Ərəblərdən "Real"a və futbolçusuna fantastik təklif
"Real" əsas müdafiəçisinin transferi üçün fantastik təklif alıb. Mediaxeberleri.Az xəbər verir ki, Kriştiano Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu müdafiəçi Antonio Rüdiger üçün Madrid klubuna 100 milyon avro təklif edib. Bu barədə "Fichajes" məlumat yayıb. Ər-Riyad klubu Almaniya millisinin üzvünə də 4 il müddətinə 100 milyon avro maaş vəd edib. Qeyd edək ki, Rüdiger bu mövsüm "Real"ın heyətində 48 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.
 
 
 
Oxunub: 259
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 






















