullarının istehsalı zamanı genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə olunmamasını göstərən qablaşdırma və nişanlama üzrə tələbləri müəyyən edən standartlar hazırlanır və mövcud sənədlərə dəyişikliklər edilir.

Həmçinin MDB Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın qəbul etdiyi, Azərbaycanda standartlaşdırma üzrə normativ sənəd kimi qüvvədə olan, lakin qanunvericiliyə zidd olan dövlətlərarası standartların hüquqi qüvvəsinin ləğv edilməsi məqsədilə Komitədə işlər görülməkdədir.

Əmrə əsasən komitə yanında Dövlət Akkreditasiya Xidməti akkreditasiya olunmuş sertifikatlaşdırma qurumları və sınaq laboratoriyaları üzərində nəzarət tədbirlərini gücləndirib. Belə ki, bundan sonra yeyinti məhsullarını sertifikatlaşdıran orqanlar məhsulların tərkibində genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının olmadığını sübut edən sınaq nəticələri əsasında sertifikatlaşdırma işlərini apara bilər. Əks təqdirdə qanunvericiliyin tələblərini pozmaqla uyğunluq sertifikatı verən qurumların akkreditasiya attestatı ləğv ediləcək və qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlər görüləcək.

Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinə yeyinti məhsulları ilə əlaqədar yoxlamaların aparılması zamanı genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadənin qadağan olunması ilə əlaqədar qanunvericiliyin və standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə riayət olunmasına nəzarəti gücləndirmək və pozuntularla əlaqədar cinayət əlamətləri aşkar edildiyi halda toplanmış materialların hüquq mühafizə orqanlarına göndərilməsi tapşırılıb.

Məlumat üçün bildirək ki, “Yeyinti məhsulları haqqında” Qanunun 9-cu maddəsi ilə yeyinti məhsullarının istehsalında genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının istifadəsi qadağan olunub.

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 28 aprel 2015-ci il 1266-IVQD nömrəli Qanununa əsasən elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını istehsal etmə və həmçinin istehsal olunmuş məhsulları xeyli miqdarda bilə-bilə idxal etmə və ya satma üçün cinayət məsuliyyəti müəyyən olunub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:30 Geni dəyişdirilmiş meyvələri necə tanıyaq? Əvvəlcə, qeyd edək ki, 2011-ci ilin dekabrında qəbul edilən “Mədəni bitkilərin genetik mühafizəsi və səmərəli istifadəsi haqqında” qanuna əsasən genetik ehtiyatların, yəni geni dəyişdirilmiş bitkilərin ölkəyə gətirilməsi qadağan edilib. Eləcə də Azərbaycanda geni dəyişdirilmiş bitkilərin idxalı,
14:46 Azərbaycanda geni dəyişdirilmiş bitkilər qadağan edildi 5 ilədək azadlıqdan məhrumetmə cəzası. Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında Cinayət və İnzibati Xətalar məcəllələrinə ediləcək əlavələr müzakirəyə çıxarılıb. Mediaxeberleri.az APA-ya istinadən xəbər verir ki, layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu
14:32 Azərbaycan GMO-nu qadağan edir Cinayət Məcəlləsinə yeni maddələrin əlavə olunması tövsiyə olunub. Azərbaycanda geni dəyişdirilmiş bitkilərin idxalı, ticarəti, istifadə edilərək yeyinti məhsullarının dövriyyəsinə qoşulması qəti qadağan olunur, bununla bağlı cinayət məsuliyyəti müəyyənləşdirilir. Mediaxeberleri.az xəbər verir
01:03 Yeni doğulan uşaqların üç valideyni olacaq - VİDEO Bundan sonra Böyük Britaniyada genetik modifokasiya olunmuş körpələr dünyaya gələcək. Mediaxeberleri.az xəbər verir ki, ATVxəbər.az-ın məlumatına görə, Parlamentin qəbul etdiyi qanun layihəsi insan genotipinin süni şəkildə dəyişdirilməsi və valideyni bir neçə nəfər olan genetik modifikasiya
15:59 Azərbaycanda konfet istehsalında iyrənc faktlar – VİDEO Lənkəran şəhərində qanunsuz fəaliyyət göstərən sexdə şirniyyat istehsalının qarşısı alınıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Lənkəran şəhərində ev şəraitində hazırlanan şəkərli-qənnadı məmulatlarının (konfet) istehlak bazarına çıxması ilə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az