Media Xəbərləri > Çap üçün versiya > Erməni mətbuatı: “Ölkə tezliklə ən ağır vəziyyətə düşəcək...”

Erməni mətbuatı: “Ölkə tezliklə ən ağır vəziyyətə düşəcək...”

Erməni mətbuatı: “Ölkə tezliklə ən ağır vəziyyətə düşəcək...”Rusiyadakı məlum vəziyyətlə bağlı ən böyük zərbə alan ölkələrdən biri də Ermənistandır. Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan Mərkəzi Bankının son göstəricilərinə görə, yanvar ayı üçün xaricdən göndərilən pul kütləsi 28 milyon 23 min dollar təşkil edib ki, bu da ötən illə müqayisədə transfertlərin 60% azalması deməkdir.

Belə ki, keçən ilin yanvarında bu rəqəm 68 milyon 284 min dollar təşkil edib. Erməni qaynaqları yazır ki, bu, 2008-ci ildən bu yana ən aşağı rəqəmdir.

Bəllidir ki, transfertlərin 90%-i Rusiyanın payına düşür. Erməni iqtisadçı ekspertlərin fikrincə, transfertlərdə ötən ilin oktyabrından özünü büruzə verən bu enmə davam edərsə, Ermənistan ən ağır vəziyyətə düşəcək.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=936

© 2014 www.mediaxeberleri.com