8 ildən sonra ilk: Ərdoğan bu gün CHP liderini qəbul edəcək - Nələr müzakirə olunacaq?
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan bu gün CHP sədri Özgür Özəli qəbul edəcək. Mediaxeberleri.Az xəbər verir ki, 31 mart yerli seçkilərindən sonra ilk təkbətək görüş AK Partiya ümumi qərargahında baş tutacaq. Görüşdə yeni konstitusiya araşdırmaları ilə bağlı son vəziyyətin müzakirə ediləcəyi gözlənilir. Həmçinin yeni konstitusiya işlərinə əlavə olaraq iqtisadiyyat, iş həyatında baş verənlər və Qəzzada olan qırğınların müzakirə ediləcəyi bildirilir. Daimi sülhə nail olmaq üçün atılan addımların da qiymətləndiriləcəyi gözlənilir. Görüşdə Özgür Özelin Fələstinlə bağlı liderlərə yazdığı məktub və yaxın günlərdə Fələstinə səfəri barədə danışacılacaq.
Oxunub: 386
Xəbəri paylaş
Paylaş: