Media Xəbərləri > Çap üçün versiya > Çingiz "Eurovision" səhnəsində çıxış etdi

Çingiz "Eurovision" səhnəsində çıxış etdi

Çingiz "Eurovision" səhnəsində çıxış etdi
"Eurovision 2019" mahnı müsabiqəsinin II yarımfinalı keçirilir.

Mediaxeberleri.az
xəbər verir ki, yarışmada ölkəmizi müğənni Çingiz Mustafayev təmsil edib.

Səhnəyə qara libasla çıxan Çingiz 18-ci nömrə altında "Truth" mahnısını səsləndirib.

Qeyd edək ki, Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino və Sloveniya ilk yarımfinalda finala vəsiqə qazanan ölkələr olub.

Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, Almaniya və ev sahibi İsrail təmsilçiləri birbaşa finalda iştirak edəcəklər.

Yarışmanın finalı şənbə günü olacaq.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=32702

© 2014 www.mediaxeberleri.com