Mediaxeberleri.az
    
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video

Son xəbərlər :
  • Sabirabadda bir ildir uçan körpünün yerində yenisi tikilmir - Video
  • Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
  • İmişlidə qəzada ölən və xəsarət alan sərnişin ər-arvad imiş - YENİLƏNİB
  • Şəkiyə yağan qar fəsadlara səbəb olub - FOTO
  • “Dostluq” ordeni ilə təltif edilən Dragan Vladisavljeviç kimdir?
  • Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
  • Babək Quliyev UEFA-dan təyinat alıb
  • Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayrağımız - FOTO
  • Prezidentin nümayəndəsi: Azərbaycan üçün su təhlükəsizliyi milli strateji prioritetdir
  • Bu il Azərbaycan millilərinə hansı əcnəbi idmançılar cəlb olunub?
  • Elnarə belə arıqlayır
  • Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb - FOTO
  • Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
  • Füzuli Rzaquliyev vəfat edib
  • Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb- FOTO
  • Özgür Özəl Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb
  • Mətanət Əliverdiyevanın sevinc göz yaşları - VİDEO
  • Ağac qaz borusunun üzərinə aşdı, avtomobil yararsız hala düşdü.
  • "Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz"
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Hindistanda anti-Azərbaycan kampaniyası: Kəmalüddövlənin atası, Elxanilər və moltanılar

  • Tarix: 26-03-2024, 13:15

II Qarabağ savaşından sonra yalnız Qərbdə və İranda deyil, bir zamanlar dost bildiyimiz Hindistanda da anti-Azərbaycan təbliğat ifrat dərəcədə artıb.

Sosial medianın hind seqmenti antimoğol, antimüsəlman kontentləri ilə doludur. 2022-ci ildə Twitter trendlərini təhlil edən “Getdaystrends” veb-saytı Hindistanda təxminən 1,97 milyon tvitdə müsəlmanları hədəfə alan #HindusUnderAttackIndia həştəqinin olduğunu bildirib. Moğollar üzərindən güclü islamofob və anti-Azərbaycan dezinformasiyanın artımı Hindistanda və xaricdə sağçı əfsanlərdən (narrativdən) qaynaqlanır.

Hindistan KİV-lərində artan antiislam, dolayısı olaraq anti-Azərbaycan təbliğatı “Citizens for Justice and Peace” (Ədalət və Sülh Uğrunda Vətəndaşlar - CJP) təşkilatı tərəfindən xüsusi araşıdırılıb. Guya islam fanatizmi səbəbindən Azərbaycandakı hindus məbədlərinin dağıdılması haqda iddialara cavab olaraq CJP-nin hazırladığı hesabatda (Moğollar hindus düşməni idimi?) bir neçə mif rədd edilir.

Xatırladaq ki, CJP Hindistan vətəndaşlarının azadlığını və konstitusiya hüquqlarını qorumağı qarşısına məqsəd qoymuş insan hüquqları hərəkatıdır.

Hesabatdakı təkziblərin bəzilərini yeni mif yaratmağa xidmət etdiyini qeyd etmək də lazım gəlir. Məsələn, Hindistandakı Baburi sülaləsinin (Böyük moğolların) sonradan hihduslaşması haqda iddia belələrdindəndir.

Beləliklə, hesabatda deyilir:

İddia №1: Moğollar quldur, qatil və hindus düşməni idilər.

Cavab: Moğol hökmdarları hər hansı digər hökmdarlar kimi idilər, sağçı trolların sübut etdiyi kimi, onların anti-hindus baxışları səbəbindən qəddarlıq etməsinə dair tarixi dəlillər yoxdur.

Moğol İmperiyası 16-cı əsrin əvvəllərindən 19-cu əsrin ortalarına qədər Hindistan yarımadasını idarə edən bir sülalə dövlətidir Moğol sülaləsi burada məskunlaşıb, öz mədəniyyətini özü ilə gətirib, yerli əhalini assimilyasiya edib, sonra özləri yerli xalqa qaynayıb-qarışıblar. Hindlilərin böyük bir hissəsi Moğol hakimiyyəti ilə əməkdaşlıq edir, öz ilkin inanclarına da sadiq qalırdı.

Xatırladılır ki, Moğol dövlətinin 1600-cü ildəki ümumi daxili məhsulu dünya iqtisadiyyatının təxminən 24,3% -ini təşkil edirdi və bu, o zaman üçün dünyada ikinci ən böyük iqtisadiyyat idi. Moğol İmperiyası Cənubi Asiyanın demək olar ki, 90 faizini əhatə edəcək qədər genişlənmiş və vahid gömrük və vergi idarəçiliyi sistemini tətbiq etmişdi.

Hind sənətkarlarının, fermerlərinin və fəhlə sinfinin böyük bir hissəsi yalnız Moğol dövründə deyil, həm də müsəlman olmayan digər hökmdarların hakimiyyəti altında yoxsulluq içində yaşayıb, amma ona görə yox ki, hökmdarlar ölkəni texniki və ya başqa şəkildə “çapıb talayıblar”, sadəcə, orta əsrlərdə başqa üsuli-idarə yox idi. Üstəlik, Moğol sülaləsi bölgənin tarixində, mədəniyyətində və memarlığında silinməz iz qoyub.

Amma bu günlər moğollara inadla “barbar”, “qəddar”, xüsusilə "antihindus" yarlıqları yapışdırılır. 2015-ci ilin noyabrında verdiyi müsahibədə tanınmış tarixçi D.N. Jha iddia edir ki, Moğol hökmdarları, o dövrdə dünyanın digər hökmdarları kimi, məbədləri dağıtsalar da, bu addım çağımızda şahidi olduğumuz dini təəssübdən deyildi. D.Jha qeyd edir ki, məşhur Somnath məbədinə basqın sırf dini deyil, məbədin topladığı külli miqdarda sərvət naminə olub.

Harbans Mukhiya adlı alim isə “The Wire of Mughal Samrat Akbar Aur Sanskrit (2012)” (müəllif- Pratik Kumar Mişra) kitabı üçün yazdığı resenziyada tarixin "Hinduizm- İslam çəkişməsi" kimi görünə bilməyəcəyinə işarə etdiyinə diqqət çəkir. Mişranın kitabında həmçinin deyilir ki, Moğol hökmdarı Əkbər bir çox panditə (hindus din xadimi-C.Q) sanskrit dilini öyrənmək üçün qrantlar verib. Şahcahan kimi Moğol padşahları isə sənəti himayə etməklə tanınırdılar.

Yəni Moğol İmperiyasının bütün hökmdarlarının hindusları məhv edən çılğın barbarlar olduğu haqda iddia sadəcə ağ yalandır.

İddia №2: Hindutva (hindus millətçiliyi) tərəfdarı “Kreately Media”-nın videosunda iddia olunur ki, moğollar Azərbaycanda Atəşgah adlı mühüm bir od məbədini dağıdıblar, bu zaman məbəddəki çoxəsrlik Qaneş heykəlini də uçurublar. Bu iddia digər millətçi-dinçi resurslarda da təkrarlanır.

Moğol padşahları Azərbaycanda?

Bu iddia bizə xüsusən əyləncəli gəldi. Çünki həm Hindistandakı anti-Azərbaycan kampaniyasının mahiyyətini anlamağa kömək edir, həm də orta əsrlər Azərbaycanı haqda bəzi mətləblərə aydınlıq gətirilməsinə vəsilə olacaq.

Əvvələn, hesabatda deyildiyi kimi, Azərbaycanı moğollar yox, monqollar (Elxanilər nəzərdə tutulur-red) idarə edib. Eyni sülalədən və türk olmalarına baxmayaraq, monqollar və moğollar fərqli idilər. İkincisi, sözügedən məbədin qalıqlarını moğollar deyil, 19-cu əsrdə qaz və neft axtaran sənayeçilər dağıdıblar (əslində tarixçilər Suraxanıda neftin sənaye üsulu ilə hasilatından sonra səmt qazının çıxması ilə Suraxanı məbədinin təbii təchizatdan məhrum olmasını da səbəb kimi göstərirlər-C.Q). “The Hindu” qəzeti də məbədin dağılmasını 19-cu əsrdə neft-qaz sənayesinin gur inkişafı ilə bağlı olduğunu təsdiqləyib.

”Deməli, buradan belə başa düşmək olar ki, sağçı trollar yanlış olaraq dini obyektlərin dağıdılmasını müsəlmanlara və ya indiki düşməni hesab etdikləri hər kəsə aid edirlər.” –deyə hesabatda vurğulanır.

Üçüncüsü, Atəşgah hindus yox, zərdüşti məbədidir, üzərində yunan və fars dillərində yazılar olub, Hindistanla əlaqələrinə dair qeydlər isə sanksrit və pəncabi dillərindədir.16-17-c əsrlərdə hind (daha dəqiqi yerli əhalinin “moltanı” dediyi pəncablı və qucaratlı) zəvvarlar da buranı ziyarət edib.

Dördüncüsü, Azərbaycanı idarə etmiş Hülaki xan (Elxanilər) dini dözümlülüyü ilə seçilirdi və müəyyən mənbələrə görə, müsəlman yox, buddist idi. Elxanilər dövründə Azərbaycanda zərdüşti məbədləri ilə yanaşı, xristian, xüsusən nestorian məbədləri bərpa edilir, yeniləri də inşa olunurdu. Qarabağ ərazisindəki bəzi xristian məbədlərinin də Elxanilər hakimiyyəti zamanı inşa edildiyi bəllidir.

Bununla belə, sağçı hinduslar arasında məbədin dağıdılması ittihamları yayğın olaraq qalır. Moğolları məbədləri məhv edənlər kimi qələmə vermək üçün tez-tez adı çəkilən bariz tarixi şəxsiyyət var - Övrəngzib (Aurangzeb). Onun Varanasidəki Kaşi Vişvanat məbədini dağıtması ilə bağlı çox danışılan hadisə şübhə doğurmur; yeganə qarışıqlıq odur ki, o, ekspansionist hərbi yürüşləri zamanı Gülkənd qalasındakı məscidi də dağıdıb. Yada salaq ki, Sultan Əbul Müzəffər Mühyiəddin Övrəngzib (Aləmgir) Mirzə Fətəli Axundzadənin Kəmalüddövlə məktublarının da personajıdır. Həmən əsərdə Axundzadə şahzadə Kəmalüddövlənin atası kimi verilən Övrəngzibi tənqid edirdi ki, vəhşi hindusları niyə İslama keçməyə təşviq etməyib.

Digər tarixi rəvayətlər Övrəngzibin irrasional hökmdar kimi təqdimatının yanlış olduğuna dair dəlillər təqdim edir. Şübhəsiz ki, Övrəngzib İslamın qızğın məzhəbçi davamçısı idi (o, qeyri-müsəlman əhalinin müəyyən hissəsindən cizyə vergisi alırdı), lakin o, hindus məbədlərə ianə verməklə də məşğul olurdu. “Scroll”un dərc etdiyi “Övrəngzib -insan və əfsanə” kitabında qeyd edilir ki, onun hakimiyyəti zamanı hindus məbədləri dövlətdən yardım alırdı. Müsəlman əsilli hindistanlı tarixçi İrfan Həbib sağ radikal hindusların yaratdığı miflərə aid bir nümunə verir - biz 2000 ildir müsəlmanların zülmü altındayıq. Halbuki İslamın bütün tarixi 1400 ildir, üstəlik 300 illik ingilis hakimiyyəti də nədənsə unudulub.

İddia edilir ki, Böyük Moğollar hindus məbədlərini dağıdıb qızılları müsəlman ölkələrinə göndəriblər.

CPJ qeyd edir ki, hindutva rəvayətləri keçmişə icmalararası ədavət tarixi kimi baxmağa davam edir. Qeyd edək ki, BJP (indiki baş nazir-hindus faşizminin çılğın tərəfdarı Narendra Damodardas Modinin partiyası) hakimiyyətə gəldikdən sonra NCERT (Milli Tədqiqat və Təlim Şurası) şagirdlər üçün tarix dərsliklərindən Moğollarla bağlı fəsillər çıxarılıb. NCERT dərsliklərdən 2002-ci ildə Qucarat qətliamından bəhs edən hissələri, eləcə də Mahatma Qandinin hindus radikallar tərəfindən öldürülməsi ilə bağlı hissələri silib. Xatırladaq ki, 2002-ci ildə indiki baş nazirin vətəni olan Qucaratda müsəlmanlara hücum zamanı 69 nəfər doğranaraq yandırılmış, ümumən 1000 nəfərdən çox müsəlman qətl edilmişdi.

CPJ vurğulayır ki, Moğol İmperiyası haqqında miflər hədsiz çoxdur. Bəs bu miflər niyə bizi narahat etməlidir? Çünki onlar nəinki tarixi təhrif edir, həm də Hindistandakı təxminən 200 milyonluq müsəlman icmasına qarşı nifrət və qərəzi körükləyir. Hindistanda müsəlman mədəniyyətində azərbaycanəsilli sülalələrin idarə etdiyi Gülkənd xanlığı və Heydərabad nizamlığının da böyük töhfəsi olub. Bu təbliğatın ardınca son illər onlarla müsəlman tarixi abidəsi dağıdılıb. Hindus millətçiləri onlara dəxli olmayan Atəşgahın guya orta əsrlərdə müsəlmanlar tərəfindən dağıdılmasına görə qisas tələb edirsə, Hindistanda bizə dəxli olan abidələri dağıdılmasına laqeyd qalmağımız çox da anlaşılmır. Hindistanın müsəlman hakimləri olmuş Moğollara nifrət aşılanır, onların məbədləri dağıdılır, dağıdılmış müsəlman məbədinin yerində inşa edilən hindus məbədinin açılışını baş nazir şəxsən özü edir. Daha sonra Moğollar azərbaycanlı elan edilir (hərçənd ki moğollar-baburilər orta asiyalı cağatay (özbək) sülaləsi idi –C.Q), bütün anitiislam isteriyası və “müsəlman işğalçılara qarşı” nifrət kampaniyası avtomatik Azərbaycan yönəldilir. Bununla digər müsəlman dövlətlərinin, xüsusən Qəzzaya görə bütün dünyanı, o cümlədən Azərbaycanı ittiham edən İranın susqunluğuna da bəhanə təmin edilir.

Üstəlik, bu təbliğat Hindistanın Ermənistana yaradımına ideoloji bəraət kimi istifadə edilir. Məsələn Arunanş B. Qosvami adlı “tarixçi, hüquqşünas və yazıçı” “Hindistan və Ermənistan arasında geosiyasi sinergiya“ adlı məqaləsində yazır: “Hindistan və Ermənistanın ortaq cəhətləri nədir? Əvvəla, bunlar minlərlə illik tarixə malik sivilizasiya dövlətləridir. İkincisi, xristianlıq bu ölkələrə çox erkən, Qərbi Avropaya çatmamışdan bir neçə il əvvəl çatıb: Müqəddəs Tomas (Foma) İncili Hindistanda, Müqəddəslər Bartolomey və Tadey isə Ermənistanda təbliğ edirdi.

Üçüncüsü, əsrlər boyu miqrasiya sayəsində bu ölkələrdən gələn böyük diasporlar dünyanın bir sıra yerlərində, xüsusən də ABŞ-da möhkəmlənib. Amerika arzusunu həyata keçirməklə hindistanlı amerikalılar və erməni amerikalılar ABŞ iqtisadiyyatına əhəmiyyətli töhfə verirlər. Dördüncüsü, türk zalımlarına qarşı vuruşan Andranik Uzunyan və Chhatrapati Shivaji Maharaj kimi “cəsur azadlıq döyüşçüləri”nin hekayəsi bizi birləşdirir”.

Müəllif iddia edir ki, Azərbaycanın həyata keçirdiyi etnik təmizləmə nəticəsində 100 mindən çox erməninin Dağlıq Qarabağdan qovulması Kəşmir Panditlərinin deportasiyasını və soyqırımını xatırladır”. Yəni erməni təbliğatının Qərb ictimai rəyi üçün uydurduğu narrativ (ilk xristian dövləti, qədim sivilizasiya və s.) avtomatik olaraq hind ictimai rəyi üçün zənginləşdirilərək istifadə olunur.

Müəllif sonda daha ciddi anti-Azərbaycan çağırışlar edir: “Hindistan hökuməti geosiyasi dəvəquşu olmamalı, Azərbaycan-Pakistan əlaqələrinin yaratdığı açıq-aşkar strateji təhlükələrə məhəl qoymalıdır. Ermənistan Cənubi Qafqazda minlərlə hindistanlı tələbənin təhsil almağa getdiyi dost ölkədir. Cənubi Qafqazda sabitlik qorunmalıdır, çünki orda ərzaq və ərzaq çatdırılması biznesində çoxsaylı hindli işçilər işləyir və Ermənistan Hindistanın Gürcüstan və Rusiya vasitəsilə Avropaya açılan qapısı ola bilər”.

Yəni açıq şəkildə Şimal-Cənub dəhlizi üçün məhz Ermənistan marşrutu seçilməsi tövsiyə olunur.

Cəmaləddin Quliyev, siyasi ekspert


Oxunub: 885
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 19:03 | Sabirabadda bir ildir uçan körpünün yerində yenisi tikilmir - Video
    Bu gün, 18:53 | Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
    Bu gün, 18:46 | İmişlidə qəzada ölən və xəsarət alan sərnişin ər-arvad imiş - YENİLƏNİB
    Bu gün, 18:43 | Şəkiyə yağan qar fəsadlara səbəb olub - FOTO
    Bu gün, 17:51 | “Dostluq” ordeni ilə təltif edilən Dragan Vladisavljeviç kimdir?
    Bu gün, 17:35 | Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
    Bu gün, 17:31 | Babək Quliyev UEFA-dan təyinat alıb
    Bu gün, 17:27 | Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayrağımız - FOTO
    Bu gün, 17:20 | Prezidentin nümayəndəsi: Azərbaycan üçün su təhlükəsizliyi milli strateji prioritetdir
    Bu gün, 16:29 | Bu il Azərbaycan millilərinə hansı əcnəbi idmançılar cəlb olunub?
    Bu gün, 16:25 | Elnarə belə arıqlayır
    Bu gün, 16:15 | Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb - FOTO
    Bu gün, 16:11 | Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
    Bu gün, 16:06 | Füzuli Rzaquliyev vəfat edib
    Bu gün, 16:00 | Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb- FOTO
    Bu gün, 15:52 | Özgür Özəl Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
    Bu gün, 15:48 | Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb
    Bu gün, 14:55 | Mətanət Əliverdiyevanın sevinc göz yaşları - VİDEO
    Bu gün, 14:51 | Ağac qaz borusunun üzərinə aşdı, avtomobil yararsız hala düşdü.
    Bu gün, 14:46 | "Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz"
    Bu gün, 14:40 | Prezident sərəncam imzaladı
    Bu gün, 14:15 | İki nəfərin öldüyü qəzada sağ qalan şəxsin vəziyyəti açıqlandı
    Bu gün, 14:10 | Bakıda 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilib - FOTO - YENİLƏNİB
    Bu gün, 13:59 | Azərbaycanda qarın hündürlüyü 29 sm-ə çatıb
    Bu gün, 13:43 | Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev vəfat edib
    Bu gün, 10:13 | Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
    Bu gün, 09:04 | Alınmaz hesab edilən mövqelər necə ələ keçirildi? - Video
    Bu gün, 01:32 | Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışları Rusiya mediasında - Foto
    Bu gün, 01:00 | "Euronews" Azərbaycanda Zəfər Günü və Ərdoğanın səfəri barədə məqalə dərc edib
    Bu gün, 00:00 | Azərbaycanda Dövlət Bayrağı Günüdür
    Dünən, 20:36 | Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirib
    Dünən, 20:22 | İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
    Dünən, 20:13 | Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
    Dünən, 19:59 | Zəfər Günü İzmirdə də qeyd edildi
    Dünən, 19:56 | Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video
    Dünən, 19:54 | Onlar Ermənistanın düşmənidir - Rubinyan
    Dünən, 19:50 | Əliyevlə Ərdoğanın görüşü ilə bağlı daha bir paylaşım...
    Dünən, 19:48 | Fransanın orada olacağı şübhəsizdir - Barro
    Dünən, 19:46 | Yük avtomobilinin sürücüsü sükan arxasında öldü
    Dünən, 16:34 | "Ağstafa Gəncləri" “Şəmkir” səfərindən üç xalla qayıdır
    Dünən, 11:35 | Mehriban Əliyeva 8 Noyabr - Zəfər Günü ilə bağlı paylaşım edib
    Dünən, 11:28 | Tovuzun icra başçıları niyə həmişə tovuzlu olur? – 35 illik maraqlı ənənənin sirri
    Dünən, 11:26 | Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - Foto
    Dünən, 10:40 | "Zəfər turu": "İmişli" "Sumqayıt"ı, "Sabah" "Şamaxı"nı qəbul edəcək
    Dünən, 10:37 | "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
    Dünən, 10:36 | "Haber Global": 44 gündə yazılan dastan - Video
    Dünən, 10:34 | Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı
    Dünən, 10:33 | Zəfərdən Böyük Qayıdışa: Qalib xalqın qürur dastanı - Foto
    Dünən, 10:31 | Mətbuat Şurası: " Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar"
    Dünən, 00:03 | Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.