Mediaxeberleri.az
    
  • Hansı balıqları yemək təhlükəlidir? - ARAŞDIRMA
    Hansı balıqları yemək təhlükəlidir? - ARAŞDIRMA
  • 
  • Bu içkidən qəfil imtina miqrenə səbəb ola bilər
    Bu içkidən qəfil imtina miqrenə səbəb ola bilər
  • 
  • “Yazırlar ki, Məhərrəmlikdə ad gününə getdin, başına pis iş gəldi”
    “Yazırlar ki, Məhərrəmlikdə ad gününə getdin, başına pis iş gəldi”
  • 
  • Xalq Şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib
    Xalq Şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib
  • 
  • Ağstafaya dolu düşdü - Foto
    Ağstafaya dolu düşdü - Foto
  • 
  • Qurban Qurbanov gedənlər və gələnlər haqda danışdı - MÜSAHİBƏ
    Qurban Qurbanov gedənlər və gələnlər haqda danışdı - MÜSAHİBƏ
  • 
  • Xətaidə konsert proqramı... - Foto
    Xətaidə konsert proqramı... - Foto
  • 
  • PREZİDENTDƏN YÜKSƏK VƏZİFƏYƏ TƏYİNAT - Hüseyn Əliyev kimdir?
    PREZİDENTDƏN YÜKSƏK VƏZİFƏYƏ TƏYİNAT - Hüseyn Əliyev kimdir?
  • 
  • Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib+FOTOLAR
    Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib+FOTOLAR
  • 
  • Qızıl kəskin ucuzlaşdı
    Qızıl kəskin ucuzlaşdı
  • 
  • Mühüm konfrans: Bakı Bəyannaməsi qəbul edildi
    Mühüm konfrans: Bakı Bəyannaməsi qəbul edildi
  • 
  • Nəriman Həsənzadənin son durumu...
    Nəriman Həsənzadənin son durumu...
  • 
  • "RUSİYADA NİFRƏTİN YENİ HƏDƏFİ MİQRANTLAR OLACAQ...” – “Soydaşlarımızın kütləvi şəkildə Azərbaycana qayıtması qaçılmaz ola bilər”
    "RUSİYADA NİFRƏTİN YENİ HƏDƏFİ MİQRANTLAR OLACAQ...” – “Soydaşlarımızın kütləvi şəkildə Azərbaycana qayıtması qaçılmaz ola bilər”
  • 
  • Səməd Vurğunun pianoçu nəticəsi: Stalin haqqında ən gözəl şeiri Mikayıl Müşfiq yazıb - MÜSAHİBƏ
    Səməd Vurğunun pianoçu nəticəsi: Stalin haqqında ən gözəl şeiri Mikayıl Müşfiq yazıb - MÜSAHİBƏ
  • 
  • MB qaydaları dəyişdi: onlayn kredit belə veriləcək
    MB qaydaları dəyişdi: onlayn kredit belə veriləcək
  • 
  • Nəriman Həsənzadənin sağlamlıq vəziyyəti ilə bağlı xəbər var
    Nəriman Həsənzadənin sağlamlıq vəziyyəti ilə bağlı xəbər var
  • 
  • Fransanın bu cavablarını qətiyyətlə rədd edirik - XİN
    Fransanın bu cavablarını qətiyyətlə rədd edirik - XİN
  • 
  • DÇ-2026-da pley-off mərhələsi: Daha üç 1/8 finalçı məlum olacaq
    DÇ-2026-da pley-off mərhələsi: Daha üç 1/8 finalçı məlum olacaq
  • 
  • Almaniya dünya çempionatı ilə vidalaşdı - DÇ-2026-da sensasiya
    Almaniya dünya çempionatı ilə vidalaşdı - DÇ-2026-da sensasiya
  • 
  • "İşə düzəltmə" adı ilə dələduzluq - Odlar Yurdu Universitetinin də adı hallanır
    "İşə düzəltmə" adı ilə dələduzluq - Odlar Yurdu Universitetinin də adı hallanır
  • 
  • Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək
    Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək

Son xəbərlər :
  • Xroniki stress bağırsaqlara necə təsir edir? - Bu əlamətlərə diqqət
  • Mənzilini müqaviləsiz kirayə verənlərin diqqətinə: Hansı risklər var?
  • Tranzit daşımaları üçün zəruri olan iki mühüm şərt...
  • m10 ilə 140-dan çox ölkəyə anında beynəlxalq pul köçürmələri...
  • Argentina DÇ-2026-nn finalında
  • Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı addım - "Təcili" statusu əlavə edildi
  • Lətifə belə dincəlir
  • İcra başçısı onu özünə müavin təyin etdi
  • Samuxda halvadan zəhərlənənlərin vəziyyəti orta ağırdır - TƏBİB
  • Yanlış hesaba köçürülən pulu necə geri almaq olar? – Hüquqşünas AÇIQLADI
  • “Erməni soyqırımı”: 32 aylıq məhkəmə və 1921-ci il qərarı
  • DÇ finalında fasilə 25 dəqiqə olacaq - Səbəb
  • Samuxda kütləvi zəhərlənmə...
  • Məhbus sayına görə ölkələrin reytinqi: Azərbaycan neçəncidir?
  • Rusiya XİN: Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək
  • Ukrayna 116 gəmi vurdu - Rusiya ixracı iflic oldu
  • Hava xəbərdarlığı: intensiv yağış, dolu...
  • Tovuzda arvadını döyməkdə şübhəli bilinən şəxs tutuldu
  • Prezident 1 sərəncam, 4 fərman imzaladı
  • İspaniyanı finala aparan qələbə - Video
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Bakıda gənc oğlan gecə əmisini öldürdü: “Dedi, sənin anan...”

  • Tarix: 15-09-2023, 07:27

Bakının Xəzər rayonunda 1989-cu il təvəllüdlü Şahin əmisi Valehi qətlə yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, qətl hadisəsi 29 sentyabr 2022-ci ildə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Şahin yaşadığı evin yaxınlığında əmisi Valehlə mübahisə edib. Mübahisə zamanı Şahin bıçaqla onun bədən nahiyəsinə zərbə vurub. Valeh aldığı xəsarətdən vəfat edib. İstintaq orqanı tərəfindən Şahinin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şahin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Valeh əmisidir, əmisi ilə heç bir ədavəti olmayıb: “Əmim içki aludəçisi olduğu üçün həmişə məni, valideynlərimi yersiz təhqir edirdi. Hadisə günü də, yəni sentyabrın 29-da gecə evdə idim. Əmim həyətimizə gəlib, nalayiq ifadələr işlətdi. Buna görə aramızda münaqişə yarandı. Münaqişə zamanı üzərimdə bıçaq yox idi. Əmim bıçaqla üzərimə gəldi və mənə zərbə vurmaq istəyəndə həmin bıçağı onun əlindən aldım. Bıçağı yerə atmaq istəyəndə əmimin qarın nahiyəsinə dəydi. Əmimi qəsdən öldürmək niyyətim olmayıb.

Polis bölməsində izahatımda da eyni şeyləri demişəm. Əmim məni təhqir etdiyinə görə belə hadisə yaşandı. O, atamı söydü. Əvvəllər də bizə içkili vəziyyətdə gəlib. Ona həyətimizə içkili vəziyyətdə gəlməməyi tapşırmışdım. Həyətdə məndən başqa qardaşlarım və ailəsi də yaşayır”. Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü qardaşları həyətdə olmayıblar: “Qardaşlarım da əvvəllər əmimə həyətə içkili gəlməsinəı irad bildiriblər”. Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadəsi ilə hazırkı ifadəsi arasında ziddiyyətlər yaranıb. Bu səbəbdən hakim heyəti ibtidai istintaqa verilən ifadəni açıqlayıb. “Əmim tək yaşayırdı” İfadədə deyilir ki, Şahin əmisi Valehi qəsdən öldürmək istəməyib, ona yalnız xəsarət yetirmək fikri olub. Deyib ki, 2013-cü ildə rəsmi nikaha daxil olaraq evlənib və bu nikahdan 3 qızı, bir oğlu var: “Biz Buzovna qəsəbəsində ata həyətində qalırıq. Həyətdə 3 ev var. Evlərdən birində böyük qardaşım Ağahüseyn ailəsi ilə, o biri evdə anam subay qardaşım Cavanşirlə, o biri evdə isə biz qalırıq. Ağahüseyn həyat yoldaşı Aygün və birgə nikahdan olan övladları 3 yaşlı Lətiflə birlikdə yaşayır. Atam Bahadur 2016-cı ildə xəstəlikdən vəfat edib. Mənim 4 əmim var. Böyük əmim Manaf ailəsi ilə bizimlə qonşuluqda, o biri əmim Vahab ailəsi ilə “Albalılıq” yaşayış massivində, digər əmim Saleh ailəsi ilə evimizin yaxınlığında yaşayır. Salehgillə evimizin arasında məsafə təxminən 5-10 dəqiqəlik yoldur. Mərhum əmim Valeh isə Salehgilin həyətində, başqa evdə tək yaşayırdı. Bundan başqa, beş bibim var, onlar da Buzovna və Maştağa qəsəbələrində yaşayırlar. Əmim Valeh əvvəllər Xədicə adlı qadınla evli olub. Həmin nikahdan Cəmalə adlı qızı var. Sonra nikahları pozulub və arvadından ayrılıb”. “İçki aludəçisi idi” Təqsirləndirilən şəxsin ifadəsinə görə, daha sonra Valeh Zümrüd adlı qadınla qeyri-rəsmi ər-arvad kimi yaşayıb, bu nikahdan Ayşən və Taleh adlı övladları doğulub:

“Valeh Zümrüddən də ayrıldı. Çünki spirtli içki aludəçisi idi, tüfeyli həyat tərzi keçirirdi. Eşitdiyimə görə, narkotik maddələrdən də istifadə edirdi. Valehlə aramızda hər hansı bir düşmənçilik və ədavət olmayıb. Amma son zamanlar həyətdən bəzi əşyaların oğurlandığını hiss edirdim. Əşyaları götürənin əmim olduğunu bildiyim üçün bu barədə polisə şikayət etmirdim. Valehin götürdüyü ev əşyalarının qiyməti baha deyildi, yəni qaz balonu, qazan, tava, çaynik və bu kimi əşyalar idi. Buna görə Valehə iradlarımı bildirmişəm. O isə həyətimizdən və evdən əşya götürdüyünü inkar edirdi”. “Həmişə yola verməyə çalışmışam” Şahin deyib ki, son zamanlar Valeh sərxoş vəziyyətdə yaşadığı evə gəlir, onun, rəhmətlik atasının və ailəsinin ünvanına dilə gətirilə bilməyəcək ifadələrlə söyüşlər söyürmüş: “Heç vaxt əmimin təhqirlərinə qarşılıq verməmişəm. Bir böyük kimi onu yola verməyə çalışmışam. Amma bu hal, yəni Valehin şərəf və ləyaqətimi səbəbsiz söyüb təhqir etməsi daimi xarakter almışdı. Atam sağ olanda ondan qorxaraq çəkinirdi, həmin vaxtlar bizimlə işi yox idi. Valeh ayıq vaxtlarında deyirdi ki, sərxoş olanda nə etdiyinin fərqində olmur. Cavabında deyirdim ki, əmi, sən onsuz da həmişə sərxoş olursan, məni həmişə təhqir etməlisən?..” “Başa düşdüm ki, əmim götürüb” Təqsirləndirilən şəxs deyib ki, sonuncu dəfə həyətindən çarpayı torunun götürüldüyünü hiss edib: “Çarpayının o qədər maddi dəyəri olmasa da, həyətdə istifadə edirdik. Bildim ki, həmin toru da əmim götürüb. Lakin ona bir söz demədim. Valeh narkoloji dispanserdə stasionar müalicə almamışdan öncə, təxminən 2022-ci ilin avqustunda əmimgilin evinə gedəndə ev əşyalarımızı onlarda gördüm. Valehin özündən xəbərsiz əşyaları, yəni tava, qazan, çaynik və çarpayı torunu götürərək evimə gətirdim. Sentyabrın 28-də axşam təxminən saat 23 radələrində Valeh sərxoş halda bizə gəldi. Arvadım və uşaqlarım yatmışdılar. Məndən siqaret istədi, verdim. Dedi ki, “sən artıq … edirsən, girib evimdən qazan-çaynik götürürsən, mən səni vuracağam, gədə”.

Əmimə söyüşlə danışmamağı bildirdim, dedim ki, əmi, mən də kasıbçılıqla dolanan adamam, sən mənim həyətimdə olan-qalanım nə varsa, götürürsən, əlacsız qalıram, narkolojidən təzə çıxıb gəlmisən, yenə başlamısan spirtli içki içməyə, belə hərəkətlər eləmə. Kənddə hamı səndən danışır ki, Valeh içib tüfeyli həyat tərzi keçirir. Valeh yenə adəti üzrə məni və ailəmi təhqir etməyə başladı. Məni yenə öldürəcəyi ilə hədələdi və dedi ki, əşyaları oğurlamaq üçün götürməmişəm, istifadə edib qaytaracaqdım. Ünvanıma nalayiq ifadələr işlətməyə davam etdi. Ona dedim ki, indi sərxoşsan, get, sabah ayıq olanda danışarıq. Bu minvalla Valehi yola saldım”. “Anamı təhqir etdi” Şahin deyib ki, Valeh sentyabrın 28-dən 29-na keçən gecə, təxminən saat 12 radələrində yenidən onların evinə gəlib: “Yenə məni söyüb təhqir etməyə başladı. Onu sakitləşdirərək evinə tərəf yola salmağa çalışdım. Yarıyolda Valeh mənə - “gedək mənim evimə, gör səni…”, - deyə bildirdi. Ölmüş atamın qəbrini söydü, anamı təhqir etdi. Valehi yarıyolda qoyaraq evə qayıtdım. Təxminən 6 ildir belə davam edir, bu dəfə Valehin təhqirlərinə dözə bilmədim. Onu qorxutmaq məqsədilə evdən bıçaq götürüb yanına qayıtdım. Saat 2 radələri idi. Əmim məni görəndə dedi ki, bura gəl, küçük. Ağlayaraq dedim ki, əmi, həmişə sənə böyük kimi hörmət etmişəm, neçə illərdir, məni təhqir etməyinə baxmayaraq, sənə bir dəfə də cavab qaytarmamışam, əl qaldırmamışam. Amma sən isə mənim atamın qəbrini söydün. Buna görə məndən üzr istə. Əmim - “səndən üzr istəməyəcəyəm...”, - deyib yenə söydü. Anam haqqında pis sözlər söylədi. Bundan sonra bütün əsəblərim korlandı. Bir anlıq dünya başıma fırlandı. Valehi qorxutmaq və yüngül cəzalandırmaq üçün evdən götürdüyüm və şalvarımın sağ yan cibinə qoyduğum bıçağı çıxardım, Valehin təxminən qarın nahiyəsindən bir zərbə vurdum. Zərbəni vurduqdan sonra Valehə dedim ki, “bu, səni cəzalandırmaq üçündür, bir də atamın goruna söysən, məni təhqir etsən, səni öldürərəm”.

Bundan sonra evə qayıtdım. Əlimdəki bıçağı küçədə haraya tullamağım dəqiq yadımda qalmayıb”. “Bildirdim ki, öldürməmişəm” Şahinin ifadəsinə görə, bundan sonra əmisi Salehə zəng edib və əmisi Valehi bıçaqladığını bildirib: “Saleh sual verdi ki, Valehi öldürmüsən? Cavab verdim ki, “yox, öldürməmişəm, qarın nahiyəsindən vurmuşam ki, onu cəzalandırım”. Əmimə vurduğum yeri dedim, mənim də oraya gəlməyimi istədi. Amma mən evdə gözlədim, son dəfə evdəkilərə baxmaq istədim. Səhərə kimi evdəkilər yata-yata onlara baxdım və yatmadım. Dedim, səhər açılan kimi polisə təslim olmağa gedəcəyəm. Gecə əmim Saleh mənə zəng vurdu və dedi ki, “Valeh ölüb”. Valehin ölümünə peşman oldum. Səhər açılan kimi polislər özləri evə gəldilər. Mən törətdiyim cinayəti polislərə etiraf etdim”. Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Şahin 10 il müddətinə azadlıqdan məhrum edilib. 


Oxunub: 404
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 16:30 | Xroniki stress bağırsaqlara necə təsir edir? - Bu əlamətlərə diqqət
    Dünən, 16:28 | Mənzilini müqaviləsiz kirayə verənlərin diqqətinə: Hansı risklər var?
    Dünən, 16:19 | Tranzit daşımaları üçün zəruri olan iki mühüm şərt...
    Dünən, 16:17 | m10 ilə 140-dan çox ölkəyə anında beynəlxalq pul köçürmələri...
    Dünən, 01:03 | Argentina DÇ-2026-nn finalında
    15-07-2026, 18:53 | Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı addım - "Təcili" statusu əlavə edildi
    15-07-2026, 18:38 | Lətifə belə dincəlir
    15-07-2026, 18:36 | İcra başçısı onu özünə müavin təyin etdi
    15-07-2026, 18:24 | Samuxda halvadan zəhərlənənlərin vəziyyəti orta ağırdır - TƏBİB
    15-07-2026, 17:55 | Yanlış hesaba köçürülən pulu necə geri almaq olar? – Hüquqşünas AÇIQLADI
    15-07-2026, 17:47 | “Erməni soyqırımı”: 32 aylıq məhkəmə və 1921-ci il qərarı
    15-07-2026, 17:43 | DÇ finalında fasilə 25 dəqiqə olacaq - Səbəb
    15-07-2026, 17:38 | Samuxda kütləvi zəhərlənmə...
    15-07-2026, 17:34 | Məhbus sayına görə ölkələrin reytinqi: Azərbaycan neçəncidir?
    15-07-2026, 17:31 | Rusiya XİN: Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək
    15-07-2026, 16:32 | Ukrayna 116 gəmi vurdu - Rusiya ixracı iflic oldu
    15-07-2026, 16:31 | Hava xəbərdarlığı: intensiv yağış, dolu...
    15-07-2026, 16:28 | Tovuzda arvadını döyməkdə şübhəli bilinən şəxs tutuldu
    15-07-2026, 16:26 | Prezident 1 sərəncam, 4 fərman imzaladı
    15-07-2026, 10:17 | İspaniyanı finala aparan qələbə - Video
    15-07-2026, 10:14 | Azərbaycan XİN Türkiyəni Demokratiya və Milli Birlik Günü münasibətilə təbrik edib
    15-07-2026, 10:12 | Əkrəm Həsənov: “İstehsal Azərbaycanda aşağı səviyyədədir, çünki sahibkarlıq üçün normal investisiya şəraiti yoxdur”
    15-07-2026, 10:10 | Neft bahalaşdı
    15-07-2026, 08:54 | ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yaydı - YENİLƏNDİ
    15-07-2026, 08:25 | Gündə nə qədər şokolad yemək olar?
    15-07-2026, 08:23 | ABŞ İrana qarşı növbəti zərbələr seriyasına başlayıb - ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yaydı
    15-07-2026, 08:21 | Astroloqdan iddia: Bu tarixdə Putin hakimiyyəti sona çatacaq
    15-07-2026, 08:19 | Azərbaycanlıların da olduğu vurulan gəmidən görüntülər - Video
    14-07-2026, 15:41 | Ağdərədə qəzada ər-arvad həyatını itirdi
    14-07-2026, 15:36 | Kərəcdə məhbuslar aclıq aksiyası keçirirlər
    14-07-2026, 15:33 | Abşeronda mühüm tədbir keçirildi - Foto
    14-07-2026, 15:24 | Sabah Bakıda güclü külək əsəcək - Xəbərdarlıq
    13-07-2026, 11:22 | Bakıda I sinfə qəbul üçün 37 mindən çox müraciət qeydə alınıb
    13-07-2026, 11:20 | Tarixi abidələrlə bağlı YENİ QƏRAR imzalandı
    13-07-2026, 11:18 | Gömrük Məcəlləsində dəyişiklik - Qeyri-qida istehlak mallarıyla əlaqədar idxal nəzarət mexanizmi yaradılacaq
    13-07-2026, 10:26 | Azərbaycan Prezidenti: Avropa Komissiyası ilə münasibətlərdən çox razıyıq
    13-07-2026, 10:24 | Pensiya alanlara ŞAD XƏBƏR
    13-07-2026, 10:20 | Bakıda baş verən yanğında 3 nəfər zəhərləndi
    13-07-2026, 10:18 | AZAL "Great Place to Work" sertifikatı ilə təltif olundu
    12-07-2026, 23:05 | Tovuz döyüşləri: 6 il əvvəl baş verənlər - VİDEO
    12-07-2026, 22:46 | IV Şuşa Qlobal Media Forumu iştirakçıları Qarabağ küçəsi ilə tanış olublar
    12-07-2026, 22:02 | Magistral boru partladı, 6 kənd susuz qaldı
    12-07-2026, 21:29 | Krımda dəhşət yaşanır - benzinin litri...
    12-07-2026, 21:21 | 38 yaşlı qadını elektrik cərəyanı vuraraq öldürdü
    12-07-2026, 21:19 | İran ABŞ-a məxsus qanadlı raketi vurdu
    12-07-2026, 21:16 | Çexiyada faciə: Motoyarış zamanı iki idmançı öldü
    12-07-2026, 21:14 | Müşfiqabadda açıq sahədə yanğın baş verdi
    12-07-2026, 21:12 | İranın cənubunda partlayışlar baş verdi
    12-07-2026, 21:08 | İranın zərbələri - Küveyt rəsmi açıqlama yaydı
    12-07-2026, 21:06 | İranın zərbələri - Küveyt rəsmi açıqlama yaydı
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.