t s

» » Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər

Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər

13-03-2015, 21:22 Yazar:  Aygün Baxılıb: 1220 Çap et
Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlərAsif Atanın (İnam Atanın)
Mütləqə İnam Ocağı
Ata Ocaq ilsırasının 37- ili
Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər
Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi.
Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır.
Soylu Atalı: Sən fəxr eləyirsən ki, Ocağın İnsanilik sivilizasiyasının “Yeni İl” tonqalı sənin həyətində qalanıb. Bu tonqal əslində dünyanın görmədiyi bir nöqtədə, ancaq bütün dünyanın ürəyinin döyündüyü bir nöqtədə qalanır. Mən bunu bədiiyyat üçün demirəm. Mən bunu yazmışam da: bütün dünyanın, bəşəriyyətin ürəyi bir qom adamın toplaşdığı bu tonqalın istisində döyünür.
IMG_1214
Çox sivilizasiyalar dəyişib. Tarix bunu bizə göstərib, sübut eləyib ki, çox eralar olub. O eraların başlanğıcını, gedişatını və sonunu bizə izah eləyib. Bu gün yeni bir era başlayır. Bu gün başlamayıb əslində. Bu gün, başlayan Yeni Eranın təntənəli ifadə olunduğu gündür, – Törəndir. Qutsal bir gündür. Ocağın birinci ili, Miladın 1979-cu ili əslində həmin yeni sivilizasiyanın, yeni eranın başlanğıcının elan olunması günüdür. Asif Ata kimi bir şəxsiyyət bütün dünyanın gedişatını, dünyanın halını, ahəngini gözə almadan, yəni o nə deyir, nə deyəcək, o nədir, necədir, bunu gözə almadan ortaya çıxdı və yeni bir sivilizasiyanın, yeni bir eranın başlanğıcını elan elədi. Görün, bu ağla sığmayan bir şey sayıla bilər zəif ağıllarda. Biz bu elanın izinə düşmüş insanlarıq. Asif Atanı dinləmiş, ondan güc almış insanlarıq. Biz Asif Atanın təlimində böyüyən insanlarıq, onun ruhani tərbiyəsi ilə yönələn insanlarıq. Bizimçün elə-belə görünə bilər. Məsələn, bu gün fikirləşərsən ki, burda nə var ki. Ancaq bir an hər kəs təsəvvür eləsin ki, 79-cu ildə Asif Ata elan eləməyib, sən eləmisən. Gör, onu elan eləmək üçün içində hansı cəsarət, hansı qüdrət, hansı hikmət döyünməlidir. Bax, bu gün o məsələnin anlamını yaşayırıq. Bu bir şeiriyyət, poeziya məsələsi deyil, ədəbiyyat, sənət məsələsi deyil. Bu dünyanın minillik gələcək sükanını əlinə almaqdır. Bunu düşünəndə içim, doğrudan da qürurla, vüqarla dolur. Mənim yurdumun oğlu irəli durdu və yeni sivilizasiyanın, yeni quruluşun başladığını elan elədi. Biz bu gün həmin o böyük hikmətin tonqalını qalayırıq. Ona görə qürur duyulasıdır. Bu qürurla yaşamaq üfüqləri açılır, doğrudan da, qarşıda. İnamla yaşamaq, zəlil olmamaq. Xalqa dedi ki, zəlil olma, əsarətdə qalma, müti, zavallı, bəsit olma. Onun oğluna, qızına bunu anlatdı: ölüvay olma, kişi ol, qadın ol, qeyrətin olsun, ayağa dur. Sənin içində Ocaq qalayıram. O səni sonsuzacan qızdıracaq, sənin eşqini, enerjini verəcək. Onunla yaşa, içindən çıxartma. İçində od qalamışam. O odu özün söndürmə içində. Bu böyük çağırışdır, böyük başlanğıcdır, böyük hünərdir.
IMG_1233
Bu böyük hikmətin Ocağını qalamışıq. Bununla fəxr eləməyən adamın ağlı yoxdur, kimliyindən asılı olmayaraq.
Bundan sonra Törən odasına keçildi, Ocaq Bayrağının altında hamı sayğı duruşunda Ata harayları səsləndirildi.
“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Güntay, “Ataya Günorta Ricası”nı – Ulunur, “Ruh üstə” çağırışını – Üstün söylədi.
IMG_1254
Soylu Atalı Ataya səcdə ilə sözə başladı: “Qutsal Günümüzə başlayırıq. Bu gün 37-ci ilimiz girir. 37-ci ilimizin gəlişi qutlu olsun.
37-ci ilimizin gəlişi ilə həyata keçirdiyimiz “Qutsal Yeni İl Törəni”mizdə ölənlərimiz – Sabahlı, Bağban, Amaltay bizimlədir. Onların adına ayağa dururuq və onları hər zaman olduğu kimi özümüzlə bir yerdə hiss eləyirik, Törənimizdə bilirik, Atanın hüzurunda görürük.
Mən Qutsal Günümüzdə söz deməzdən öncə Bayrağımızı öpürəm, mənim Bayrağımızı öpməyim Ataya səcdəmi ifadə eləyir. Çox böyük bir hadisənin izharıdır günümüz. Bu böyük hadisənin izharına ciddi hazırlaşdıq. Bu gün o hazırlaşmanın doğurduğu ciddiyyət və bizim bu hazırlaşmaya qədərki düşüncələrimiz, yaşantılarımız, fərəhlərimiz, hamısı bir araya gəlir, sevincimizin, fərəhimizin gücünə çevrilir. Mən Qutsal Günümüzü – “Yeni İl Törəni”mizi Atamızın adıyla böyük işlərimizin təqdiri ilə davam eləmək istəyirəm.
Ayımızın bir sıra əsaslı işləri olub. Nə gözəl hadisədir Ocaq, nə gözəl bəxtiyarlıqdır. İnsanlarımızı necə gözəl kökləyib, insanlarımızın içindən necə gözəl fərəh halı yaradacaq əməllərə meyil baş qaldırır. Bu meyil heç yana boylanmır, heç kimdən sağol gözləmir, bu meyil heç bir umacaq bəsləmir. Çox qutsal meyildir.
Köçəri Ayının böyük hadisələri Ocağın Qutsal “Ailə Günü mərasimi”ndən başladı. Ona qədər də bizim ötən aydan, Qar Ayından qalan bir sıra əməllərimiz gerçəkləşdi. Tədbirlərimizin arxivləşməsi, kitablaşması, yayılması gerçəkləşdi. Onun dalınca başqa tədbirlərimiz oldu. Köçəri Ayı, bizim üçün, həm də kədərli bir hadisə ifadə eləyən ay oldu. Əslində kədərli hadisəmizin özündən çox-çox dərində bir məna yaşadıq. Bizimçün Ocağın başqa işlərini həyata keçirmək o qədər sorumluluq, o qədər ağırlıq gətirmir, ancaq yas hadisəsi və bu yasda yeni addım atmaq, bu yasda yadlığa ləyaqətlə dirəniş göstərmək bütün gedişi ilə ağırlıq gətirir. Asan deyil. Ancaq biz onu elədik. Niyə eləyə bildik? Ona görə eləyə bildik ki, Ocağın ləyaqəti, tələbi insanlarımızın ömrünə hakim kəsilib. Ocağın tələbi Ocaqçıların inamına hakim kəsilib. Gör nə qədər böyük inam var içəridə. Mən bəzi məqamlarda deyirəm, daha yüksək idrakiliyə, filana yetmək gərəkdir. Yenə o fikirdəyəm. Ancaq bununla belə, içəridə nə qədər böyük bir inam var ki, o inamın əsasında biz ciddi hadisələri gerçəkləşdiririk. Ocağın ən adi görünən əməli də, ən ali görünən əməli qədər Ocaqçıdan sorumluluq, həmişə ayıqlıq istəyir. Buna görə biz Ulusəsimizin kədərinə ortaq olduq, həm də Ulusəsimizin böyük ərdəmlik göstərməsinə doğmalaşdıq.
Ulusəsin öz ulusu, öz ruhani Atası qarşısında ərdəmlik göstərməsini təqdir eləyirik.
(Ulusəs Atalı bayrağı öpüb Ataya səcdə edir – U.A.).
Böyük hadisədir bu.
İkinci önəmli hadisəmiz səfər hadisəsi oldu. Səfərdən öncə də səfər. Yəni həm Bakıda səfər, həm bölgəyə səfər. Bakıda gimnaziya öyrənciləri və öyrətmənləri ilə geniş biçimdə görüş keçirdik. Görüş həm hal yaratdı, həm də heyrət yaratdı. Sonra bölgəyə səfər, Sabirabadda təxminən həmin sayda öyrəncilərlə və öyrətmənlərlə geniş biçimdə bir görüş keçirildi. Bu görüş, bu səfər Beyləqanda davam elədi. Biz Atagün Elində “Atagün Ailə”sinin həm “Ailə Günü”nü keçirdik, həm də 3-cü ildönümünü uğurladıq. Bu gedişin, bu səfərin və bu görüşlərin təşkilatçısı İnamlını Atanın qarşısında təqdir eləyirəm və ondan daha böyük ərdəmliklər gözləyirəm.
(İnamlı Atalı bayrağı öpüb Ataya səcdə edir – U.A.).
Eyni halda bu səfərin gedişi, təşkil olunması Atagün Elində “Atagün Ailə”sinin gününün təşkil olunması, onun 3-cü ildönümünün qutlanması prosesləri Göylü tərəfindən nizam tapdı. Bundan başqa Göylünün daha böyük uğurları var. Günsıranı işlədi və yatırımın çox hissəsini də özü qoydu. Sonra Ocaq işinin nizamlı şəkildə qurulması və təşkil olunması, Günevin kitabının həm yazılması, həm də onun çap olunmasının təşkili. Ocağın foto sərgisinin yaradılması nizamlı-sistemli, Ocaq tarixi fotolarda ilbəil, aybaay. Onun üzərində aylardır işləyir. Çox çətindir. Təsəvvür eləyin ki, şəkillərin özünə baxıb müəyyən eləyir, sistemləşdirir, tutuşdurur, ilini, tədbirlərini müəyyən eləyir, uğurla da alınır, bir neçəsini məndən soruşub dəqiqləşdirmələr aparmışdı. Ocaq tədbirlərinin bilgisayarda işlənməsi, kitablaşdırılması, bütün bu işlərin hamısı o qədər uğurla həyata keçirilir ki, Ocağın sözə sığmayan yerişi, uğurları bizim hər birimizin ömrümüzə, fərəhimizə və halımıza girir.
Buna görə biz Göylünün uğurlarını, aqibətini təqdir edirik.
IMG_1266
(Göylü Atalı bayrağı öpüb Ataya səcdə edir – U.A.).
Köçəri Ayında daha böyük əməlləri, işləri yerinə yetirən Nurtəkinin əməllərini qiymətlən­diririk. Hər bir Ocaq tədbirinin həm işlənməsi, həm mənə kömək eləməsi, tədbirin, səsdən sözə çevriləndən sonra ilk oxunuşunu o eləyir ki, mənə ağırlıq düşməsin. Bundan başqa, bütün yazıları saytlarda yayımlayır. Ümumiyyətlə, Ocaqla bağlı bütün işlər, tapşırıqlar hamısı ilk növbədə Nurtəkinə verilir. O, bunların davamlı və nizamlı şəkildə öhdəsindən gəlir. Heç bir işi geri qoymur. Heç bir işdə ağzını sürümür.
Onun bu gün fərəhli bir günüdür həm də. Öz evində Ocağın “Yeni İl Bayramı”nı təşkil eləməsi. Biz bu gün tədbiri bir az fərqli eləyirik. Fərqli eləyirik o baxımdan ki, həm də bayramlaşdırmaq istəyirik, bir az da bayram süfrəsində doğmalaşmaq istəyirik. Bunu da Nurtəkin böyük sevinclə, həvəslə təşkil elədi. Bunların hamısı Ocağın ömürə ciddi oturması deməkdir. Belə ömürlər Ocağı yaşadır, gələcəyə örnək verir. Üz aglığıdır Ata qarşısında bu əməllər, təqdir eləyirəm.
(Nurtəkin Atalı Bayrağı öpüb, Ataya səcdə edir – U.A.).
Bizim ayımızın başlıca əməllərindən biri Günevin kitabının çap olunmasıdır. Biz onu ayrıca vurğulayacağıq, axırda “Tanıtma”sını edəcəyik. Tanıtma, yəni Təqdimat. Təqdimat sözündən yavaş-yavaş əl çəkmək gərəkdir. Tanıtmadır onun adı. “Təqdimat Törəni” yerinə “Tanıtma Törəni” işlədirik. Belə düşünmüşəm.
Hadisə baş verib. Onu ayrıca deyərik. İndi isə mərasimimizin məzmunu ilə bağlı hər birimiz öz fərəhimizi bölüşəcəyik.
Ocaqda yaranan doğmalıq qutlu olsun. O doğmalıq ki, onun əsasında Ocaq Asif Atadan sonra bu il 18-ci ilinə ayaq qoydu ki, yol gəlir.
Ocaqda Ocağın dediyinə və gələcəyinə, Ocaqçıların o gələcəkli tələbləri yaşamasına çox dərin inam var. O inam qutlu olsun. O inamın əsasında bir qom insan bəşəriyyətə böyük ideya verən Asif Atanın əməyini ləyaqətlə yaşadır. Bəşəriyyətə, bayaq dediyim kimi, yeni sivilizasiya elan elədi Asif Ata, İnsanlaşma sivilizasiyası, İnsanlaşma quruluşu elan elədi. Dedi, nə sosializmi, nə kapitalizmi qəbul eləmirəm, Ruhani cəmiyyət yaradıram. Bunun ideyasını verdi, kitabını yazdı. Buna biz inandıq. Bununla öyündük. Bunu biz milli qürurumuz saydıq, insani vüqarımız saydıq və onu yaşatmağa and içdik, əl-ələ verdik. Qutsal and içdik, qutsal andımız qutlu olsun.
Biz Ocaq həqiqətlərini dünyanın bütün həqiqətlərindən ayırdıq, arındırdıq və anladıq. Bizim inamımız anlamımıza, yəni anlamağımıza tən oldu, dayaq oldu. Anlamaq, dərk etmək Ocaqçının ömrünə hakim oldu. Qutsal anlamağımız qutlu olsun.
Ocaqçıların bütün Ocaq illəri boyunca üzərlərinə götürdükləri çox böyük ağırlıqlar oldu. O ağırlıqlara dözdülər, hər kəsin əsəbləri gərildi, hər kəsin fiziki varlığına ağırlıqlar çökdü, sağlamlığına ağırlıqlar çökdü. Nə qədər çətinliklər yaşandı. Bəzən yükün ağırlığından arada bir- birini danladı. Ancaq heç vaxt doğmalıq qırılmadı, heç bir vaxt bel əyilmədi, heç bir vaxt inam əksilmədi. Bu böyük hünər idi. Bu zəhmət idi, ləyaqət idi. Ocaqda yaşanan, yaranan böyük hünərlər, böyük ərdəmliklər qutlu olsun. Bu ömürlərin əsasında Ocaq öz sözünü deyə bilir.
Bütün dünya ayrı hava çalır, Ocaq İnsanlaşma havası çalır və insanlaşmanı öz ömründə gerçəkləşdirməyə çalışır, münasibətlərində gerçəkləşdirməyə çalışır. Ayrı-ayrı qüsurlarla belə, Ocağın mühiti ülvidir, alidir. Hər kəs onun qədrini bildi. Ocaqda dedi-qodu aradan getdi, qeybətçilik olmadı, hərcayi münasibətlər olmadı. Yenə deyirəm, arada bir-birindən küsmələr oldu. Bunun böyük məsələlərə dəxli yoxdur. Bunlar bəzən qaçılmaz olur, bundan sonra da ola bilər olsun. Ancaq ümumi hal, ümumi gedişat qutsaldır, qorunur. Elə bil mühitimizin içində bizi ayaqda tutan bir qüdrət var, yeri-göyü yaradan Allah yox, ancaq bir Allah var elə bil. Bu, insanları bir-birinə bağlayır, bu, bağlanmanın məzmunu olur. Bu bağlanmanın məzmunu insanlarımızı sabaha çağırır. Sabaha tutulan ağ üzlərimiz var. Sabaha tutulan ağ üzlərimiz qutlu olsun.
Bax bu mərasimimizə təqdim eləyəcək o qədər işlərimiz var ki, onu biz sayıb qurtara bilmərik. O qədər gözəl insani keyfiyyətlərimiz var, bağlılığımız var, doğmalığımız var, hünərlərimiz var ki, onu biz yazıya, kitaba sığışdıra bilmərik, onu biz sözə sığışdıra bilmərik. Bu özü seçilmiş böyük aqibətdir, ruhani aqibətdir. Bu ruhani aqibəti qoruyub saxlayan bəxtiyardır. Bəxtiyarlığımız qutlu olsun.
Çox kal idik. Asif Atanın danlağını uda-uda böyüdük. Asif Ata bizi danlayırdı, əyilmirdik. Çünki Asif Ata bizi əymək üçün danlamırdı. Əyrimizi düzəltmək üçün danlayırdı. Asif Ata bizim ləyaqətimizi danlamırdı, qüsurumuzu danlayırdı. Biz ondan küsmürdük, incimirdik. Bəzən şəstimizə dəysə belə, Ataya səcdəmizdə azalmırdıq. Çünki Asif Ata bizim qüsurumuzu danlayırdı. Qüsuru danlamaq qüsur deyil. Qüsuru danlamaq ləyaqətdir. Qüsuru ləyaqət danlayar. Qüsuru qüsur özü danlamır. Ona görə də biz Asif Atanın danlağının, çağırışının, harayının altında, nəfəsində böyüdük. Böyüdük ki, Onun Ocağını Ondan sonra sönməyə qoymayaq.
IMG_1260
Bu gün Bakıxanov qəsəbəsində qalanan bu Ocaq, tonqal bizim ürəyimizin sevincini, sevgisini, gücünü, hünərini, bağlılığını ifadə eləyən bir ocaq idi, bir tonqal idi. Tonqalı tonqal xatirinə qalamadıq. O böyük bağlılıqların rəmzi idi. Qoy o rəmz hər bir Ocaqçının ağlına, ürəyinə yazılsın. Bu gün unudulmaz bir gündür. İnam Evində tədbirlər keçiririk, biçimcə bir-birinə bənzəyir. Onların biçimi təxminən aşağı-yuxarı ağlımızda qalmayıb, məzmunca halımızda qalıb. Bugünkü Törənin biçimi də fərqlidir, biçim özü yaddaşımıza yazılır. Gün o gün olsun ki, hər bir Ocaqçının qəlbinə yaxın bir ünvanda, öz nəfəsinə yaxın bir ünvanda “Yeni İl ocağı” qalansın. “Yeni İl sözü” deyilsin. Hər bir Ocaqçının buna haqqı var. Baxmayaraq ki, bizim qəbul elədiyimiz İnam Odası var, bunu eləmək olar.
Mənim doğma, sevimli amaldaşlarım! Ocağımızın 37-ci ilinə elə böyük fərəhlə addım atıram ki. O fərəhi mənə verən həm özümün Ata yolunda yorulmadan, usanmadan, bezmədən çaba­larım­dır, sevgimdir, hünərimdir. Həm də sizin hər birinizdən aldığım fərəhdir və hər birinizin varlığınızdan duyduğum sevgidir. Hər birinizin varlığınızla qürur duymağımdır. Yenə vurğula­yıram, sizdən xahiş eləyirəm ki, bunu bədii söz kimi qəbul eləməyin. Mənim özümün həqiqətim kimi, hikmətim kimi qəbul eləyin. Heç bir vaxt Asif Atanın Ruhaniyyat mühitində mənim içimdə eqoizm baş qaldırmayıb. Qaldırmır da, qaldırmayacaq da. Niyə? Təkcə ona görə yox ki, mən öz içimə hakim olmuşam. Həm də ona görə ki, mən sizin ləyaqətinizə vurulmuşam. Sizin varlığınız, arılığınız, duruluğunuz elə münasibətləri yaxına qoymaz. Sizə elə münasibətlə yaxınlaşan adamın ağlı olmaz. Bütövlükdə bu mühitə o cür əhvalla, o cür münasibətlə yaxınlaşanın, həqi­qətən də ağlı, bir az da sərt desək, ləyaqəti olmaz.
Sizin çəkdiyiniz zəhmətlər, verdiyiniz qurbanlar, çəkdiyiniz ağrılar, fərəhlər hamısı birləşdi. Mənə həm ağrı verdi sizin ağrılarınız, həm də böyük güc verdi, fərəh verdi. Ona dayandım və üfüqlərdə uçdum. Heç nəyə baxmadım, heç bir çətinlik mənim gözümün odunu almadı. Heç bir vaxt Atanın işinin baş tutmayacağına inamsızlıq halı sərgiləmədim. Buna görə mühitimiz qutlu olsun.
Mühitimizin Ruhani gücü, ərdəmliyi, gərəkliliyi, gələcəkliliyi Ata qarşısında təqdir olunur və Ata qarşısında bir də qutlu olsun deyirəm. Bununla sözümü bitirirəm. Sözümü bitirməzdən öncə, Ataya səcdə qılmazdan öncə, hər birinizi tək-tək bağrıma basmaq istəyirəm (hamını bağrına basıb, öpür – U.A.).
İndi hər bir Ocaqçının bu günə yəqin ki, sözü var. Hər bir amaldaşımız danışacaq, hər kəsi dinləyəcəyik. Burada mümkün qədər törənimizin halına uyğun fikirlər sərgiləyin, doğmalığınızı görək və sevək. Qardaşımız Günevi dinləyək.
Günev
Günev Atalı (Ataya səcdə edib, bayrağı öpür – U.A.): Öncə hər birinizi – bütün Ocaqçıları, bütün Ocaqsevərləri, bütün xalqımızı, bütövlükdə bəşəriyyəti bu gün münasibətilə qutlayıram. Bizim üçün və bütün bəşəriyyət üçün nə vəd eləyir bu Günsıra? – Yeni eranın başlanması. Yeni eranın başlanmasını xəbər verən bir Günsıra. Bütün bəşəriyyətin keçdiyi keşməkeşli yollarda dünyabaxışlar yaranıb. Hansı sistemli olubsa, o özünün kitabları ilə, günsırası ilə, bayrağı ilə, yörəsi ilə bunu bir yaşam gələnəyinə çevirib. Burada günsıra məsələsi əsaslı rol oynayıbdır. Nəyə yetiblər, nəyə yetməyiblər qırağa qoyaq bunları. Ancaq bu dünyabaxışlara baxırsan, heç birində nə insan məsələsi əsaslı qoyulub, nə də vətən anlamı. Ancaq bütün sorunları yoluna qoyacaq ideya kimi düşünülüb. Həyat nisbi ölçülərlə nizamlandığından doğru sonuc verməyib.
Bizim 37-ci ilimiz gəldi. Bir şeyə təəssüf edirəm ki, “37-ci il” anlayışı xalqın həyatında çox böyük vahimə yaradıb. Baxmayaraq ki, o 1937-dir, ancaq sadəcə 37 kimi yaddaşlarda qalıb. Yazıçılar da bunu belə yazır. Çünki 1937 xalqın başının kəsildiyi bir dövrdür. Sonra illərlə 37 rəqəminin özü qadağa olub. Hətta yaradıcılıqda belə 37 rəqəminin adını çəkməyə qorxublar. Həm doğrudan da bir vahimə kimi, həm də onu törədənlərin qadağasına görə. Bir dəfə bir yazıçı danışırdı ki, tutalım, biz yazmaq istəyirik ki, 37-ci ildə filankəs Bakıya gəlib. Biz onu elə yaza bilmirdik. Yazırdıq ki, 36-cı ildə Bakıya gəlib. 37-nin adını çəkməyə qorxublar.
İndi bizim bu günsıramızda 37 qutsal bir gün, yaxud il kimi xalqın tarixinə yazılır.
Məndən soruşsalar ki, 36-cı ildə bir Asifçi olaraq hansı önəmli əməllərin üzərində vurğu edərdim?! – Bir neçəsinin adını çəkə bilərəm. Birinci növbədə bu çağacan Ağcabədi-Beyləqan bölgəsində məhdudlaşırdı mənim səfərlərim. İndi yeni bölgələrə – İmişli və Füzuli rayonlarına çıxdım. Uğurlu da alındı. Orda Ocaqsevərlər yarandı. Bu səfərləri mən Elana ilə birlikdə elədim.
Sonra anamın yas törəni. Burada elə hal yaranıb ki, maksimum dərəcədə əngəlləməyə çalışdılar. Görürlər ki, artıq ideyalarımız əməli olaraq yeriyir. Qarşısıalınmaz bir aşamaya keçmişik. Bütün bu oturuşmalar ilbəil artır, möhkəmlənir.
Sonra başqa səfərlərimiz, Rusiya səfərlərimiz elə uğurlu səfərlər deyildi. Ancaq mümkün deyil ki, bu boyda dərdi daşıyasan və bu dərdin izharçısı olmayasan. Harda nə imkan olursa, münasibətimizi deyirdik. Ancaq məni qane edəcək səviyyədə olmayıb.
Bir də mənim kitab məsələmlə bağlı söz demək istəyirəm. Mən Soylu qardaşıma, Göylü bacıma, o kitabın araya gəlməsində əziyyəti olan lap nəşriyyat işçilərinə belə minnətdarlıq bildirirəm. Bu Ocağın möcüzəsi idi. Bunu hamı yaza bilərdi, ancaq Günev yaza bilməzdi. Bax bu möcüzədir.
Soylu qardaşımızın, öndərimizin bu əhvalı böyük quruculuqdur. Mən hər birinizi bağrıma basıram. Ocağın öncələrdəki halını mən görmüşəm, doğmalıq, münasibət belə deyildi. Gəlirdik, 50 nəfər olurdu Ocaqda. Ancaq gələndə bu əhvalın heç yüzdə biri olmurdu o çağlar. Qırılıb gedirdim. Mənim əsəblərimi rahatsız eləyən şeylər çox olurdu. Yəni bu da bir möcüzədir ki, Ocaq bu səviyyəyə gəlib çıxdı. Qardaşımız deyir ki, bəzən yorulanda kimsə kimisə danlayar. Mən onu da görməmişəm, heç gözləmirəm də. Görsəm belə inanmaram. Deyərəm ki, ağlım məni aldadır. O qədər güvənirəm. 36-cı ildə mən Ocağa inamımın elə səviyyəsinə qalxdım ki, daha heç vaxt Ocağın içində zərrə qədər rahatsızlıq olmayacaq. Bu birlik də, gözəllik də Ocağı uğurlu gələcəyə aparacaq və böyük uğurlar bundan sonra da olacaq. Sözümü bitirirəm. Atamız Var olsun!
Soylu Atalı: Fərəhinə inanırıq. O kəs ki, o çağlarda içində həmin fərəhi, həmin halı daşıyırdı, o elə bu gün də var. İçində o halı daşımayanlar bu gün Ocaqda yoxdur. Ata deyirdi olun, ola bilmirdilər. Atanın yörəsinə 50-70 adam yığışmışdı. Ancaq içində o halı daşıyan elə indikilərdir. Onlar da Ocaqla birgə bu günə gəliblər. Əslində burda hər kəs Atanın halını götürən adamlardır. Baxmayaraq ki, bu gün aramızda Atayla eyni vaxtda Ocaqda olmayanlar var. Ancaq Atanın halını götürməsəydilər burda bərkiməzdilər. İndi o halı Onun kitabından götürürlər, Onun ənənə kimi yaratdığı tədbirlərdən, mərasimlərdən götürürlər, onu bu vaxta qədər yaşadan təcrübəli Ocaqçılardan götürürlər.
Günev Atalı: Kitabı evdə hər kəs oxuya bilərdi. Ancaq əhvalı bugünkü uca münasibtlərdən götürdülər.
Soylu Atalı: Doğrudur. Ancaq həm də bunların hamısıyla bir yerdə sağlam iç də olmalıdır. İç böyük məsələdir. O gün bir yoldaş məndən soruşur ki, filan yerdə Asif Atayla bağlı müsahibəni oxudun? Keçmiş Güntay, Cavanşir Maniçehr nəsə ağlına gələni danışıb. Mən o soruşana bir kəlmə dedim. Dedim ki, o adam danışa bilər. Çünki o adam kitabla da məşğul oldu, biliklə də məşğul oldu, ancaq ömrü boyu mənəviyyatla məşğul olmadı…
Mənəviyyatla məşğul olmaq çox önəmlidir. Ocaqda hər kəs Asif Atanın dediyi fikirləri, ideyaları ağlının gücüylə bilə bilər. Müəyyən həddə öyrənə bilər. Onu öyrənmək, bilmək bir ayrı şeydir, onu yaşamaq bir ayrı şeydir. Onu yaşamaq – hamısını özünün içinə alır. Yaşamaq da mənəviyyatla məşğul olanda olur. Mənəviyyatla məşğul olmayan adam əqidə adamı olmur, Ruhaniyyat adamı olmur. Bax, ona görə də Ocağımızın gözəlliyi ondadır ki, dedi-qodu yerinə, gileylər yerinə mənəviyyat saçan münasibətlər ortaya gəlir. Ocaqda gediş sağlamdır.
Nurtəkin Ocaq əməllərinin hesabatını axırda verər. Öncə hər kəsin Yeni İl fərəhini dinləyək, axırda hesabatı deyərsən.
Nurtəkin Atalı: Öncə hər kəsə xoş gəlmisiniz deyirəm. Artıq ikinci dəfədir ki, Ocaq Bayrağı bizim evimizə gəlir. Bu özü fərəhdir, müqəddəs bir hadisədir. Bir yazımı oxumaq istəyirəm:
Nurtəkin Atalı
xxx
Bəzən “Ailə Günü”ndə özümdən razı deyiləm” deyirəm. Bu sözü deməyim növbəti “Ailə Günü”ndə mənə o haldan çıxmaq üçün təkan verir. Ona görə də içimdəki sorunları, qüsurları bölüşməyim özümü özümə göstərir və daha ona qayıtmamaq üçün yolumu geriyə bağlayır, irəliyə getmək üçün isə döyüşməyin gərəkliyini anlayıram.
Özünə inamsızlıq təkrarlanmır. Özünə inamsızlıq olubsa, getdikcə azala-azala aradan gedir. Çünki özünə inamsızsansa, hər bir hadisəylə, hər həyəcanla, hər rahatsızlıqla qarşılaşanda sarsılırsan, inamsızlıq artır.
Özünə inam da təkrar olmur. Özünə inam varsa, hər bir həyəcanla, gedişatla döyüşürsən və özünə inam döyüşlərdə təsdiq olur. Artdıqca artır.
xxx
Həyat bəsitləşir, çünki arzular, xəyallar bəsitləşir. Daha çox gerçəkliyə, cəmiyyətə, gedişata hesablanan arzularla yaşayır adam. Həyata bağlı arzular yol açmır, daha da adiliyə sürükləyir. Çünki arzular ideyasız, Mütləq ölçüsüzdür. Arzulanana həsr olunduqca ömür daha da uçulur, yox olur. Mütləq ölçü gərəkdir ki, ömür qurulsun. İdeal niyyətlər, arzular ayırsın adamı cəmiyyətdən, varlığa ucaltsın.
xxx
Kədər insanı nə qədər sıxırsa, balacalandırmaq istəyirsə, o, kədərə sığmır. Adamlar bəzən kədərini bölüşür, dərdinin içində əriyərək. Bəzən isə kədərini elə bölüşür, hiss edirsən ki, sığmır kədərinə. Fərəh halını da bölüşəndə eləcə. Sığmır fərəhinə. Sanki deyir məni duyun, məni görün. Fərəhimin məni haraya ucaltdığını hiss edin. Kədərin də, fərəhin də təməli özünə inamdadır. Sığmazlıq ordan gəlir.
xxx
Sonra, təbiətlə üz-üzə bir hal üstə duyğulandım. Balaca oğlum Uluyolu axşamüstü havaya çıxartmışdım. Günəş qüruba enirdi. Özümü də qayğılar bir az kövrəltmişdi. Mən belə bir duyğu yaşadım və gəlib onu yazdım. Ancaq bir şey də deyim ki, qayğılar adamı üstələyəndə belə, nə yazırsan yaz, nikbinliyə gəlib çıxır. Görürsən ki, sən o qayğıda, hardasa bir məqamda kədərinə tabe olursan, ancaq, dediyim kimi, sonucda nikbinliyə qovuşursan. İndi o halımı ifadə edən yazımı oxuyum:
Ey Qüruba enən Günəş! Görürəm çox dərdlisən. Mənim də dərdlərim var, onları da dərdinə qat. Necə yanırsan, qızarırsansa dərdlərinlə, rənglərinlə, mənim də dərdlərim yansın odunda.
Göy üzünə səpələnən ulduzlarla parlasın. Bəlkə yüngülləşər dərdlərim, bəlkə aydınlaşar düşüncələrim. Doğar sabahın Günəşində, sabahın rəngində. Qonar gözlərimə işıq kimi, ümid kimi.
Dərdimi aparmasan da dərdimlə döyüşəcək qədər isindir içimi, aydınlığa çıxsın halım.
Yaşamaq – var olmaqdır. Yaşamaq – döyüşməkdir həm də. Ümidli, inamlı yaşamaq üçün döyüşmək gərək. Gücsüzlüyü yenməyə inanmaq gərək. Özünü sevə bilmək gərək. Özünə qovuşmaq gərək.
Ulduzlara qonmaq gərək, Günəşdə yanmaq gərək!
Tufanla döyüşmək gərək. Qürubda batıb sabahda yenidən doğmaq gərək.
Yenidən yoğrulmaq gərək. Yenidən başlamaq gərək.
xxx
Adamlar həmişə bayram öncəsi həyəcanlanırlar. Özəllikcə il dəyişəndə. Adamlar sevinmək istəyir, ömründə uğurların, sevinclərin bol olmasını istəyir. Bir-birinə də arzuları “gələn il sənə uğurlar gətirsin” olur. Bizim də ilimiz dəyişir. Biz də Yeni il öncəsi həyəcanlanırıq. Keçən ilimizin hesabatını hazırlayırıq, Ocaq qarşısında bu hesabatı bölüşürük. Ancaq bizim Yeni İldən gözləntilərimiz başqadır. Köhnə ilin hesabatında sevindiyimiz, kədərləndiyimiz, yetdiyimiz halları, əməlləri, düşüncələri bölüşərək ilimizə qiymət verəndən sonra yeni ilin bizə deyil, bizim yeni ilə nə verəcəyimiz, necə yaşayacağımız, necə davranacağımız düşüncəsi, qayğıları, tələbləri, duyğuları ilə başlayırıq. Atanın dediyi kimi “Yenidən başlamaq, Yenidən başlanmaq” inamı ilə yeni il fərəhini yaşayırıq. Yeni İlimiz qutlu olsun!
Atamız Var olsun!
Göylü Atalı (Ataya səcdə edib, bayrağı öpür – U.A.): Bu gün çox fərəhliyəm, çox məsuliyyətliyəm. Doluyam. Günev qardaşımız bayaq 37 rəqəminə toxundu. Düzü mənim də xəyalımdan keçdi. Ancaq bu gün bu 37 rəqəmi Ruhaniyyat tarixinin qutsal bir səhifəsinə çevrilir…
Keçən il Ocaq Yükümlüsü bir tələb qoymuşdu qarşımızda ki, 37- ci ilin “Yeni İl Mərasimi”nə kimi Bitiqləri tam oxuyub başa çatdırmaq gərəkdir. Kim nə dərəcədə buna yetib bilmirəm. Mən 5 Bitiqi ardıcıllıqla oxumuşam, özümləşdirməyə çalışmışam. Bu il Bitiqləri tam oxumaq qətiyyətindəyəm. Daha dəqiq desəm, ruhani idrak işiylə geniş məşğul olmalıyam. Mən Atanın İnamına dərindən inanıram. İndiyə qədər əldə elədiklərimi yeni aşamaya keçirmək istəyimi bildirməklə sözümü bitirirəm. Atamız Var olsun!
Güntay
Güntay Atalı (Ataya səcdə edib, bayrağı öpür – U.A.): Mən artıq iki ildir ki, Ocağı tanıyıram. Ancaq bir ildir ki, Ocağa Evladam. Bunu birinci növbədə Ocağın uğuru sayıram. Bu baxımdan həm sizi, həm özümü təbrik eləyirəm. Həm də 37-ci ilimiz qutlu olsun deyirəm. Bu gözəl Günsıra daim insanlaşma sözü deyir. Həqiqət carının yazıldığı bir Günsıradır bu. Mənəviyyat carının çəkildiyi tarixin başlanğıcıdır. Hələ o 37-nin qabağında 1 də olacaq, 2 də olacaq və i.a. Ocaq dünyaya mənəviyyat yolu başlamaqla daim var olacaq. Çox inanıram ki, xalq inamlı xalq kimi dünyada öz yerini tapacaq. Türk etnosu həqiqətən sayğıya layiq bir etnosdur. Bu baxımdan hamınızı qutlayıram və Ocağı tapmağımı, yenə də deyirəm, çox böyük fərəh hissi ilə yaşayıram. Nə dərəcədə mən idrakiliyə yetmişəm, onu demirəm. Təbii ki, məni qane eləməyən məqamlar var, ancaq Ocağa gələndən tamam başqa insan olmuşam.
Mən Ocağa Evlad olmağa (Qəbul Törəninə) gedəndə, avtobusda olarkən, Nurtəkin mənə zəng elədi. Mənə uğurlar dilədi. Ocağa Evlad olandan (Törəndən) sonra İnamlı zəng elədi. Mən telefonda İnamlıya dedim ki, Göylü olmayacam, Soylu da olmayacam, yəqin ki. Ancaq Güntay olacam. Son vaxtlar düşündükcə anladım ki, mənim Ocaqdan qıraqda varlığım yoxdur. Ümumiyyətlə, Ocağa gələsən, mənəviyyat bulağının üstə çıxasan, idrak bulağının üstə çıxasan, ondan içməyib qayıdasan, bu ən böyük nadanlıq olar.
Bu xalqlaşma ilində mən Atanın Ocağı qarşısında söz verirəm ki, həm idrak yüksəkliyinə varacam, həm də öz sözünü deyən Ocaqçı olacam. Atamız Var olsun!
Soylu Atalı: Uğurlar diləyirəm, inanıram. Ötən il “Yeni İl Törən”ində dediyim fikir Göylünün yaddaşına yazılıb. Uğurlu haldır. Özü onu başa çatdırmasa belə. Yəni Atanın Bitiqlərini il ərzində yenidən oxuyub başa çatdırmaq məsələsi. Yəqin ki, ona ən çox əməl eləyib Göylü, Güntay, Günev və İnamlı. Düzdür, hamınız başa çatdırmamısınız, çatdırmaq gərəkdir.
İndi isə sənə fərdi olaraq deyirəm. Növbəti “Yeni İl Törəni”mizdə (mən mərasim sözünü törən sözü ilə dəyişirəm. Törən türk sözüdür, mərasim ərəb sözüdür. Hərçəndi mərasim də gözəl sözdür. Yeri gələndə işlətmək olar. Mümkün qədər törən yazın) Ocağa gəlişinin ikinci ildönümündə səndən burdakıların hər birini heyrətə salacaq bir hesabat gözləyirəm. Kim idin, kim olmusan? Onu o qədər gözəl açacaqsan ki. O hesabat həm sənin ürəyini işıqlandıracaq, həm də burdakıları sevindirəcəksən.
Üstün
Üstün Atalı (Ataya səcdə edib, bayrağı öpür – U.A.): Yaşadıqca içimdə nə qədər çıxılmazlıqlar olsa belə, hər dəfə mərasimə gəlib köklənirəm və mərasimin işığını evə aparıram. Soylu Atalının çıxışı halıma çox yaxşı təsir elədi.
Bu gün sizinlə sevgimi, fərəhimi bölüşməkdən qürur duyuram. Güntay qardaşımızı da təbrik eləyirəm. Yeni ildə yenidən doğulub. Onun xoşbəxtliyidir. Bu mərasimdə Ocağa Evlad qəbul olunub. Bir il olmasına baxmayaraq, sanki Güntay elə əzəldən Ocaqdadır. Elə bilirəm on ildir Ocaqda yol gəlir.
Sizin hər birinizin Yeni ilinizi qutlayıram. Atamız Var olsun!
IMG_1336
İnamlı Atalı (Ataya səcdə edib, bayrağı öpür – U. A.): Ocaq 37-ci ili Xalqlaşma ili elan elədi. İlimiz uğurlu olsun. Güntay qardaşımızı da ruhani doğum günü münasibətilə təbrik eləyirəm.
Mən Atanı tanımırdım. Ocağı da bilmirdim. Ancaq Ocağa qədər Soylunu çox dinləmişəm.
Bu gün çox fərəhliyəm. Həm Ocaqçı olduğuma görə, həm də Ocağın timsalında türk bu gün öz ilini keçirir. Nə İsanın ilini, nə Məhəmmədin ilini.
Dediyim kimi, mən Atanı tanımırdım, bilmirdim. Sonra Soylu Atalıya rast gəldim. Bu rastlaşmanın uğuru da sonralar məni Ocağa bağladı. Mən Atanı Bitiqlərdən ala bilirəm. Ancaq əsasən Soyludan alıram.
Günev qardaş Atanın sağlığında olub, mən olmamışam. Bayaq danışır, mənim onda 22 yaşım var idi. Köçkün idim, Sabirabadda yaşayırdım 97-ci ildə. Yəni yaşım çatırmış onu görməyə. 93-də orta məktəbi bitirmişəm…
Günev qardaş deyir Ocaqda o vaxtkı doğmalıq bugünkü qədər deyildi. Mənə elə gəlir ki, o vaxtlar Ata yaxşı öyrənilməyib, qədri bilinməyib. Yoxsa başqa səviyyə olardı. Bu gün biz Soylunun cazibəsinə yığışmışıq. Çünki o, Atanı bizə verə bilir. Bizi Ataya bağlaya bilir. Bu, Atanın uğurudur.
Arzu eləyək ki, Soyludan sonra bu hal qırılmasın. Soylu da bir cismani ömür yaşayacaq.
Bir dəfə mən dedim ki, biz islamın acığına yaşamalıyıq və hər şeyə getməliyik. Soylu dedi ki, elə ifadə işlətmə, islamın acığına yox, elə xalqımızın sabahlı olması, var olması üçün, özümüzün milli kimliyimizi təsdiq eləməyimiz üçün Ocağı yaşatmalıyıq…
36-cı ilimizdə Amallaşmam çox oldu. “Ata səsi”ni yenidən oxuyuram. Orada Ocaqçının xalqın içinə çıxması üçün yol göstərən çox məqamlar var. Mən Atanı ikinci kərə oxuduqca elə bil hava alıram, az qalıram işdən çıxıb gedim, iki adam tapıb ona söz deyim, çıxıb küçədə Ocaq sözü haraylayım. Atanı oxuyanda insan başqa bir mühitə düşür. Çünki insan özünə yaxın olur, gerçəklikdən yüksəyə qalxıb mənaya doğmalaşır.
Bu gün Ocaqçıların hər biri istəyər ki, Törən onun həyətində keçirilsin. Bu bir bəxtiyarlıqdır. Nurtəkin bacıma bu fərəh nəsib oldu. Onu təbrik edirəm.
36-cı ildə özümüzdə güc tapdıq. Ata səsini, harayını Soylu Atalının dili ilə xalqa çatdıra bildik. 37-ci ilimiz bundan ötə gəlməlidir. Atamız Var olsun!
Soylu Atalı: İstək olan yerdə addım da əmələ gəlir.
Yaxşı olar ki, bu ili həm də “Qutsal Bitiqlərin Ünvanlaşması” ili eləyək. Hazırlaşsın Göylü, Nurtəkin, İnamlı, Güntay. Sizin hər birinizin evində “Qutsal Bitiqlərin qəbul Törəni”ni keçirək. Ünvanlarınızı Qutsal Bitiq ünvanına çevirək. Özünüzdə güc tapın və 37-ci ilimizdə bunu gerçəkləşdirin.
IMG_1358
Ulusəs Atalı (Ataya səcdə edir, bayrağı öpür – U.A.): Mən bu gün çox maraqlı bir kəşf elədim özümçün. 10 ildən çoxdur biz tonqal qalayıb söz deyirik. Ancaq bugünkü mənə başqa cür təsir elədi. Mənim içimdə, elə bil, Ocaq qalandı və bu tonqal onu əks elətdirdi. Mən bilmirdim ki, içimdə elə bir ruh varmış. Elə əhval yarandı ki, Nurtəkinin həyətində yanan tonqal mənim ruhumdan qalandı. Nə yaxşı ki, bu Yeni İl həyətdə, torpaq üstündə, od qırağında fərəhli sözlə, əhvalla başladı. Bütün tədbirlər İnam Evində keçir. Orda həyətin olmaması bir balaca bizi bu əhvaldan qoyur. Mənim içim bu gün o qədər açıldı ki, bilmirəm kimi bağrıma basım. Çox gözəl oldu.
Mən deyirəm ki, 3 ildir xalqlaşmıram. Çox maraqlı bir müsahibim əmələ gəlib. Bəybala adında həyatın işığını görməyən biri. Mənə hər gün zəng eləyir, hər dəfə Ocaqla bağlı suallar verir, hər dəfə Ocaqçıların əhvalını soruşur. Onunla Ocaq haqqındakı söhbətlərimin fərəhinə Yeni İlimizin fərəhi qarışıb mənim halımı daha da böyütdü. Yəni mənə elə gəlir ki, bu günkü əhvalım məni xeyli qabağa aparacaq. Bayramımız qutlu olsun. Böyük bir gələcəyin carçıları kimi təbrik eləyirəm, öpürəm hamınızı. Atamız Var olsun!
Türkel
Türkel Atalı (Ataya səcdə edərək bayrağı öpür – U.A.): Mən tədbirlərin kitablaşmış variantını çox oxuyuram. Görürəm ki, tədbirdə şifahi danışmaq o qədər də uğurlu alınmır. Fikirlərimi tam deyə bilmirəm, bəzən anlaşılmazlıq olur. Bu da, hesab eləyirəm ki, xalqlaşmamın olmaması ilə bağlıdır. Xalqlaşma adamın dilini açır, nə deyəcəyini müəyyənləşdirir. Bu ilimiz – Xalqlaşma ilimiz olduğundan, düşünürəm, vaxtdır, yavaş-yavaş başlayım. İl içində özüylə döyüşüm, Ocağa bağlılığımla, amaldaşlarıma doğmalığımla 37-ci ilə qovuşum.
Çıxışlarıma qayıdıb baxdım. Özümü o dərəcədə yetirməmişəm ki, həyatiliyin cazibəsindən tam ayrılam. Ya da ki, tərsinə, həyat içimi elə bulandıra bilməyib ki, Ocağın cazibəsindən qopum. Ocaq Yükümlüsü Ailə Günlərinin birində deyir ki, Ata hər birimizin içinə köz salıb. Onu alışdırıb Ocağa çevirmək isə öz əlimizdədir. İçimin közünü müəyyən mənada alovlandırmışam. Daim yetkin səviyyədə inamımla, fərəhimlə aşkarlayıb uğurlu il yetirməliyəm.
Sonra Günev əminin kitabı ilə bağlı bir neçə kəlmə yazmışam. Kitab elə bir şeydir ki, orada təkcə sənin çıxışlarının toplusu ifadə olnmur. Doğrudan da, gərək onun təsirə malik olması üçün yaşamın ifadə olunsun, harayın ifadə olunsun, içinin möhtəşəmliyi görünsün, fərəhin görünsün. Ümumiyyətlə, kitabın yaranması üçün gərək, doğrudan da, yaşadığınla dediyin vəhdətdə olsun. Hesab eləyirəm ki, bu, məndə çox az olduğuna görə izharlarımın gücü kitab əmələ gətirmə səviyyəsində deyil. Bu, Günev əmidə baş tutmuşdur. Sadəcə əməli olaraq indi üzə çıxdı. Ocaq Yükümlüsü Atagün Ailəsininin tədbirlərində belə bir fikir deyir: “Əqidə adamı olmaq üçün onun bütün tələbləri ömrə hakim olmalıdır. Düşünə-düşünə, yaşaya-yaşaya əqidənin fərəhi ilə dolmaq gərək. Belə olanda isə yük ömrü daha da yüksəldər. Atagün Ailəsinin tədbirlərində amaldaşım Günevin çıxışlarında hiss eləyirəm ki, içinin harayını çəkir, bu harayda içinin əqidə fərəhi ilə dolduğunu hiss eləyirəm. Ömrünün ruhani qüdrətə yüksəldiyini anlayıram”.
Əqidə fərəhi, əqidəli olmaq məsələsini yenə Ocaq Yükümlüsünün Ailə Günlərinin birində dediyi fikirlə demək istəyirəm: “Əqidə – insanın özünə bərabər olması, mütləqin tələbi əsasında yaşamasıdır”. Mənə elə gəlir ki, fərəh də elə o cür yaşamın ifadəsidir. O cür yaşayasan, fərəhli olmayasan, mümkün deyil. Kitabı oxumasam belə, orda deyilən fikirlərdən amallı yaşamın, o yaşamdan doğan fərəhin ifadə olunduğuna inamım qətidir. Bu inamlı halımla amaldaşımın kitabını təbrik eləyirəm. Atamız Var olsun! Bayrağımızı öpürəm.
Soylu Atalı: Son vaxtlar tədbirləri iki qardaş birgə səsdən sözə çevirirlər. Biri diktə eləyir, o biri yazır. Yaxşı bir haldır. Bundan sonra da inanıram ki, Ocaq tədbirlərini onlar bu cür işləyə bilər. Uğurlu da alınar. Bundan başqa Türkelin üstün cəhəti də var ki, vaxtaşırı Ocaq kitablarını oxuyur. Hiss eləyirsən ki, elə-belə oxumaq xatirinə oxumur. Götürə bilir. Hətta elə faktlar götürür ki, o faktlara dayanıb söz deyir. Onun üzərində fikir yürüdür. O yaxşı bir haldır. Adətən hər kəs söz demək üçün qıraq ədəbiyyatlara dayanır, üz tutur. Ancaq Ocağın içində Ocaq hikmətlərinə dayanıb, fikrini genişləndirə bilərsən, bu böyük məsələdir. Sonra, “Üç oğluma məktub” məsələsini bir neçə dəfə sizə də demişəm. Onu Türkel dönə-dönə oxuyub. Bütün bunlar mənə nə deyir? Bunlar mənə deyir ki, Atanın Ocağından onun içinə düşən bir işıq, od, köz alovlanmağa başlayıb. O sönməyəcək. Onun sönməməsi adında umud mənə yaxşı təsir eləyir. Mənim evimin içində Ocağın yaşaması, davam eləməsi çox böyük hadisə olacaq. Mənim evimin içində böyük xəzinə var. Ocaqçıların qatqısıyla araya gələn sözün, fikrin, əməlin ifadə olunduğu görüntülər, disqlər, yazılar, nələr çox böyük xəzinədir. Bu xəzinəyə yiyə durmaq gərəkdir. O xəzinəylə dolmaq gərək, ondan sonra böyük zirvələr aşmaq olar.
IMG_1377
Ulunur Atalı (Ataya səcdə edib, bayrağı öpür – U.A.): Mən də hamınızın Yeni İl bayramını təbrik eləyirəm. Bir müddətdir ki, tədbirlərdə söz demirdim. Bir var öyrənərək yol getmək, bir də var yaşayaraq. Nurtəkin Atalının çıxışında “Qürub Günəşi, görürəm dərdlisən, məni də özünə qat”. Bu duyğular mənə təsir elədi.
Ocaq Yükümlüsü tez-tez qayıdır Azərbaycan gəncliyi söhbətinə. Yaşayırsan, görürsən ki, hər şey bəsitləşir. Çünki arzular, duyğular bəsitləşir. Biz bura fərəhlə gəlmişik. Ocaq Yükümlüsü deyir ki, bizim Türkellə bir yerdə əməlimizdəm fərəh alır. Biz də onun fərəhindən fərəhlənirik, biz də o yolu gedirik. Mən də fərəhliyəm, hamınızın fərəhinə qoşuluram. Özümdən 37-ci ildə uğurlar gözləyirəm.
IMG_1387
Soylu Atalı: Daim bu anda, bu məqamda nəyəmsə azam, daha yüksək zirvələrə qoşmalıyam, daha uca hadisələrin yaranmasında qatqım olmalıdır. Həmişə o diləklə yaşamaq gərəkdir. Olduğun məqamı az saymaq…
Fərəhli amaldaşlarım! Biz Yeni İl Törəniylə bağlı fərəhlərimizi dilə gətirdik, ifadə elədik. Əslində belə də olmalıdır. Günün halı, mənası elə odur ki, fərəh ifadə olunsun. Biz özümüzü döyəndə belə fərəhlə döyürük. Çünki özünü döymədə inam var. İnam olan yerdə fərəhsizlik ola bilməz. Fərəhsizlik inamsızlıqdan əmələ gəlir. Biz isə inamlıyıq. İnam əsasında döyüşən, yaşayan insanlarıq. Ona görə bir daha vurğu eləmək istəyirəm ki, bugünkü törənimiz – Yeni İlimiz öz yaradıcılarının, Ruhani Evladlarının fərəhini dinlədi. Əslində bu törənimiz Asif Atanın həm də qulağıdır, qəlbidir. Asif Ataya fərəhlərimizi hesabat verdik. Gözəl bir ovqat yaratdıq. İndi isə mən mərasimimizə son söz deməzdən öncə bəzi məqamları ifadə eləyib başa çatdıraq. Ocaqda, özümüzün də dilə gətirdiyimiz kimi, anladığımız kimi, Evlad ömrünün yaranması bugünkü kitab hadisəsiylə özünü sübut elədi. Diqqət elədinizsə, Türkel yaxşı bir məqama toxundu, sadəcə mərasimlərdə danışmaqla, (elə-belə) fikirlər deməklə kitab əmələ gəlməz. Gərək o kitabın içində yaşantılar olsun. Gərək o kitabın içində Ruhani fəryad olsun, haray olsun. Onda o haray yaşamın nizamına çevrilə bilər. Biz də bizdən qıraqdakılara nəyisə sübut eləmək xatirinə kitab cildlətmirik. Bir insan ömrü tanıdırıq. İnsan ləyaqəti tanıdırıq (təqdim eləyirik). Bir insan vüqarının, mübarizəsinin coşğuyla, inamla yerişini təqdir eləyirik və onu örnək kimi sunuruq insanlarımıza. Nurtəkinin kitabını oxumusunuz, Günevi də zaman-zaman dinləmisiniz. Ancaq kitabda daha bitkin, yığcam oxuyacaqsınız və mənim dediyimin şahidi olacaqsınız. Biz kağız toplusu sunmuruq insanlarımıza. Burada Asif Atanın işığını ömürünə çevirən ləyaqət halı var. Bu ləyaqət halını göstəririk. Haqq edirik göstəririk və sevinirik. Bizim haqqımız yoxdur yarananı göstərməməyə, olanı deməməyə, olanı verməməyə. Yaranmaz onda bizdən qıraqda heç nə. Xalq ona görə yaranır ki, içində, ömründə yaratdığını ona verirsən. Hərcayi söz xalqı hərcayiləşdirir. Ali söz, uğurlu söz xalqı aliləşdirir. Bizim xalqa sunduğumuz kitab alidir. O xalqın aliləşməsi üçün örnəkdir. Mən qardaşımızın kitabını Ocaq hədiyyəsi olaraq sunmaq istəyirəm, tanıtmaq istəyirəm. Üzümü Asif Ataya və Onun xalqına tuturam. Deyirəm, sənin içində qeyrətli, ərdəmli, gələcəkli və gələcəyi yaradan insanların böyüyüb, yaranıb. Mən o insanları sənə təqdim eləyirəm. Onu götür, bağrına bas. Bu kitabın harayçısını bağrına bas. Sənin bağrına qoy işıq düşsün. Qoy gələcəkli söz sənin köksündə mənaya çevrilsin. Onda sən bəşəriyyətə ali nəğmə oxuyan gözəl xalqa çevriləcəksən.
Mən bu istəyimlə Asif Atanın Bayrağını öpürəm, Onun qarşısında səcdə qılıram və Onun qarşısında Onun Günevini və Günevin harayını izhar eləyən kitabını tanıdıram (təqdim eləyirəm). Hər bir Ocaqçı amaldaşının kitabını oxuyur, öyrənir və ondan öyrəndiklərini özünün içiylə zənginləşdirir və xalqa sunur.
Kitabımızı Ocağa, Asif Atanın hüzuruna təqdim eləyirəm və bunu Asif Atanın hüzuru olaraq kitab yazarının özünə sunuram və özünün sözünü dinləmək istəyirəm, Atanın Bayrağının altında.
Günev
Günev Atalı: Bayaq mən kitab haqqında bir kəlmə vurğuladım ki, bu mənim üçün, həm də Ocağımız üçün bir möcüzə məsələsidir. İllər öncə mən bu məsələ haqqında heç fikirləşməmişəm. Ancaq illər öncə bu harayları çəkmişəm. Adı da çox gözəl seçilib. Nurtəkinin kitabında yazdığı fikirlər əsil incilərdir. Fəlsəfi mənada bəzənmiş, cilalanmış incilərdir ki, onu oxuyan özündə böyük dəyişikliklər hiss eləyəcəkdir.
Bir vaxtlar “Yeni Oğuz Sözü” əlimdə idi, indi Nurtəkinin kitabı əlimdədir.
Ancaq mənim kitabımda harayım var. Fikirlərimi bədii, obrazlı deyim, müdrik kəlamlar şəklində ifadə eləmək yoxdur. Ancaq haray var, içimdəki yanğını, Asif Atanın ideyalarını xalqa çatdırmaq, bəşərin bu günə qədər keçib gəldiyi yolda ağrılara Asif Atanın işıq tutmasını haraylamaq bu kitabda öz əksini tapıbdır. Mən bu kitabımın araya gəlməsində qardaşımı da, bacımı da, ümumən, zəhmətini çəkənlərin hamısını qutlayıram. Hamısına minnətdarlıq edirəm. Çox sağ olun, var olun. Bu iş Asif Ata Ocağının uğurudur. Atamız Var olsun! (Bayrağı öpür – U.A.).
Soylu Atalı: İndi bu kitabda zəhməti olan Göylünün və Nurtəkinin təbrik sözünü dinləyək, sonra o biri amaldaşlarımız da təbrik eləsinlər. Bu, hadisədir. Gün o gün olsun, Ocaqçıların hər birinin ömrünün harayını, ömür kitabını tanıdaq (təqdim eləyək). Eləyəcəyik, mən inanıram. Çünki cavanıq, hələ qabaqda ömrümüz var.
Asif Atanın işini yerdə qoymamaq gərək. Bu nə deməkdir? – Bax bugünkü əməllər deməkdir, Onun Ruhunu yaşadan insanların ömrünü ona və onun xalqına təqdim eləməkdir.
Kitabın adı “İnamlı İllərimin Harayı”dır. Bu bir fəlsəfə kitabı deyil. Bu ömür fəlsəfəsidir, əqidə fəlsəfəsidir. Buna biz başqa ad deyə bilməzdik. Elə bu inamlı illərin harayıdır. İnamlı illər nədir? Yəni Mütləqə İnamla bağlı olan ömrünün harayıdır. Kitabın ön sözü də buna bağlıdır: “Tükənməyən ümidin harayı”. Bu haray nədən yaranır? Umud var, gələcəyə, Atanın yaşamasına, qəbul olunmasına, etkisinə.
IMG_1410
Göylü Atalı: Qardaşım, səni qutlayıram. Ömrün uzun olsun, idrakın daha böyük zirvələr fəth eləsin. Bir məsələ var ki, bu şair, yazıçı kitabı deyil. Soylu Atalı deyir ki, bu İsanın Həvarilərinin gördüyü əməl kimi bir yöndür.
IMG_1417
Nurtəkin Atalı: Yeni ilimiz kitabla başladı. Ümumiyyətlə, ötən ilimizdə kitabların çapı çox oldu. İndi də bu uğurlu bir başlanğıc oldu. Yeni ilin ilk uğuru, ilk qədəmi. Mən Günev qardaşım haqqında bir yazı yazmışdım. Orada bir cümlə işlətmişəm: “mən Günevi ilk görüşdən fərqləndirdim və aşiqliyini görə bildim”. Çünki onun danışığı, halı adama çox şey deyir. Günev danışanda istəmirəm tez bitirsin. Sözünü qurtaranda elə bilirəm ki, o tez bitirdi. Bu yaxınlarda Atagün Ailəsinin kitabçasını oxudum. Orda Günev deyir ki, filan yerə getdik, böyük söhbət elədik. Onun ağrısı, acısı, söz demək istəyi, söz demək eşqi çox aydındır.
Mənim kitabımın da adını Soylu qoyub, sənin kitabının da. Doğrudan da, bu haraydır.
Mən şəkilləri şeçəndə baxıram ki, Soylunun və Günevin şəkillərinin heç biri uğursuz deyil. Çünki halın özü elə bir səviyyəyə çatıb ki, məsələn, baş yuxarıdır, əl hərəkətlidir. Hər bir şey inam çağırır. Üzün halı, gözün baxışı inam çağırır. Burda da hər bir şey inam çağırır. Ağrını, acını, fərəhini, inamını deyir. Mən həqiqətən çox sevinirəm, çox fərəhliyəm. Hər bir Ocaqçının kitabının olmasını arzulayıram. Davamlı olsun. İstəyirəm səni bağrıma basım.
IMG_1426
İnamlı Atalı: Atanın gücünün, qüdrətinin göstəricisidir – kimyaçını, dülgəri yazar eləmək, inşaatçını filosof eləmək. Nurtəkin və Günev Atalıların bir xoşbəxtliyi ondadır ki, onların bitiqlərinə ön sözü Soylu Atalı yazıb. Mən Soyluya uzun ömür arzu edirəm ki, şəxsən mənim nə vaxtsa bitiyim yazılsa, ona ön sözü o yazsın. Sizin bitiq nə qədər məna baxımından gözəldirsə, Soylunun ön sözü onu iki qat artırır. Sabahlı, gələcəkli eləyir, daha da oxunaqlı eləyir. İkinci bir tərəfdən Atanın Ocağı, Ocaqçıları bu gün yaradıcılıqla məşğul olur. Bunlar Ocağın sönməzliyinə işarədir. Qardaşımızı qutlayıram.
IMG_1432
Ulusəs Atalı: Günev qardaşımın halı göylərdədir, kitabında da bu halı ifadə olunub. Arzum odur ki, ikinci kitabı ortaya gəlsin və ona ön sözü mən yazım.
Ocaqçün möcüzə deyil, Ocaqçılar üçün möcüzədir. Qələm tutmaq söhbəti var burda. Soylu da bu qələmi tutdurur. Mən hara qələm hara, mən hara kağız hara. Mən demirəm kitab yazmışam. Hər halda mənim bir-iki yazı-pozum olub. Ocaq hadisəsi möcüzədir, Ali həyatda yaşamaq möcüzəsidir. Günevin kitabı da bu yaşamın ifadəsi kimi ortaya gəldi. Qutlu olsun qardaşımın kitabı.
IMG_1435
Güntay Atalı: Mən Ocaqla yenicə tanış olanda Soylu Atalı Günev qardaşımız haqqında danışırdı. Beyləqandakı işlərlə bağlı. Günev qardaşı təsəvvürümdə canlandırmışdım. Beyləqanda Məbədin tikintisinə köməyə gedəndə gördüm ki, Günev qardaş elə mənim təsəvvür elədiyim kimidir. Soylu həmişə deyirdi ki, Günev qardaşımız Beyləqanda haray çəkir.
“İnamlı İllərin Harayı” kitabı gözəl ömürdən alınan anlar toplusudur. Həm də inamı anladan haraydır. Qardaş, həm Atagün Ailəsinin 3 yaşı ilə bağlı, həm kitabınla bağlı qutlayıram. Sən türkün ruhaniyyat tarixində öz yerini tutmuş kişisən. İnam Məbədinin orda tikilməsi bunu bir daha sübut edir. İnam Məbədinin əziyyəti fiziki olaraq sənin üzərindədir, bu da sənin yerini bəlli eləyir. Qarşıdan gələn ilimiz xalqlaşma ilidir. Nə gözəl ki, sən onsuz da oturan adam deyildin, indi sənin evdə oturacağına səbəb verməyəcək bir kitab var əlində. Nə gözəl ki, sən hər getdiyin ünvanda bir “Günev” qoyub çıxacaqsan. Bu kitabla bağlı mən səni qutlayıram və öpürəm.
Soylu Atalı: Kitabda “İnamımız – xilasımız” yazısı var (haraylanan Ata sözü). Nə deməkdir bu? Biz buraxılış hazırlayırıq ki, onu topluma verək bilgilənsin. Bu kitabda da Atanın ideyalarının qısaca açılışı var. Atanın öz dilindən eşitdiklərini öz nəfəsinə çevirib deyir. Qıraqdan bir kimsə deməsin ki, Atanın dediyini öz adından yazıb. Ona görə yazının adını “harayladığım Ata sözü” yazmışam. Kitabın içi-çölü bitkin şəkildə düşünülüb, bu da Ocağın bir örnəyidir.
IMG_1443
Üstün Atalı: Dünən mən bura gələndə, tezliklə bu kitabı gözləmirdim. Gözlənilməz oldu. Mən Günevi tanıyandan həmişə onu fərəhli görmüşəm. Bilirəm ki, bu onun ömründən bir yarpaqdır. Gələcəkdə onun haqqında kitab yazılacaq. Sən özün canlı bir örnəksən, qardaş. Sevinirəm, bağrıma basıram həm səni, həm də Soylu qardaşımızı. Soylunun zəhməti olmasaydı, bu kitab başa gəlməyəcəkdi. Bacılarımı da qutlayıram. Yeni ilimizə bir uğur qatdınız. Davamlı olsun.
Türkel Atalı: Bir var Amalı, Ocağımızı Atadan öyrənək, Atadan öyrənəndə biz Amalı idraki yolnan öyrənirik. Amaldaşımızdan öyrənəndə həm Amalı, həm də amaldaşımızı öyrənirik. Hər ikisində ruhumuz həqiqətə qovuşur. Bizim burda hər birimizin söz deməyimiz sabaha qulluğu­muzdur. Sabaha qovuşdurur bizi. Kitab yazmaq isə bir addım da irəliyədir. Ocağımızı bu uğurla bağlı qutlayıram.
Ulunur Atalı: Biz çox kitablar görmüşük. Bu kitab o kitablardan üstündür. Yaşanan ruhani ömür izharıdır. Hər adama nəsib olmur. Səni qutlayıram.
Soylu Atalı: Mərasimin özəl bir hissəsini qardaşımızın kitabının qutlanmasına ayırdıq. Bu çox yaxşı məqamdır.
Asif Ata insanlaşma erasını elan elədi. Yeni günsıra başladı, həm də yeni ilsıra başladı.
Bu yeni sözün arxasınca xalqa daha çox söz deməliyik. Atanın nəfəsini daha çox çatdırmalıyıq. Bu istəklə ilimizi “Xalqlaşma İli” elan edirəm.
İndi ötən ilin əməl hesabatını dinləyək.
IMG_1307
Nürtəkin Atalı: 36-cı ilimiz Ocaq səfərləri və əməlləri ilə zəngindir:
6 Günəş Ayında Soylu Atalı İnamlı Atalı ilə birgə çoxsaylı gənclərlə görüşlər keçirmişdir. Qaradağ rayonu ərazisində (üç ünvanda) 70-ə qədər öyrəncilərdən və öyrətmənlərdən ibarət soydaşlarımıza Amal sorağı vermişdir. Görüşlərin sonunda görüş iştirakçılarına çoxsaylı ədəbiyyatlar da hədiyyə edilmişdir.
15 Günəş Ayında Soylu Atalı İnamlı Atalı ilə birlikdə Qaradağ rayon mərkəzində gənclərlə görüş keçirmişdir. 30-a yaxın öyrəncilərə Azərbaycanın mənəvi-ruhani dəyərləri haqqında bilgi verilmiş, Asif Atanın yaratdığı İnsanilik təliminin, ruhaniyyat sisteminin milli varlığımızın qurulması və qorunması baxımından önəmi izah edilmişdir. Gənclərə çoxsaylı Ocaq ədəbiyyatları pay verilmişdir. Soylu Atalı və İnamlı Atalı rayon mərkəzi kitabxanasında və rayon mədəniyyət evində də olmuş, bu ünvanlarda da Ocaq ədəbiyyatları hədiyyə etmişlər.
22 Günəş Ayında Günev Atalının evinə Qutsal Onluğun qəbul törəni keçirilmişdir. Bu törən xüsusidir. Ata irsinə, Bitiqlərinə münasibət müqəddəsliyidir. Bu mərasim də Ocaq qurallarına uyğun keçirilib, tədbirdə Ocaqçılarla birgə Ocaqdostları da iştirak edib, söz deyiblər.
24-25 İşıq (may) AyındaOcaq Yükümlüsü Soylu Atalı Güntay Atalı ilə birlikdə dəvətə görə “İncə günü – İncə gülü” saz-söz şöləninə qatılmışdır. Tədbirdə Soylu Atalı sazın türk ruhunu yaşamasındakı önəmli rolunu dinləyicilərə çatdırıb. Şölənə qatılan ayrı-ayrı insanlara da Ocaq ədəbiyyatları pay verilmişdir. Həmin tədbirdən bir gün öncə onlar Tovuz rayon mərkəzində olmuşlar. Həftənin 6-cı günü olduğuna görə məktəblərdə kütləvi görüşlər keçirmək baş tutmasa da, məktəbin öyrətmənləri ilə, eləcə də rayon mədəniyyət evinin müdiri ilə Asif Atanın işi, Amalı haqqında söhbətlər edilmişdir. Həm məktəbə, həm mədəniyyət evinə Ocaq ədəbiyyatları hədiyyə edilmiş və rayon mərkəzi kitab evinə kitablar və qəzet biçimində (özəl buraxılış) ədəbiyyatlar bağışlanmışdır…
Qürub Ayında Günev Atalının anasına yas mərasimi keçirilib.
Qürub Ayında Güntay Atalının evində Fikir Evi həyata keçmişdir. Güntay Atalının qohum və dostlarının iştirakı ilə keçən görüşdə Soylu Atalı Ata haqqında, Ata təlimi haqqında bilgi verib, dinləyicilərin suallarını cavablandırıb. Görüşdən sonra onlara ədəbiyyatlar bağışlanıb.
24 Ata Ayı, 36-il tarixində (sentyabr) Bakının kitab evlərinin birində Soylu Atalının görüşü keçirilmişdir. Üstün Atalının təşəbbüsü və təşkilatçılığı sayəsində “Kitab Evi”nin işçiləri ilə keçən görüşdə Asif Atanın ömrü, ideyaları deyilmiş, Azərbaycan haqqında Onun yaratdığı Dəyər Sistemi izhar edilmişdir. Soylu Atalı görüş iştirakçılarının suallarını cavablandırmış və onlara Ocaq ədəbiyyatları verilmişdir.
Od-Qürub Aylarında (iyul, avqust) Üstün Atalının Siyəzən, Şabran, Saatlı, İmişli, Gədəbəy, Sabirabad, Oğuz, Qax, Şəki bölgələrinə – ümumilikdə 9 bölgəyə səfərləri olub. Bu səfərlər zamanı kitab evlərində, mədəniyyət evlərində, gənclik mərkəzlərində olub, ayrı-ayrı fərdlərlə söhbətlər aparıb, ədəbiyyatlar bağışlayıb. Hər gediş döyüşdür, əməkdir və maddi xərcdir həm də. Üstünün o günlərdə ruhani əhvalı çox yüksək idi. Hər səfərindən sonra zəng eləyəndə səsindəki fərəhi hiss eləmək olurdu. Davamlı olmasını diləyirik.
6 Yağış Ayında (noyabr) Bakıda İnamlı Atalının təşkilatçılığı ilə Soylu Atalının görüşü keçirilmişdir. 20 Yağış Ayında Bakıxanov qəsəbəsində Güntay və İnamlı Atalıların təşkilatçılığı ilə Ocaq Yükümlüsünün görüşü keçirilmişdir. Güntay Atalının görüş cəhdləri olub, getdiyi yerlərdə uğurlu söhbətlər edib.
7 Qar (yanvar) Ayında Soylu Atalı Göylü Atalının təşkilatçılığıyla Bakı oxullarının birində 80-ə yaxın öyrənci və öyrətmənlərlə görüş keçirmişdir. O, Azərbaycanın qədimliyi, bu günü və gələcəyi qonusunda ciddi fikirlər sərgiləmiş, eləcə də, Asif Ata Dünyabaxışının ideyaları ilə bağlı dinləyicilərə bilgi vermişdir. Sonda görüş iştirakçılarına çoxsaylı Ocaq ədəbiyyatları bağışlandı. Ocağın iç quralları haqqında bilgi verildi. Ocaq-türk abesi, milli Günsıra vizitləri paylanıldı.
16 Qar Ayında Soylu Atalı Amaldaşları Göylü və İnamlı Atalılarla, eləcə də Ocaqsevər İlham Mustafa ilə Sabirabad rayonuna ruhani səfər etmiş, beş ünvanda üst-üstə yüz qırx nəfərə qədər insanlarla görüş keçirmişdir. Bu görüşləri İnamlı Atalı təşkil etmiş, Göylü Atalı görüşün gedişini lentə almışdır. İlham bəy öz avtomobili ilə Ocaqçıları görüş ünvanlarına çatdıraraq işin uğurla başa çatmasını təmin etmişdir. Hər bir görüşdə gənclərə çoxsaylı Ocaq ədəbiyyatları da bağışlanmışdır.
12 Köçəri (fevral) Ayında Soylu Atalı İnamlı Atalının təşkilatçılığı ilə Bakıda Gimnaziya öyrənciləri və öyrətmənləri ilə görüş keçirmişdir. 40-dan çox öyrənci və öyrətmənlərlə görüşdən sonra öyrətmənlər söhbətdən məmnun qalmış, yenidən bir araya gəlməyi və bu cür söhbətləri davam etməyii diləmişlər. Onlara çoxlu sayda Ocaq ədəbiyyatları da bağışlanmışdır.
19 Köçəri Ayında Sabirabad bölgəsinə səfərdə Soylu Atalı yenidən çoxsaylı gənclərlə görüş keçirmişdir. Görüşü Ocağın Evladı İnamlı Atalı təşkil etmişdir. Onlardan başqa bu görüşə Göylü Atalı və Ocaqdostu İlham Mustafa da qatılmışdır. Səfər millətsevər aydın İlham Axundun fədakarlığı sayəsində gerçəkləşdi. O, özünün şəxsi avtomobili ilə Ocaqçıları bölgəyə apararaq görüşün baş tutmasına yardımçı olub.Görüşdə gənclərə və öyrətmənlərə Ocaq ədəbiyyatları bağışlandı.
Bu səfərlərin İlham Mustafa və İlham Axundun öz avtomobili ilə Ocaq səfərlərinə yarıması da təsadüfi deyil. Ocaq Yükümlüsünün onlarla ardıcıl söhbətləri, doğmalaşması onları da Ocağa, Ocaq ideyalarına doğmalaşdırıb. Eləcə də İlqar Türkoğlunun Ata Bitiyinin basılmasında maddi köməyi, Atagün Elinə onun avtomobilində səfər – Ocaq Yükümlüsünün quruculuq əməllərindəndir.
Soylu Atalının çoxsaylı fərdi görüşləri olub. İstər İnam Evində, istərsə də öz evində Ocaqla maraqlanan yeni insanlarla söhbət edib.
Günev qardaşımızın Beyləqan rayonundakı fəaliyyəti də gündən-günə genişlənir. Ağcabədi, İmişli bölgələrində Elana bacımızla birgə görüşlər keçirir. Yas məclislərində, ayrı-ayrı fərdlərlə ardıcıl söhbətlər aparır. Atanın çap olunmuş kitablarını rayonların kitab evlərinə təqdim edir, söz deyir. Ata sorağının Beyləqanda və yaxın bölgələrdə yayılması bu səfərlərlə daha da artıb.
15 Köçəri Ayında Ulusəs Atalının bacısı Elmira xanıma “Yas Mərasimi” keçirildi. Ocaq Evladları və Ocaq dostları ilə keçirilən mərasim Asif Ata qurallarına uyğun keçirildi. Xalqda oturuşmuş yad ənənələrə qarşı atdığımız addımlar mütləq öz bəhrəsini verəcəkdir. Məsələn, mən özümdən götürürəm. Mənim anama cəmiyyət qaydasıyla keçirilən mərasimdə ruhum nə qədər dağılırdısa, Ocaqçıların və Ocaqdostlarının keçirdiyi “Yas Mərasimi”ndə ruhum toparlandı, sabitləşdi. Zaman-zaman bizim bu cür yas Mərasimlərimizdə iştirak edən insanlar özləri xahiş edəcək ki, gəl mənim evimi, ölümü də urvatlandır, sözlə, halla, milli qurallarla.
Eyni zamanda bu ilimizdə iki “Beşikbaşı Mərasimi” də keçirilmişdir. Cəmiyyət qaydası ilə paralel keçirilsə də, bu mərasimlər öz sözünü deyir, insanlarda maraq oyadır. İşıq Ayında (mayda) və Xəzan (oktyabr) Ayında biz 2 Beşikbaşı Mərasimi keçirdik. Bizim tədbirlərə qatılan Əlisəfa bəyin qohumu Nuşirəvan bəy və Aysel xanıma, Xəzan Ayında Sevda xanım və Birhan bəyə “Beşikbaşı Mərasimi” keçirildi. Evlənənlərə biz Beşikbaşı quralına uyğun olaraq beşik bağışladıq. Ocaq Yüklümlüsü Ailə nədir, mahiyyəti nədir qonusunda qutlama sözü dedi, Evlənənlərə ruhani sənəd yazdı və təqdim etdi. Asif Atanın “Mütləqə İnam” Bitiyini həm latın abesində, həm də Ocaq-Türk abesində evlənənlərə bağışladı. Evlənənlər “Sədaqət Andı” içdilər. Bu tədbirlər də kitablaşdı, yayımlandı, işıqlandı.
Beşikbaşı mərasimində yalnız söz demək, kitab təqdim eləməyin arxasında həm də maddi zəhmət var. Belə ki, evlənənlərə beşik alınması, Ata kitablarının Göylü tərəfindən hazırlanması Ocaq əməlinin həyata keçməsində birbaşa rol




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:06 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü”ndə deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü”ndə deyilmiş fikirlər Ocaq Günsırası ilə 25 Köçəri Ayı, 36-cı ildə “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” mərasimi keçirildi. “Ailə Günü” “Ata Ruhuna pənah gətirmişik!” səcdəsi ilə başladı. Nurtəkin Atalı “Təbiət­dəki
17:36 Günev Atalının “İnamlı İllərimin Harayı” kitabı çapdan çıxdı Ürəyinizdə Günəş olsun! Bu günlərdə Asif Ata Ocağının Evladı Günev Atalının “İnamlı İllərimin Harayı” kitabı çapdan çıxdı. Kitab bir yaşamın Əqidəyə bağlı ayrı-ayrı aşamalarını izhar edir. Kitab 500 sayda “Elm və Təhsil” nəşriyyatında basılmışdır. Yaxın günlərdə kitab evlərində və satış
16:16 İnsanlığın Yeni İli qutlu olsun! Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Sabah, 1 Günəş Ayı Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağında Günsıra (təqvim) dəyişir – Yeni İl başlayır. Ocaq İlsırasının (tarixinin) 37-ci ili girir. Günsıranın bu günü Ocaqda “Yeni İl Törəni” keçirilir. Bu gün həm də Türkə-Türklüyə, bütövlükdə
22:23 Asif Ata Ocağı bölgədə gənclərlə yeni görüş keçirib Ürəyinizdə günəş olsun, sayğılı yurddaşlarımız! Bildirdiyimiz kimi, Asif Ata Ocağının ideya quruculuğu və yayıcılığı işi bir neçə yöndə inkişaf etdirilir. Bu yönlərdən ən əsas yeri Ocaq tədbirlərində “Özüylədöyüş” ideyasına əməl olunması və Ocaqçının mənəvi, idraki kamilliyinin yüksəldilməsi tutur.
16:10 Ulusəs Atalının bacısı Elmira xanıma keçirilən “Yas Mərasimi”ndə deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ulusəs Atalının bacısı Elmira xanıma keçirilən “Yas Mərasimi”ndə deyilmiş fikirlər Ocaq Günsırası ilə 15 Köçəri Ayı, 36-cı ildə Asif Atanın Mütləqə İnam Ocağının Evladları, Ocaqdostları və Ulusəs Atalının qohumları onun cismani bacısı Elmira xanıma“Yas

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az