Media Xəbərləri > Çap üçün versiya > Dünya çempionatı: Azərbaycanın daha bir güləşçisi bürünc medal qazanıb

Dünya çempionatı: Azərbaycanın daha bir güləşçisi bürünc medal qazanıb

Dünya çempionatı: Azərbaycanın daha bir güləşçisi bürünc medal qazanıb
Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov Norveçin paytaxtı Osloda dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb. "Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı Belarus təmsilçisi Maksim Kajarski ilə üz-üzə gəlib.

Rəqibinə 0:2 hesabı ilə qalib gələn Məmmədov bürünc medala sahib çıxıb.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Qadın güləşçilər yarışı medalsız bitirib. Yunan-Roma güləşçilərindən isə Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) isə bürünc medal əldə edib.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=64388

© 2014 www.mediaxeberleri.com